Məhkəmə qərarları › İş №2(011)-6172/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6172/2023

03.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6172/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 18 aprel 2022-ci ildən Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xreptovi küçəsi, 124 saylı evin ½ hissəsinin mülkiyyətçisidir. 30 mart 2023-cü il tarixdə Yasamal rayonu Qaz İdarəsinin işçiləri ondan xəbərsiz qaz sayğacını açıb çıxarmış və sonradan guya sayğaca müdaxilə olmasını bildirərək laboratoriyaya göndərmişlər. Yenə də ondan xəbərsiz guya laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunmuşdur. Qaz İdarəsinin işçilərinin qanunsuz hərəkətləri ilə bağlı Cavabdeh İB-yə müraciət etmişdir. Lakin yalan olaraq araşdırma aparıldığını bildirərək sayğaca müdaxilə olduğu bildirilir. Kimin araşdırma apardığı, nəyi araşdırdığı məlum deyildir. İddiaçı yeni mülkiyyətçi kimi əsassız hesablanmış borcun silinməsini tələb edir. Cavabdeh İB onun müraciətinə xx.xx.2023-cü il tarixdə cavab yazsa da, ona cavab verilməmişdir. O, cavabı xx.xx.2023-cü il tarixdə özü gedib almışdır. Qaz idarəsi işçilərinin hərəkətləri qanunsuzdur, hesablanan borc əsassızdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun mülkiyyətinə aid sayğaca hesablanmış əsassız 1555 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi, ev 124 “B” tikilisindən ½ hissə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı X6 tərəfindən İddiaçı ünvanlanmış 05 iyun 2023-cü il tarixli məktundan görünür ki, İddiaçı istehlakçı hesabında (**********00010) yaranmış borcun araşdırılması barədə Cavabdehndən Bakı X6 Departamentinə daxil olmuş xx.xx.2023-cü il tarixli 14-2-2/3-11-18382/2023 nömrəli müraciətinə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, istifadəsində olmuş G-4 markalı 1402AZ**********92 nömrəli qaz sayğacının çıxış borusunda dəlik aşkar edildiyi üçün bu barədə xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilərək Qaz sayğacının quraşdırılması, çıxarılması və istismara qəbulu haqqında akt tərtib olunaraq öncədən ödənişli G-4 markalı **********311 saylı qaz sayğacı ilə əvəzlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə Cavabdeh İB-nin Bakı X6 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən, qaz sayğacının qeydiyyata almadığı təbii qaz 12960 m3 müəyyənləşdirilərək istehlakçı hesabına daxil edilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. İstehlakçı hesabının adına keçirilməsi ilə bağlı müvafiq sənədlərlə (şəxsiyyət vəsiqəsi, mülkiyyəti təsdiq edən sənəd) birlikdə “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, X1 məxsus ünvan 2 ünvanına aid **********00010 saylı abonent hesabına 2023-cü il üçün 1555.20 manat borc qeyd edilmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 30 mart 2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 3 ünvanında G-4 markalı, **********311 nömrəli, Smart tipli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, iddiaçının istifadəsində olmuş G-4 markalı 1402AZ**********92 nömrəli qaz sayğacının çıxış borusunda dəlik aşkar edildiyi üçün bu barədə xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilərək Qaz sayğacının quraşdırılması, çıxarılması və istismara qəbulu haqqında akt tərtib olunaraq öncədən ödənişli G-4 markalı **********311 saylı qaz sayğacı ilə əvəzləndiyini, qaz sayğacının qeydiyyata almadığı təbii qaz 12960 m3 müəyyənləşdirdiyi bildirsə də, həmin borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mənzil İddiaçı adına dövlət reyestrində 18 aprel 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus evə hesablanmış 1555 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanına (abonent kodu: **********00010) hesablanmış 1555 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar