Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6139/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “borcun silinməsi” barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı məxsus ********** nömrəli VÖEN-lə çörək bişirmə sexi fəaliyyət göstərir. İş materiallarına əlavə edilmiş “Uçotu aparılmayan təbii qazın həminin hesablanmasına dair” tələbnamədən görünür ki, istehlakçı fiziki şəxs İddiaçı, fəaliyyət növü qeyri-əhali qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda istehlakçının fəaliyyət növü “çörək sexi” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” Aktdan görünür ki, iddiaçıya məxsus qaz qeyri-əhali qaz sayğacı rotorların kiplənməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmamışdır. İddiaçı hazırda Bakı şəhəri Qardağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolunda yerləşən ona məxsus olan çörək sexinin fəaliyyəti üçün istifadə etdiyi qaz sayğacı üzrə yaranmış borcun silinməsini xahiş edir. Göründüyü kimi, iddiaçının hazırkı iddiası onun sahibkarlıq fəaliyyəti nəticəsində yazılmış borcun silinməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, mövcud iddiaya ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olduğundan, hazırkı iddia ərizəsi geri qaytarılmalıdır. Göründüyü kimi iddiaçının borcun silinməsini tələb etdiyi ünvan özünün də iddia ərizəsində qeyd etdiyi kimi ona məxsus olan çörək sexidir, iddiaçının VÖEN-in əsas fəaliyyəti “çörək bişirmə” kimi qeyd edilmiş və iddiaçıya yazılmış borc məhz çörək sexinin fəaliyyətindən irəli gəlmişdir. Bu üç hal hazırkı iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini dəyişdirməklə, mülki işə kommersiya məhkəməsində baxılmasını zəruri edir. Belə ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəmə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6139/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6139/2023
08.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver