Məhkəmə qərarları › İş №2(011)-605/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-605/2024

21.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-605/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçıların vəkilləri və nümayəndələri Vəkil4, Vəkil1, Cavabdeh2 vəkilləri və nümayəndələri Nümayəndə, X2, Cavabdeh 48 saylı notariat kontorunun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 48 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahid1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-700 nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum atası X7 ailə tərkibi mərhum arvadı X13, övladları-Cavabdeh2, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ibarət olmuşdur. X3 xx.xx.2023-cü il, anaları X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. İddiaçıların valideynləri vəfat etdikdən sonra onlara məlum olmuşdur ki, Şahid1 adlı şəxs valideynləri tərəfindən ona verilmiş etibarnamələr və bunun əsasında verilmiş ərizə əsasında X3nun mülkiyyətində olan (********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış) Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758-759-cu məhəllə, ev 28C, mənzil 98 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı xx.xx.2023-cü il tarixdə bağışlama müqaviləsi əsasında bacıları Cavabdeh2 hədiyyə vermiş, bu müqavilə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmişdir. X3 tərəfindən Şahid1 verilmiş qeyd edilən etibarnamə Gəncə şəhər 3 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə verilmişdir. Ataları M.A.Zeynalov xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər digər bakterial pnevmoniya, essensial (birinicili) hipertenziya, dəqiqləşdirilməmiş xroniki böyrək xəstəliyi və s. digər klinik diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X25 Şəxsdə stasionar müəlicədə olmuşdur. Evə qayıtdıqdan sonra da sağlamlığı qeyri-kafi olmuşdur. Bu vəziyyətdə Şəmkir rayonunda yaşaya-yaşaya və Şəmkir rayonunda notariusun fəaliyyət göstərməsinə baxmayaraq, Gəncə şəhərinə digər notariat ofisinə getməsi və öz doğma ailəsi ola-ola ailəsinə tam yad olan Şahid1 daşınar və daşınmaz əmlaka dair sərəncam və s. digər hərəkətləri yerinə yetirməklə bağlı bütün səlahiyyətləri verməyi müəmmalıdır və şübhəlidir. Notariat hərəkətlərinin keçirilməsi ilə bağlı ünvan 2 ünvanlansa da, səthi cavab verilmişdir. Ehtimal edilir ki, Şahid1 atalarını həmin notariat ofisinə aparmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X25 Şəxsi xx.xx.2023-cü il tarixli 619/02/31 saylı məktubunda qeyd edilir ki, anaları X14 xx.xx.2022-ci il tarixdə mərkəzin terapiya şöbəsinə daxil olmuş, “essensial (birincili) hipertenziya, digər kəskin böyrək çatışmamazlığı, dərmanların fonunda, sümük və oynaqların vərəmi, lomber vertebralarda soyuq abses, guantiferon pozitiv, xroniki səthi qastrit, insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, nefropatiya, retinopatiya” diaqnozu qoyulmuş və xx.xx.2023-cü il tarixində nisbi yaxşılaşma ilə evə yazılmışdır. Və güya anaları X13 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Xırdalan şosessində yerləşən 48 saylı Notariat ofisində Şahid1 xüsusi notarius X8 iştirakı ilə 7E/725445 reyestrli etibarnamə vermiş və bu etibarnamə üçün dövlət rüsumunu bir gün sonra ödəmişdir. 16 dekabr 2022-ci il tarixdə Minayə Zeynalova nə xəstəxananı tərk edib, nə də Xırdalana gedərək 48 saylı notariatda bu ağır vəziyyətdə xəstəxanada həkim nəzarətində ola-ola Şahid1 etibarnamə vermiş, nə də xüsusi notarius X17 analarını görmüş və etibarnamə verməyinə şahidlik etmişdir. Analarının adından atılan imzalar da şübhəlidir. Xətşünashq ekpertizasının keçirilməsinə ehtiyac var. Etibarnamənin fotosuna diqqət yetirsə orada da şübhəli məqam var, arxa fon ağ rəngdədir. Reyestr kitabında imza da şübhəlidir, soyad tam başqadır, bundan başqa etibarnamə üçün ödəniş bir gün sonra ödənilib və ödəyənin adı və soyadı əvəzinə 15 rəqəmi yazılıb. İddiaçılar hesab edir ki, Şahid1 səlahiyyətsiz şəxsdir. Burada da həm də ciddi bir məntiqsizlik var, anaları Bakı şəhəri, Nəsimi rayonu ərazisində xəstəxanada yatır, həkim nəzarətində, bağışlanmış daşınmaz əmlak da Nərimanov ərazisində. Köməksiz analarının Qaradağ rayonunda 6 saylı notariat ofisində nə işi ola bilərdi, yaşlı qadın və sağlamlıq durumu da çox ağır idi, nəticədə vəfat etdi. Bununla bağlı X13 xx.xx.2022-ci il tarixdə 48 saylı notariat ofisində olub-olmaması barədə məlumatın, olduğu təqdirdə hansı tarixdə hansı saatda (vaxt, saat dəqiq göstərilməklə) olduğu barədə məlumatın, onun foto və videogörüntülərinin, notariat hərəkətlərinin notariat ofisindən kənarda aparıldığı təqdirdə, əvvəlcədən verilmiş bildirişin, həmin bildiriş üzrə dövlət rüsumu və haqların ödənilməsini təsdiq edən sənədlərin, qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətinin, notariat hərəkətlərinin aparılması ilə əlaqədar X6 ünvan 3 ünvanladığı yazılı və ya elektron müraciətin olub-olmaması barədə məlumatın, olduğu təqdirdə həmin yazılı və elektron müraciəti təsdiq edən sənədlərin, qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətlərinin, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş Minayə Zeynalova ilə notariat ofisinin notariusu tərəfindən aparılmış danışıqlarını təsdiq edən audio və video yazıların, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer, vaxt və ünvan barədə məlumatların və 48 saylı notariat ofisinin notariusunun həmin ünvanda olduğunu təsdiq edən foto və video görüntülərinin təqdim edilməsi ilə bağlı 2 dəfə 48 saylı notariat ofisinə sorğu ünvanlanmış və hər iki cavab məktubunda notarius yayınaraq qısaca olaraq 48 saylı notariat ofisində rəsmiləşdirilmiş etibarnamənin qeydiyyatdan keçdiyi reyestr kitabından çıxarışın surətlərini təqdim edilmişdir. Ehtimal edilir ki, güya anasının adından verilmiş bu etibarnamə atasının mülkiyyətində olan bu evin bacısı Cavabdeh2 hədiyyə verilməsinə nail olmaq üçün təşkil edilmişdir. Bu etibarnamənin verilməsindən Şahid1 və Cavabdeh2 məlumatlıdır. İddiaçıların bu məsələdən xəbəri olmamışdır. Güya anasının adından verilmiş bu 7E- 725445 reyestr nömrəli etibarnamədə daşınmaz əmlak barəsində sərəncam vermək səlahiyyəti belə qeyd edilməmişdir. Bu etibarnamənin səlahiyyət təyinatı tam başqa məzmunda qeyd edilmişdir. 6 saylı notariat ofisi bağışlama müqaviləsinin tərtibatı prosesində etibarnamədə hansı səlahiyyətlərin qeyd edilməsi xüsusatlarını nəzərə almamışdır. Belə olan halda Minayə Zeynalovanın adından verilmiş etibarnamə mübahisəli olduğundan, tam qanunsuz olduğundan, tərtib edilmiş ərizə verilmiş etibarnaməyə uyğun olmadığından bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 48 saylı Notariat ofisinin də işə cəlb edilməsini, xx.xx.2022-ci il tarixli 7E-725445 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi və bu etibarnamə əsasında verilmiş ərizə əsasında hüquqi nəticə olaraq Şahid1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-700 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, öz izahatında bildirmişdir ki, cavabdeh 48 saylı notariat kontorunun nümayəndəsinin məhkəmə baxışında verdiyi izahata görə xx.xx.2022-ci il tarixdə X6 adına rəsmiləşdirilmiş etibarnamənin verilməsi prosesində xüsusi notarius X17 iştirak etməmişdir. Yəni, xüsusi notarius X9 real olaraq görmədiyindən, ona aparılan notariat hərəkətləri ilə bağlı onun hüquq və vəzifələrini izah etməmiş, qanuni mənafeyinin qorunması üçün müvafiq hüquqi addımlar atmamış, hüquqi məlumatsızlığın ona vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməmişdir. Bundan savayı fəaliyyət qabliyyətli olmasını belə yoxlanılmamışdır. Xüsusi notarius “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən bu halların təkzib edilməsinə dair hər hansı sübut da məhkəməyə təqdim olunmamışdır. Qanunun 9-cu maddəsinində qeyd edilir ki, notarius öz vəzifələrini yerinə yetirərkən: fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Məhkəmə baxışında şahid kimi ifadə verən Şahid1 bildirmişdir ki, bu etibarnamənin verilməsi üçün əvvəldən tanıdığı tanışı X17 ilə əlaqə saxlamış, özü danışmış və müraciət etmişdir. Bu halın özündə belə qərəz var ki, adına etibarnamə tərtib edilmiş şəxs etibarnamənin tərtib olunduğu notariat ofisinin xüsusi notariusu ilə tanışdır. Etibarnamənin məzmunu barədə müzakirə aparmışdır. Bu fakt bir daha sübut edir ki, X19 Hüseynovaya müraciət etməmişdir və onu tanımır. Xüsusu notarius Səadət Hüseynov notariat hərəkətlərinin aparılması qaydalarına da riayət etməmişdir. Belə ki, Qanunun 27-ci maddəsində qeyd edilir ki, notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla müəyyən edilir. Minayə Zeynalova adına etibarnamə tərtib edilərkən xəstəxanada stasionar müalicədə olmuşdur. Onun fotosunun kim tərəfindən çəkildiyi belə qeyri-müəyyən qalmışdır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqınd” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında konkret olaraq qeyd edilir ki, şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs (sosial xidmət müəssisəsində yerləşdirilən şəxslər istisna olmaqla) tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər. Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Xüsusi notarius tərəfindən müraciət edən şəxslərin xahişi ilə onlarla notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində həm notariat ofisində, həm də ofisdən kənar aparılması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Notariat ofisinə gəlmədən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə hər bir notariusun özü tərəfindən müəyyən edilən haqqın məbləğini müəyyən edən meyarlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Ofisdən kənar notariat hərəkətlərinin aparılması zamanı ödənişlər POS-terminallar, ödəniş sistemləri, yaxud yaxınlıqda olan banklar vasitəsilə, habelə notariuslar tərəfindən qəbz verilməklə nağd şəkildə qəbul edilir. Notariat hərəkətləri notariat ofisinin binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer, vaxt və ünvan qeyd olunur. Xüsusi Notarius bu qaydalara da riayət etməmişdir. İddiaçılar hələ də etibarnamədə və notariat hərəkətlətinin aparılmasını əks etdirən reyestr jurnalında olan imzaların və yazı nümunəsinin Minayə Zeynalovaya məxsus olması ilə razılaşmırlar. Halbuki, ekspert belə reyestr jurnalında olan imzanın Minayə Zeynalovaya məxsus olmasına dair rəy təqdim edə bilməmişdir. Notariat hərəkətlətinin aparılması, rüsumunun kim tərəfindən ödənilməsi belə qeyri-müəyyən qalmışdır. Özü də etibarnamə tərtib edilən gündən bir gün sonra ödəniş olmuşdur. Belə ki, Qanunun 34-cü maddəsində qeyd edilir ki, notariat hərəkətlərinin aparılma müddəti Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri dövlət rüsumu və haqq ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu, habelə informasiya sistemlərindən əldə edildiyi gün aparılır. Bundan savayı bir daha qeyd edir ki, bu etibarnamədə özgəninkiləşdirmə səlahiyyətini əks etdirən hüquq yoxdur. Göstərdiklərinə əsasən, o məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, iddia tələbi X13 tərəfindən Şahid1 verilmiş etibarnamənin etibarsızlığı və bu əsasla da mübahisəli mənzilin bağışlanması barədə bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsızlığı ilə bağlıdır. İddiaçıların vəkili və nümayəndəsi Vəkil4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və öz izahatında bildirmişdir ki, etibarnamənin verilməsi notariat ofisindən kənarda aparılmışdır. Notarius özü şəxsən etibarnamənin verilməsində iştirak etməli idi, lakin o iştirak etməmişdir. O, mərhum M.Zeynalovanın hüquq və vəzifələrini izah edilməli idi. Hüquq və vəzifələrin izah edilməsinin video görüntü ilə baş verməsi bildirilsə də, lakin belə görüntü də mövcud deyildir. Hesab edir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri cavabdehlər tərəfindən pozulmuşdur. Göstərdiklərinə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsinin bağlanılmasına əsas olmuş etibarnamənin etibarsız hesab edilməsini tələb etmək üçün iddiaçıların subyektiv hüquqları yoxdur. Etibarnamənin saxtalığı ekspert rəyi ilə inkar edilir. Göstərdiklərinə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh 48 saylı notariat kontorunun vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsinə səbəb 48 saylı notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə deyil, 6 saylı notariatda rəsmiləşdirilmiş bağışlama müqaviləsidir. Etibarnaməyə gəldikdə isə o bildirmişdir ki, vətəndaşın notariat ofisinə getməsi mümkün olmadıqda etibarnamə ofisdən kənar da rəsmiləşdirilə bilər. Notariat tərəfindən imkanları daxilində bütün prosedurlar düzgün həyata keçirilmişdir. Notariatın adını dəqiq xatırlamadığı əməkdaşı etibarnamənin rəsmiləşdirilməsi üçün şəxsən M.Zeynalovanın müalicə aldığı xəstəxanaya getmişdir. Notarius S.Hüseynov da videogörüntülü zəng vasitəsilə mərhum M.Zeynalova ilə əlaqə yaratmışdır. Ekspert rəyi ilə də müəyyən edilir ki, M.Zeynalovanın verdiyi etibarnamə məhz özü tərəfindən imzalanmışdır. Belə olduğu halda etibarnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında bildirmişdir ki, mərhum X16 və X13 onun qohumlarıdır. Onlar bütün işlərini ona etibar etmişlər və o, bütün tapşırıqlarını yerinə yetirmişdir. Qohumlar arasında bu hamıya bəllidir. Nəinki mübahisəli mənzil, mərhum X16 əmlaklarının əksəriyyətini idarə etməyi ona həvalə etmişdir. X1 istəyi olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonundakı mübahisəli mənzil Cavabdeh2 verilsin. O da ona verilmiş etibarnamələr əsasında X1 tapşırığını yerinə yetirmişdir. Cavabdeh Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməli deyil. Belə ki, iş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X16 (əvəzinə Şahid1 imza etmişdir) Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758-759-cu məhəllə, 28C, mənzil 98 (yeni qaydalarla ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 224.3 kv.metr olan mənzili hədiyyə alan Cavabdeh2 bağışlanmışdır. İş materiallarında olan Bakı şəhəri 48 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X13 tərəfindən Şahid1 xx.xx.2032-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Həmin etibarnamə üzrə X13 onun adından imzalar etmək hüququnu, özünə məxsus daşınar və daşınmaz əmlaklara dair notariat ofislərində nümayəndəsi olmağı, adından müqavilələr bağlamağı Şahid1 etibar etmişdir. İş materiallarında olan Gəncə şəhəri 3 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X16 tərəfindən Şahid1 xx.xx.2033-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Həmin etibarnamə üzrə X16 özünə məxsus bütün daşınar və daşınmaz əmlaklara dair sərəncam vermək səlahiyyətlərini Şahid1 etibar etmişdir. İş materiallarına əlavə edilmiş X13 tərəfindən notariat ofisinə ünvanlanmış (əvəzinə Şahid1 imza etmişdir) xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, X12 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758-759-cu məhəllə, 28C, mənzil 98 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş Bakı Sağlamlıq Mərkəzi X23 619/02/31 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X13 xx.xx.2022-ci il tarixində mərkəzin Terapiya şöbəsinə daxil olmuş, ona “essensial (birincili) hipertenziya. Digər kəskin böyrək çatmamazlığı. Dərmanların fonunda sümük və oynaqların vərəmi. Lomber vertebralarda soyuq abses, guantiferon pozitiv. Xroniki səthi qastrit. İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, nefropatiya, neyropatiya, retinopatiya” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixində saat 12:00-da isə nisbi yaxşılaşma ilə evə yazılmışdır. xx.xx.2023-cü il tarixində saat 01:56-da kəskin halsızlıq və daha qıc olma artması şikayəti ilə Bakı Sağlamlıq Mərkəzinə müraciət edilərək X27 briqadası tərəfindən xəstə yerində dəyərləndirilmiş və klinikaya “essensial [birincili] hipertenziya. Sümük və oynaqların vərəmi. Digər dəqiqləşdirilmiş anemiyalar. Xronik xəstəlik anemiyası. Digər kəskin böyrək çatmamazlığı. Dərman fonunda” diaqnozu ilə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixində isə ortopedik və nevroloji reablitasiyanı davam etdirməsi məsləhət görülərək, nevroloq nəzarəti altında olmaqla 2 həftə sonra kontrol müayinəyə çağırılmaqla nisbi yaxşılaşma ilə müvafiq təyinat verilərək evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 180-cı vərəqəsində olan X6 adından olan C00983249 nömrəli pasportda “Pasport sahibinin imzası” qrafasındakı imza ilə i/v 190-da olan Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən 7E-725445 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş etibarnamədə “İmza:” qrafasındakı imza və “Зejналова” yazısı - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 180-cı vərəqəsində olan X6 adından olan C00983249 nömrəli pasportda “Pasport sahibinin imzası” qrafasındakı imza, i/v 190-da olan Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən 7E-725445 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş etibarnamədə “İmza:” qrafasındakı imza ilə i/v 270də olan 14 aprel 2015-ci il tarixli “Договор на предоставление платных медицинских услуг” adlı sənədin aşağı sol küncündəki imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, i/v 190-da olan Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən 7E-725445 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş etibarnamədə “İmza:” qrafasındakı imza və “Зejналова” yazısı ilə həmin etibarnamənin qeydiyyatdan keçdiyi 7E24622 saylı reyestr jurnalının 19-cu vərəqəsində 7E-725445 sıra sayı qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Sey.аова” yazısının öz aralarında eyni şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin “3” bəndində göstərilən səbəblərdən müəyyən mümkün olmadı. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh2 X7 ilə X6 övladlarıdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758-759-cu məhəllə, 28C, mənzil 98 (yeni qaydalarla ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 224.3 kv.metr olan mənzil Cavabdeh2 bağışlama müqaviləsi əsasında X16 tərəfindən hədiyyə edilmişdir. (onun əvəzinə müqaviləni nümayəndəsi Şahid1 imzalamışdır). X13 isə birgə nikahda əldə edilmiş mənzilin bağışlanmasına etiraz etmədiyinə dair nümayəndə vasitəsilə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. (onun əvəzinə razılıq ərizəsini Şahid1 imzalanmışdır). İddiaçıların nümayəndəsi Ə.Hüseynov tərəfindən məhkəmə iclasında verilmiş izahatın məzmunundan da göründüyü kimi, iddiaçılar - X13 tərəfindən Şahid1 verilmiş etibarnamənin (Bakı şəhəri 48 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli etibarnamə) etibarsızlığını və bu əsasla da ümumilikdə mübahisəli mənzilin bağışlanmasının (özgəninkiləşdirilməsinin) etibarsızlığını iddia edirlər. İddia onunla əsaslandırılmışdır ki, tibb müəssisəsinə yerləşdirilmiş M.Zeynalova tərəfindən verilmiş etibarnamə qanunsuz şəkildə rəsmiləşdirildiyindən - etibarsız hesab edilməli və bunun nəticəsi olaraq mübahisəli əmlakın bağışlama yolu ilə özgəninkiləşdirilməsi əqdi də etibarsız hesab edilməlidir. Məhkəmə X13 tərəfindən Şahid1 verilmiş xx.xx.2022-ci il tarixli etibarnamədə olan imzanın X13 tərəfindən icra olunub-olunmamasının həqiqiliyini müəyyən etmək üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, X6 adından olan C00983249 nömrəli pasportda “Pasport sahibinin imzası” qrafasındakı imza ilə Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən 7E-725445 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş etibarnamədə “İmza:” qrafasındakı imza və “Зejналова” yazısı eyni şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, mərhum X10 məxsus olmuş Azərbaycan Respublikası vətəndaşının pasportunda vaxtı ikən onun tərəfindən imzalanmış imza ilə mübahisəli etibarnamədə çəkilmiş imza eyni şəxs, yəni Minayə Zeynalova tərəfindən imzalanması verilmiş ekspert rəyi ilə təsdiq edilmişdir. Məhkəmə verilmiş ekspert rəyini qüvvədə olan Mülki-prosessual Məcəllənin 101.7 və 103.1-ci maddələrinin tələbləri baxmından qiymətləndirərək hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisələndirilən etibarnamənin məzmununda nümayəndə Şahid1 M.Zeynalovanın adından imzalar etmək hüququ, özünə məxsus daşınar və daşınmaz əmlaklara dair notariat ofislərində nümayəndəsi olmaqla müqavilələr bağlamaq hüquqları və s. hüquqlar verilmişdir. Beləliklə də Bakı şəhəri 48 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin etibarsızlığına, yəni X6 Şahid1 etibarnamə üzrə səlahiyyətlərin verilməsinin birincinin iradəsinə zidd olması və ya onun iradəsinin zədələnməsi yolu ilə həyata keçirilməsinə dəlaət edən hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, əksi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilənədək, bağışlama müqaviləsi bağlayarkən müvafiq etibarnamələr əsasında hərəkət edən Şahid1 əqdin bağlanmasına yönəlmiş hərəkətləri - X1 və X6 iradə ifadəsinin nümayiş olunması kimi qiymətləndirilməlidir. Sübutlara gəldikdə məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bununla da sözügedən etibarnamənin və onun əsasında Bakı şəhəri 6 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, bağışlama müqaviləsi imzalanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, Şahid1 X16 və X13 tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində onları təmsil edərək əmlaka dair sərəncamverici hərəkətlər həyata keçirmişdir və əmlakı özgəninkiləşdirmişdir. Müqavilə notarial qaydada təsdiq olunmuş, müqavilənin məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat iddiaçılardan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 48 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 qarşı - xx.xx.2022-ci il tarixli 7E-725445 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi və bu etibarnamə əsasında verilmiş ərizə əsasında hüquqi nəticə olaraq Şahid1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-700 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbləri təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar