Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6273/2021 03.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 30.08.2018-ci il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış cərimə borcundan qalan 1648 manat məbləğində borc və 12.10.2020-ci il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış 216 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 05/2020-ci il tarixinə kimi İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 296 manat məbləğində pul vəsaitinin hesabına geri qaytarılması, tərəfindən vəkil xidmətinin göstərilməsi üçün 7 saylı vəkil bürosunun və notarisun hesabına ümumilikdə ödənilmiş 120 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2018-ci il tarixdə iddiaçının istifadəsində olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən sökülmüş və əvəzində yeni sayğac quraşdırılmışdır, sayğac dəyişdirilərkən heç bir zədə olmadan plombu üzərində olmuşdur, köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra ona bildirmişlər ki, sayğacda problem olub və bununla bağlı 1944 manat cərimə ödəməlidir, həmçinin 22.08.2020-ci il tarixdə qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən sökülmüş və əvəzində yeni sayğac quraşdırılmış, 12.10.2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda və həmin akt əsasında tərtib olunmuş hesabatda qaz itkisinin yaranması səbəbindən onun abonent hesabına 216 manat cərimə borcu hesablanmış və həmin məbləğ də ondan tələb olunur, bu məqsədlə də smart karta yüklədiyi puldan tutulmalar aparılmışdır, hesabdan çıxarışdan da göründüyü kimi, bu günə olan 1944 manat cərimə borcu 1648 manatadək azalmış, 296 manat pul vəsaiti abonent hesabından borca görə tutulmuşdur, iddiaçı qaz sayğacına hər hansı müdaxilə etməmişdir və evdən kənarda quraşdırılmış qaz sayğacına görə heç bir məsuliyyət daşıya bilməz. Sonda Vəkil iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Azəriqaz İB əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvana baxış keçirilmiş və nəticədə iddiaçının sayğaca müdaxilə etməsi aşkar olunmuş, bununla bağlı akt tərtib olunmuşdur, hesab edir ki, iddia tələbi əsassızdır, tələb olunan məbləğ abonent tərəfindən ödənilməlidir, borc qanuni əsasla hesablanmışdır. Sonda cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.08.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı Smart G-4 markalı 1802AZ**********59 saylı qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, 29/1710-01336/2-104 saylı rəyinə əsasən 1602AZ**********99 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12.10.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, 29/1710-02960-1 saylı rəyinə əsasən 1802AZ**********59 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materaillarında olan 12.10.2021-ci il tarixli GASREP sənədindən görünür ki, iddiaçının **********01001 saylı abonent hesabına 11/2018-ci il üçün 1944 manat borc hesablanmışdır. Həmin sənəddən görünür ki, borca görə tutulma 296 manat təşkil edir, cari borc 1648 manat təşkil edir. İş materiallarında olan Cavabdeh İB-nin 30.08.2018-ci il tarixli qərarının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 9720 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 27.07.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********01001 saylı abonent hesabında 1944 manat borcdan 1648 manat borc qalmış, 216 manat akt üzrə yeni borc hesablanmışdır. İş materiallarında olan 03.09.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********01001 saylı abonent hesabına 2018-ci il üçün 1944 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 31.10.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 2160 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ARDNŞ-nin Cavabdeh İB-nin QSN 29/1710-01336/2-104 saylı aktına əsasən 1602AZ**********99 nömrəli sayğacın çıxış plasmas borusunun deşilməsi nöqsanı barədə qeyd aparılmış, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 7 saylı Vəkil bürosuna xidmət haqqı kimi 120 manat pul köçürmüşdür. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 2018-ci ildə və 2020-ci ildə yenisi ilə əvəzləşdirilmişdir, çıxarılmış qaz sayğacları yoxlanılarkən qüsur aşkar olunmuş, bu əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.08.2018-ci il tarixli ******* saylı akt və 12.10.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və itirilmiş qazın bərpası üzrə 1944 manat və 216 manat, ümumilkdə 2160 manat borc iddiaçının abonent hesabına yazılmışdır, həmin məbləğdən 296 manat cavabdeh tərəfindən tutulmuş, qalıq borc 1864 manat (1648+216) təşkil edir və həmin məbləğlər iddiaçıdan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********01001) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1944 manat və 216 manat, ümumilkdə 2160 manat məbləğində borcdan tutulmuş 296 manat geri qaytarılmalı və qalan 1864 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********01001 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1944 manat və 216 manat, ümumilkdə 2160 manat məbləğində borcdan tutulmuş 296 manat geri qaytarılsın və qalan 1864 manat məbləğində borc silinsin. Hüquqi xidmət göstərilməsi üçün Bakı şəhəri 7 saylı vəkil bürosunun və notarisun hesabına ümumilikdə ödənilmiş 120 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6273/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6273/2021
03.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver