Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6278/2024 15.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və sair” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, İddiaçı iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-558/2006 saylı, 06 fevral 2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiaları təmin edilmiş, İddiaçı Bakı şəhəri, Babək prospektindəki 86 №-li evin 166-cı mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-421/2009 saylı 09 fevral 2009-cu il tarixli qətnaməsindən müəyən edilir ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-558/2006 saylı, 06 fevral 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-1808/2009 saylı 16 iyun 2009-cu il tarixli qərarından müəyyən edilir ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-421/2009 saylı 09 fevral 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, Babək prospektindəki 86 №-li evin 166-cı mənzilindən ona cavabdehlər tərəfindən kompensasiya verilməklə, istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Halbuki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(103)-421/2009 saylı 09 fevral 2009-cu il tarixli qətnaməsi ilə İddiaçı sözügedən mənzildən istifadə hüququ itirilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə hesab edirəm ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcud olduğundan hazırkı ərizənin icraata qəbulundan imtina edilməlidir. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 151 və 153-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və sair” tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6278/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6278/2024
15.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver