Məhkəmə qərarları › İş №2(011)-606/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-606/2025

12.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-606/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 3440,60 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, fərdi ev - 2360 - 0001 (abonent kodu: **********00001) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac onun adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, onlar sayğaca müdaxilə edib və ona görə ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görüb. İddiaçı hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında sayğacın Cavabdeh nümayəndəsi tərəfindən aparıldığını bildirmişdir. Lakin sonradan Qaz İdarəsi ilə əlaqə saxlayaraq həmin şəxsin dələduz olduğunu öyrənmişdir, ona görə iddiaçı sayğacsız qalmışdır. Belə olan halda təzə sayğac gətirilib qoyulana qədər “şlanq” vasitəsi ilə qazdan istifadə etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında 2018-ci ildən akt tərtib olunduğunu bildirib. İddiaçı sayğacı aparan işçinin və kənar xətti qoşan işçinin adını xatırlamır. Sonra da bildirir ki, işçi deyildi, dələduzdur. Sayğac mənfiyə yazıb deyə yoxa çıxarılıb. İddiaçı 18 ay müddətində kənar xəttdən istifadə edib. Əgər belə hal vardısa Azəriqaza və ya polis orqanlarına şikayət edə bilərdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları İstehlakçı İddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilmişdir. Aktlarda mənzildə sayğacdan kənar qeyri-qanuni qazdan istifadə aşkar olunduğu qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən 842,40 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən 497,90 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” yə əsasən 234 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən 885,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən 252 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən 252 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən 295,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” yə əsasən 167,30 manat, ümumilikdə 3426,20 manat məbləğində borc hesablanmışdır. İddiaçı evində istifadə edilən təbii qazın hesabatının aparılması üçün sayğac xx.xx.2020-ci il tarixində quraşdırılmışdır. 2020-ci ilin aprel ayı üzrə iddiaçının evində sərf edilmiş və sayğac vasitəsilə qeyd edilmiş qaz həcminin dəyəri 14,40 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin 3-15- 2-1/2-181/2025 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2018-2020-ci illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan qaz həcminin dəyəri 3102 manat məbləğində müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə Cavabdeh İB tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 3426,20 borcun silinməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İB tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 842,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 497,90 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 234 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 885,60 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 295,20 manat xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 167,30 manat, ümumilikdə 3426,20 borc hesablanmışdır. İddiaçı məhkəmə araşdırması zamanı ona məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni kənar xətt vasitəsi ilə istifadə edildiyini təstiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyindən istifadə etdiyi qazın dəyərini ödəməlidir. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən istifadə edilmiş qaz həcmini bərpası məqsədi ilə xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı aktlar üzrə aparılmış hesabat düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin 3-15-2- 1/2-181/2025 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı aktlara əsasən 2018-ci il üzrə hesablanan 2916 m3 qaz həcminin dəyəri 413,20 manat, 2019-cu il üzrə hesablanan 10530 m3 qaz həcminin dəyəri 1866 manat, 2020-ci il üzrə hesablanan 5214 m3 qaz həcminin dəyəri 822,80 manat, ümumilkdə 3102,00 manat müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etməsi nəticəsində Cavabdeh İB-nə dəymiş zərərin məbləği Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinin Bakı Filialı tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə uyğun olaraq 3102,00 manat məbləğində müəyyən edildiyinə görə, iddia yuxarıda qeyd edilən aktlar üzrə hesablanmış borcun silinməsi hissəsində qismən təmin edilməli, Cavabdeh İB tərəfindən sözügedən aktlara əsasən artıq hesablanmış 324,20 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya silinməsi tələb edilən 3440,60 manat məbləğdən qalan 14,40 manat məbləğində borcun silinməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, həmin məbləğ iddiaçı tərəfindən 2020-ci ilin aprel ayında istifadə edilmiş və iddiaçının evində quraşdırılmış sayğac vasitəsilə qeyd edilmiş təbii qazın dəyərinə görə hesablanan sərfiyyət borcudur. Belə olan halda, iddiaçı həmin məbləği ödəmək vəzifəsini daşıyır. Odur ki, iddia 14,40 manat məbləğində borcun silinməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, fərdi ev - 2360 - 0001 üzrə abonent İddiaçı (abonent kodu: **********00001) hesablanmış 324,20 (üç yüz iyirmi dörd manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar