Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6026/2023 13.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X3, Müstəqil Tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh tərəfindən iddiaçının hesab koduna (**********00049) yazılmış 5.702,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2022-ci ilin sonunda Rusiya Federasiyasından köçərək Azərbaycan Respublikasına gəlmişdir. İlk öncə qohumlarına məxsus evdə qalmışdır, daha sonra Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alaraq cari ilin yanvar ayından orada yaşamağa başlamışdır. Yaşadığı ünvana qaz sayğacının quraşdırılması ilə bağlı Azəriqaz İB müraciət etsə də uzun müddət qaz sayğacı quraşdırılmamışdır. Həmin ünvanda sayğacdan kənar 2023-cü ilin fevral və mart aylarında qazdan istifadə edilmişdir. 25 may 2023-cü il tarixdə yaşadığı ünvana G-4 markalı **********476 saylı qaz sayğacı quraşdırılmışdır. Daha sonra qaz sayğacının aktivləşdirilməsi üçün qaz idarəsinə gedən zaman onun qazdan qanunsuz istifadə etdiyinə görə 5.702,40 manat məbləğində borc hesablandığını bildirilmişdir. Təbii X4nın pozulması haqqında ******* saylı, xx.xx.2023- cü il tarixli aktda PQ-4, QSQ və radiator istifadəyə görə cəmi 4.752 m3 qazdan istifadə etdiyi və aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. İddiaçı yaşadığı ünvanda yalnız qaz peçi və iran peçindən cari ilin fevral və mart aylarında istifadə etmişdir. Akt şişirdilmiş formada vətəndaşa xəbərdarlıq edilmədən onun iştirakı olmadan tərtib edildiyinə görə iddiaçı hesab edir ki əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O bildrmişdir ki, cavabdeh təşkilat qaz sayğacı quraşdırmadığından o, məcbur olaraq 15 yanvar 2023-cü il tarixindən həmin ilin mart ayının sonunadək kənar xətdən istifadə etmişdir. Mart ayının sonunda kənar xətt ləğv edilmişdir. Aprel ayında qazdan istifadə etməmişdir. Evində İran istehsallı istilik sobası və 3 gözlü qaz peçi istifadə olunmuşdur. Suyun isidilməsi üçün suyu isidən elektrik cihazdan (qaynadıcı) istifadə etmişdir. Həmin ilin may ayında evinə qaz sayğacı quraşdırılmışdır. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil Tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X2 məhkəmə iclsında bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən hesablama düzgün aparılmamışdır. İddiaçı tərəfindən də hesablama düzgün aparılmamışdır. Mövcud qaydalara əsasən, iddiaçının izahatında qeyd etdiyi 75 gün nəzərə alınarsa, mövcud cihazların sərfiyyatı nəzərə alınmaqla 75 gün müddətinə, günlük orta sərfiyyat 12 saat nəzərə alınmaqla hesabat aparılmalıdır və bununla da borcun 336 manat olması müəyyənləşdirilməlidir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacsız kənar xətt aşkar olundu. İş materiallarında olan İddiaçı oğluna məxsus **********00049 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 5.702,40 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 47.520 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdə xx.xx.2023-cü il tarixdə istehlakçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla qazın talanması faktı qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və həmin hal üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlarla təbii qazın talanması nəticəsində qaz paylayıcısına vurulmuş zərərin dəyərinin müəyyən edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozulması ilə aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla ona məxsus ünvan 1 ünvanında yerləşən evində istismar edilmiş qaz qurğularında cəmi 2.160 m3 həcmində və 336 manat (1200 m3 * 0,12 manat = 144 manat; 960 m3 * 0,20 manat = 192 manat; 144 manat + 196 manat = 336 manat) məbləğində təbii qazdan istifadə olunmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş 47.520 m3 qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 5.702,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2- ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, iddiaçının kənar xətdən istifadə etməsi işin mübahisəsiz halıdır. Belə olduğu halda, borcun hesablanması ilə bağlı məhkəmə aşağıdakı halları qeyd edir. Məhkəmə yuxarıda qeyd edilmiş normaları rəhbər tutaraq, hesab edir ki, iddiaçının izahatının məzmununa baxmayaraq, hesablama 75 gün deyil, 3 ay müddətinə (90 gün) aparılmalıdır. İş materiallarından görünür ki, iki cihazdan (saatda maksimal qaz sərfi 0.9 m3 olan üç gözlü qaz peçi – PQ3 və saatda maksimal qaz sərfi 1.5 m3 olan İran istehsallı istilik sobası) istifadə ilə bağlı iddiaçıya 5.702,40 manat borc məbləği hesablanmışdır. Həmin cihazların 03 ay müddətində, orta günlük iş rejimi 12 saat nəzərə alınaraq qaz sərfi aşağıdakı kimi hesablanmalıdır: 0.9 m3 x 12 saat x 90 gün = 972 m3, 1.5 m3 x 12 saat x 90 gün = 1.620 m3. Bunun cəmi 2.592 m3-dır. İlkin limit nəzərə alınaraq 1200 m3 qaz sərfinə görə 1 m3 üçün 0,12 qəpik hesablanmaqla 144 manat, ikinci limit nəzərə alınaraq (2.592 m3 -1200 m3=1.392 m3) 1300 m3 qaz sərfinə görə 1 m3 üçün 0,20 qəpik hesablanmaqla 260 manat, üçüncü limit nəzərə alınaraq (1.392 m3-1300 m3=92 m3) 92 m3 qaz sərfinə görə 1 m3 üçün 0,25 qəpik hesablanmaqla 23 manat, cəmi 427 manat pul məbləği hesablanmalıdır. Cəmi hesablanmış 5.702,40 manat məbləğindən yuxarıdakı qaydada hesablanmış 427 manat məbləği çıxıldıqda qalıq məbləği 5.275,40 manat təşkil edir. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 5.275,40 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 77,02 (yetmiş yeddi manat iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. ünvan 4i ünvanı üzrə (abonent kodu: **********00049) üzrə İddiaçı 2023-cü ilin mart ayı üçün hesablanmış 5.275,40 (beş min iki yüz yetmiş beş manat qırx qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 72,75 (yetmiş iki manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva