Məhkəmə qərarları › İş №2(011)-6079/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6079/2021

04.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6079/2021 04.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh 2 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə vaxtının uzadılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı cavabdeh 2 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 103 nömrəli torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü hesab edilməsi və mirasın qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 2 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 103 nömrəli torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü hesab edilməsi və mirasın qəbul edilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar