Məhkəmə qərarları › İş №2(011)-6118/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6118/2022

20.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6118/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı ünvan 1 ünvanı üzrə **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Cavabdehin tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə 2018-ci ilin fevral, 2019-cu ilin aprel, 2020-ci ilin yanvar, fevral, dekabr, 2021-ci ilin fevral, mart, aprel, may, iyul, avqust, oktyabr, noyabr, dekabr, 2022-cu ilin yanvar, fevral, mart, may, iyul, avqust ayları üzrə ümumilikdə 21 dəfə akt tərtib edilmiş, aktlarda iddiaçıının təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi qeyd edilərək, ümumilkdə 15091,86 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun aktlar üzrə, ümumilikdə 15220,86 manat məbləğində borcunun olması qeyd olunmuşdur.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş, 0146802, 0197881, 02022342, 0226889, 0257808, 0268879, 0296357, 0298767, 03011329, 0302772,, 0314257, 0328180, 0328412, 0342180,0343144, 0344290, 0361297, ******* və ******* saylı aktların ləğv edilməsi, həmin aktlar əsasında hesablanmış 16366,29 manat borcun onun abonent heübından silinməsi və qeyri-qanuni borca görə tutulmuş 38,70 manat pulun ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, bildirdi ki, iddiaçının abonent saldosunda qeyd olunan borclar onun əlavə xəttdən istifadə etməsi nəticəsində yaranıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

10. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

12. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür.

14. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

15. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

16. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

18. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tələb etməsinin hüquqi əsasları “Qazdan istifadə Qaydaları”nın 5.2ci bəndində nəzərdə tutulmuşdur. Aktların isə (xx.xx.2022-ci il tarixli akt istisna olmaqla) qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilməsi iş materialları ilə müəyyən olunur. Eyni zamanda, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

19. Lakin məhkəmə araşdırması zamanı iddiaçı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktın doğruluğunu etiraf etmişdir. Bundan başqa, iş materiallarında olan abonent saldusu ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə tərtib edilmiş 21 akt üzrə cəmi 15220,86 manat məbləğində borc hesablanmışdır. İddiaçı isə 16366,29 manat borcun silinməsini tələb edir, lakin 1145,43 manat borcun (16366,29 – 15220,86 = 1145,43 manat) silinmsə ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur məhkəmə hesab edir ki, iddia aktlar əsasında hesablanmış 15220,86 manat borcdan iddiaçının etiraf etdiyi akt əsasında hesablanmış 298,08 manat borc çıxıldıqdan sonra qalan 14922,78 manat (15220,86 – 298,08 manat = 14922,78 manat) borcun silinməsi hissəsində təmin edilməlidir.

20. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 16067,49 manat olduğu nəzərə alındıqda, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 138,20 manat təşkil edir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair İddiaçı hesablanmış 14922,78 manat məbləğində borc silinsin. 138,20 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar