Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6026/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsinə dair” iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 2462,4 manat borcun əsassız hesab edilərək silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Ə.Xəlilov izahat verərək bildirdi ki, iddiaçı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşayır, həmin ev ona məxsusdur, evdə qaz sayğacı vasitəsilə qazdan istifadə edir, sayğac smart-tiplidir, iddiaçı mütəmadi olaraq istifadə etdiyi qazın dəyərini ödəmiş, qaza görə heç bir borcu qalmamışdır, 2018-ci ildə cavabdehin əməkdaşları tərəfindən sayğac çıxarılaraq yoxlamaya aparılmış, lakin sayğacın hara aparılması barədə onlara məlumat verilməmişdir, köhnə sayğac aparıldıqdan sonra cavabdeh tərəfindən iddiaçıya 1944 manat zərər hesablanmışdır, əlavə olaraq 2022-ci il yanvar ayında da sayğac dəyişdirilmişdir, sonradan məlum olmuşdur ki, ikinci sayğaca görə də 518,4 manat cərimə yazılmışdır, borcun hansı əsasla hesablandığını soruşduqlarında cavabdehin əməkdaşrları onlara aktı tərtib etmiş, kənar təsir nəticəsində sayğacın xarab olduğu bildirilmiş, bu əsasla borcun hesablandığını bildirmişdirlər, lakin sayğac çıxarılan zaman plomblar yerində olmuşdur, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş, sayğac açılan zaman da əməkdaşlar tərəfindən açılmışdır, sayğaca hər hansı təsir olması üçün bir kənar təsirin edilməsi üçün sayğac açılmalıdır, sayğaca vurulan plombu qırmadan bunu etmək olmaz. İddiaçı xx.xx.2022-ci il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Əliyev izahat verərək bildirdi ki, iddiaçı cavabdeh təşkilata ziyan vurmuşdur, bununla bağlı əməkdaşlar tərəfindən aktlar tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, ona borc yazılmış və iddiaçının abonent koduna əlavə edilmişdir, sayğaca ziyan vurulmuşdur, təbii qazdan istifadə nəticəsində hesabat aparılmışdır, sayğac iki dəfə dəyişdirilmiş, sayğaclar yoxlanması üçün laboratoriyaya göndərilmişdir. Sonda cavabdehin nümayəndəsi R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı Smart G-4 markalı 1202AQ**********2 saylı qaz sayğacı yeni Smart G-4 markalı 1802AZ**********00 saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı İtron G-4 markalı 1802AZ**********00 saylı qaz sayğacı yeni mexaniki G-4 markalı **********0 saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğacın çıxış plastmas borusunun deşilməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən, itirilmiş qazın bərpası üzrə 9720 m3 (1,2x6x180=1296m3; 2,6x18x180=8424 m3) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğacın çıxış plasmas borusu deşilib, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4320 m3 (4x12x90=4320 m3) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 13 noyabr 2022-ci il tarixli “Abonent saldo”sundan görünür ki, İddiaçı **********00300 nömrəli abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2011-ci il tarixə 153,60 manat, 02/2015-ci il tarixə 162 manat, 08/2018-ci il tarixə 1944 manat, 02/2022-ci il tarixə 518,40 manat borc yazılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaclar xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixlərdə yenisi ilə əvəz edilmişdir, əvəzləşdirilmiş sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “sayğacın çıxış plasmas borusunun deşməsi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi” əsası ilə xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar tərtib olunmuş, həmin aktlar əsasında cavabdeh tərəfindən iddiaçının abonent koduna 08/2018-ci il tarixə itirilmiş 9720 m3 (1,2x6x180=1296m3; 2,6x18x180=8424 m3) qazın bərpası üzrə 1944 manat, 02/2022ci il tarixə itirilmiş 4320 m3 (4x12x90=4320 m3) qazın bərpası üzrə 518,40 manat borc yazılmışdır. Bununla belə, sayğacdan istifadə dövründə təbii qazdan həmin həddə istifadəsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddiaçının abonent koduna aktlar əsasında hesablanmış borc məbləğinə münasibətdə qeyd edir ki, bu zaman iddiaçıya 08/2018-ci il tarixə 1944 manat, 02/2022-ci il tarixə 518,40 manat borc hesablanmasına əsas olmuş mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən, həmin dövr üzrə hesablaşma, borcun yazıldığı müddətin əhatə olunduğu ilin mövsümü, digər aylar üzrə iddiaçının qaz sərfiyyatı və ona dair aparılmış hesabat dövrü müqayisə olunmaqla aparılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, təbii qaz işlədicilərinin gündəlik sərfiyyatı kimi avqust ayında 18 saat, fevral ayında 12 saat götürülməsi ağlabatan deyil və bu müddət 8 saat üçün məqbuldur. Qeyd edilənlərə əsasən, qeyri-qanuni təbii qazdan istifadə dövrü üzrə hesablaşma gündəlik sərfiyyat müddəti 8 saat olmaqla aparılmaldır ki, bu da 2018-ci il tarixli akt üzrə 105,6 manat (1,2 x 6 saat x 180 gün = 1296 m3; 2,6 x 8 saat x 180 gün = 5040 m3, 1296 m3 + 5040 m3 =6336 m3 6336 m3 / 6 ay = 1056 m3 (1 ay üzrə); 105,6 x 0,10 azn= 105,6 manat), 2022-ci il tarixli akt üzrə isə 96 manat (4 x 8 saat x 90 gün = 2880 m3; 2880 m3 / 3 ay = 960 m3 x 0,10 manat = 96 manat) təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyriqanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı 201,6 (105,6+96=201,6) manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.2-ci bəndinə əsasən, istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00300) yazılmış 2260,8 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox (2260,8 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 42,60 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00300 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 2260 (iki min iki yüz altmış) manat 80 (səksən) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 42 (qırx iki) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6026/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6026/2022
15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver