Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6171/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı borcun silinməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı ona məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinə əsassız olaraq hesablanmış 5060,90 manat borcun **********30000 saylı qaz hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları müəyyən edilir ki, Cavabdeh İB-nin İddiaçı qarşı dəymiş maddi ziyanın ödənilməsi barədə iddia tələbi ilə iddia irəli sürmüş və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-6510/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehin iddia qismən təmin edilərək, İddiaçı 756 manat məbləğində dəymiş zərər, 93,40 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması qət edilmiş, iddia tələbi qalan 5060,90 manat məbləğində dəymiş zərərin əvəzinin tutulması hissəsində təmin edilməmişdir. Həm Bakı şəhər Xəzər Rayon Məhkəməsinin sözügedən qətnaməsindən görünür ki, hər iki mübahisə Cavabdeh İB tərəfindən tərtib edilmiş eyni aktlarla bağlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. Şərh edilənlərdən göründüyü kimi, Cavabdeh İB İddiaçı qarşı (eyni tərəflər), eyni iddia predmeti (pul tələbi) və eyni əsasla iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia üzrə iddia tələbinə məhkəmədə baxılmış, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq, hazırda eyni tərəflər, eyni iddia predmeti və eyni əsasla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçılarnın hazırkı iddia ərizəsinə yenidən baxıla bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı :
Məhkəmə qərarları › İş №2(011)-6171/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6171/2024
04.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver