Məhkəmə qərarları › İş №2(011)-6210/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6210/2025

01.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6210/2025 01.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 1 ünvanı üzrə xx.xx.2006-cı ildən qalmış 546,08 manat məbləğində işıq borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlliləri ondan ibarət olmuşdur ki, iddiaçı istifadəsində olan, ünvan 1 ünvanda 200-ci ildə yaşayır. Özü 1-ci dərəcəli gözdən əlildir. O, və ailə üzvləri mütəmadi olaraq yaşadıqları ünvan 1 ünvana bütün komunal ödənişlərini etmişlər. Ancaq xx.xx.2006cı ildə yazılmış borc üzrə 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən tələb olunmayan borclar qrafasına daxil olunmuşdur. Hazırda onun istifadəsində olan ünvan 1 ünvanda xx.xx.2006-cı ilə kimi 546.08 manat məbləğində borc qalmışdır. Onun istifadəsində olan ünvan 1 ünvana dondurulmuş borcun silinməsi üçün cavadeh "xxxx" ASC-yə ərizə vermişdir ki, həmin məbləğ 546,08 manat borcun silinməsini tələb etmişdir. Sonuncu isə xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Tərəflərin izahatı: İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - İstehlakçı İddiaçı **********00030 abonent kodu üzrə elektrik enerjesindən istifadə nəticəsində yaranmış istehlak borcuna görə 546,08 manat məbləğində borc yazılmışdır. - "xxxx" ASC-nin 13-13/2-2/19-Q-7441-5/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən, **********00030 abonent kodu üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixinə qədər mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış 546,08 manat borc ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu məbləğin ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 3 aprel 1998-ci il taxili 459-İQ nömrəli Qanunu (2006-cı ildə qüvvədə olan redaksiyada) Maddə 11. Elektroenergetikada müqavilə münasibətləri Elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Müqavilə “Elektrik və istilik enerjisindən istifadə etmə qaydaları”na uyğun tərtib edilməklə aşağıdakıları əks etdirməlidir: elektrik və istilik enerjisinin qiyməti, həcmi, təchizat rejimi; şəbəkəyə qoşulma və ayırma şərtləri; enerjinin keyfiyyəti (gərginlik, tezlik və təchizatın etibarlılığı); istehlakçının dərəcəsi; enerji dəyərinin ödəmə şərtləri; təbii fəlakət və digər fors-major halları istisna olmaqla qəza vəziyyətləri və enerjinin keyfiyyətinin aşağı olması nəticəsində dəyən ziyanın ödənilməsi şərtləri; istehlakçı-təchizatçı sərhədlərinin müəyyən edilməsi. İstehlakçı müqavilə müddəti qurtarmamış enerjidən imtina edərsə, təchizatçının müqavilə ilə əlaqədar çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Enerjinin alqı-satqısı zamanı yaranan mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəfin izahatını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanı üzrə İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və enerjitəchizatı müəssisəsi tərəfindən onun adına şəxsi hesab açılmışdır. Qeyd olunan müqaviləyə əsasən istehlakçı İddiaçı isə istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmək öhdəliyini götürmüşdür. ünvan 1 ünvanı üzrə istehlakçı İddiaçı xx.xx.2006-cı il tarixinə qədər elektrik enerjisindən istifadəyə görə 546,08 manat sərfiyyat borcu hesablanmışdır. Lakin istehlakçı İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmişdir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc istehlakçı X1 tərəfindən elektrik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq hesablanmış istifadə olunmuş elektrik enerjisinin dəyəridir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 1 ünvana xx.xx.2006-cı ildən qalmış 546,08 manat məbləğində işıq borcunun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar