Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6028/2023 13.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X5 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X8 İdarəsinin tərtib etdiyi xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi altı ay müddət üçün hesablanmış 1.735,20 manat borcun 1.446 manat hissəsinin **********01910 saylı qaz hesabından silinməsi və xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi altı ay müddət üçün hesablanmış borc azaldılaq bir aylıq hesabat müddəti götürülməklə 289,20 manat həcmində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı fərdi yaşayış evində qaz sayğacı quraşdırılmışdır. Qaz hesabında qeydə alınan borcla bağlı cavabdeh təşkilat tərəfindən ona bildirilmişdir ki, 22 aprel 2019-cu il tarixdə Cavabdeh İB-nın işçiləri yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona 1.735,20 manat məbləğində cərimə yazmışlar. Həmin xətt aşkar edilsə də, həmin xəttdən heç bir vaxt istifadə etməmişdir, köhnə və istifadəsiz bir xəttdir. Bundan əlavə həmin xəttin aşkar edilməsindən onun məlumatı olmamışdır. Cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilində istifadə edilən qaz cihazlarının 180 günə hesablanması heç bir qanunla tənzimlənmir, ona görə də iddiaçı hesab edir ki, ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur və azaldılmalıdır. Belə ki "xxxx" X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 30 aprel 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz cihazlarının maksimal saatlıq qaz sərfləri və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Aprel ayının qış ayı deyil yaz ayı olduğunu, havanın isti olduğunu və aprel ayında isə heç bir isidici və ya qızdırıcı cihazlardan istifadə edilmədiyini üçün həmin tələbnamənin tam absurd və qanunsuz formada tərtib edildiyi aydın göründüyünü bildirir. Əgər onun mənzilində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. Həmçinin sayğacı da hər ay qaz sərfi qeyd etmiş və ödənişlər etmişdir. 2019-ci ilin aprel ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii X7nın pozmasına nəticəsində 1.735,20 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, tərəf 2022-ci ilin aprel ayında qanunsuz olaraq qazdan istifadə və bunun nəticəsində 180 gün müddətinə təbii qazdan qanunsuz istifadə edildiyini iddia edərək 1.735,20 manat hesablamışdır. Lakin cərimənin 180 gün müddətində hesablanması ilə bağlı cavabdeh təşkilat heç bir sübut təqdim edə bilmir. Buna görə də ən yaxşı halda cavabdeh təşkilat hesabat müddətini yalnız 1 ay müddətində apara bilərdi. Çünki ayda iki dəfə həmin evə nəzarətçi baxış keçirir və neqativ hal olduğu halda bunu aşkar edərdi. Ona görə də hesabat 180 gün və ya 6 müddətinə aparılaraq 1.735,20 manat hesablanması qanunsuz olmuşdur. Bu səbəbdən hesabat müddəti bir ay götürülməklə 289,20 manat (1.735,20 m / 6 ay = 289,20 m) müəyyən edilməli idi. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X5 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X6 bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən hesablama düzgün aparılmamışdır. İddiaçı tərəfindən də hesablama düzgün aparılmamışdır. Mövcud qaydalara əsasən hər iki cihaza görə 3 ay müddətinə, günlük 12 saat nəzərə alınmaqla hesabat aparılmalı və iddiaçıdan 481 manat borcun ödənilməsi tələb edilməli idi. Məhkəmə mülki işin materiallarını araşdıraraq və işdə iştirak edən şəxslərin hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X7nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Ramiz Yusifov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 17.352 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********01910 saylı abonentin saldosundan görünür ki, abonentin 2019-cu ilin aprel ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1.735,20 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evdə xx.xx.2019-cu il tarixdə istehlakçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla qazın talanması faktı qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və həmin hal üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlarla təbii qazın talanması nəticəsində qaz paylayıcısına vurulmuş zərərin dəyərinin müəyyən edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozulması ilə aparılmışdır. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş 17.352 m3 qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1.735,20 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X7 ilə tənzimlənir. X7 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2- ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, iddiaçının kənar xətdən istifadə etməsi işin mübahisəsiz halıdır. Belə olduğu halda, borcun hesablanması ilə bağlı məhkəmə aşağıdakı halları qeyd edir. İş materiallarından görünür ki, iki cihazdan (saatda maksimal qaz sərfi 1.4 m3 olan qaz qızdırıcısı, və saatda maksimal qaz sərfi 1.2 m3 olan dörd gözlü qaz peçi - PQ4) istifadə ilə bağlı iddiaçıya 1.735,20 manat borc məbləği hesablanmışdır. Hər iki cihazın 3 ay müddətində, orta günlük iş rejimi 12 saat nəzərə alınaraq qaz sərfi aşağıdakı kimi hesablanmalıdır: 1,4 m3 x 12 saat x 90 gün = 1.512 m3, 1,2 m3 x 12 saat x 90 gün = 1296 m3. Bunun cəmi 2.808 m3-dır. İlkin limit nəzərə alınaraq 1200 m3 qaz sərfinə görə 1 m3 üçün 0,12 qəpik hesablanmaqla 144 manat, ikinci limit nəzərə alınaraq (2.808 m3 - 1200 m3=1.608 m3) 1300 m3 qaz sərfinə görə 1 m3 üçün 0,20 qəpik hesablanmaqla 260 manat, üçüncü limit nəzərə alınaraq (1608 m3-1300 m3=308 m3) 308 m3 qaz sərfinə görə 1 m3 üçün 0,25 qəpik hesablanmaqla 77 manat, cəmi 481 manat pul məbləği hesablanmalıdır. İş materiallarından görünür ki, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X5 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X6 qeyd olunan hesablanmalı ilə razılaşdığını bildirmişdir. Cəmi hesablanmış 1.735,20 manat məbləğindən yuxarıdakı qaydada hesablanmış 481 manat məbləği çıxıldıqda qalıq məbləği 1.254,20 manat təşkil edir. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1.254,20 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 35,54 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə (abonent kodu: **********01910) üzrə İddiaçı hesablanmış 1.254,20 (bir min iki yüz əlli dörd manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 32.54 (otuz iki manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva