Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6285/2020 23.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçının cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı xx xxxxxxxx 2020-ci il tarixli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin MSK- 29/1710-01535-1 nömrəli aktının 85-ci sırasında iddiaçıya aid olan hissəsi və onun əsasında tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı əsassız və qanuna zidd olduğu üçün məhkəmə tərəfindən etibarsız hesab edilməsi, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən **********00000 nömrəli abonent koduna “Cavabdeh” İstehsalat Birliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixdə ünvan 2 ünvandakı qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilib. xx xxx 2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin işçiləri tərəfindən ünvan 1 ünvandakı köhnə Smart G-4 itron tipli qaz sayğacının dövrü müddəti başa çatdığı üçün yeni Zenner G-4 tipli mexaniki qaz sayğacı ilə əvəz edilib. “Cavabdeh” İstehsalat Birliyinin işçiləri əvvəlki smart G-4 itron tipli qaz sayğacını diqqətlə nəzərdən keçirərək, heç bir qüsurun, problemin olmadığını və plombunda üşündə olduğunu bır sözlə hamısının qaydasında olduğunu bildirərək bununla bağlı akt tərtib ediblər. xx xxx 2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqındakı ******* nömrəli aktda da göstərilib ki, “çıxarılan sayğacın tipi itron, markası G-4, nömrəsi 1202AQ**********1, sayğacın göstəricisi 31177,2 m3, sayğacın üzərindəki plombun nömrəsi 01194532 olub. 1202AQ**********1 nömrəli, qaz sayğacın üzərindəki 01194532 nömrəli plombu “Cavabdeh” İstehsalat Birliyinin işçiləri qıraraq, həmin sayğacı qaz xəttindən açaraq ayırıblar. Ancaq xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin MSK- 29/1710-01535-1 nömrəli aktının 85-ci sırasında göstərilib ki, “1202AQ**********1 nömrəli, qaz sayğacında Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Sayğacın çıxış plasmas borusu deşilib.” Halbuki, xx xxx 2020-ci il tarixdə “Cavabdeh” İB-nin işçiləri həmin qaz sayğacın tam nəzərdən keçiriblər. Əgər həmin qaz sayğacında hər hansı bir nöqsan və yaxud sayğacın çıxış plasmas borusu deşilmiş olunsaydı həmin işçilər bunu görüb, ******* nömrəli aktda da problemi qeyd edərdilər. Ancaq ******* nömrəli aktda isə bu barədə heç nə göstərilməyib, aktda sayğacın çıxarılması səbəbi əvəzetmə göstərilib. Bundan sonra xx xxxxxxxx 2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilib. xx xxxxxxxx 2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən təbii qazdan iätifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən “Cavabdeh” İB iddiaçıya əsassız və qanuna zidd olaraq 216 manat borc pul yazıb. xx xxxxxxxx 2020-ci il tarixli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin MSK-29/1710-01535-1 nömrəli aktının 85-ci sırasında iddiaçı aid olan hissəsi və onun əsasında tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı əsassız və qanuna zidd olduğu üçün məhkəmə tərəfindən etibarsız hesab edilməli və bunların əsasında yazılmış 216 manat pul isə silinməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarından, həmçinin məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda “İtron G-4” tipli qaz sayğacı dəyişdirilərək “İtron G-4” tipli sayğac quraşdırılmış, bu barədə akt tərtib olunmuşdur (xx.xx.2020-ci il tarixli, ******* saylı Qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında akt). Qaz sayğacına baxışın keçirilməsi zamanı “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmiş həmin aktda qeyd edilmişdir ki, “klapandakı kipləşdirici təbəqə aşkar edilmədi, çıxış plastmas borusu deşilib, yivli birləşmələrdə korroziya izi var”. Daha sonra iddiaçının yaşadığı ünvan üzrə “Cavabdeh” İB tərəfindən abonentə 216 manat məbləğində borc hesablanmışdır (abonentin saldosu). Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan əlavə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Odur ki, cavabdehin qaz sərfinə görə iddiaçıya hesablandığı 216 manat məbləğində borc silinməlidir. Məhkəmə iddia tələbinin xx xxxxxxxx 2020-ci il tarixli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin MSK-29/1710-01535-1 nömrəli aktının 85-ci sırasında iddiaçıya aid olan hissəsi və onun əsasında tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı əsassız və qanuna zidd olduğu üçün məhkəmə tərəfindən etibarsız hesab edilməsi hissəsini araşdıraraq hesab edir ki, “Cavabdeh” İB tərəfindən tərtib edilmiş həmin akt iddiaçının ünvanında quraşdırılmış qaz sayğacının çıxarılaraq yeni sayğacın quraşdırılması barədə tərtib edilmişdir. Yəni, həmin akt iddiaçı üçün hüquq və vəzifələr, habelə öhdəliklər müəyyən etmədən, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən qaz sayğacının dəyişdirilməsi prosesinin qeydə alınmasını özündə əks etdirir. Beləliklə, iddia qeyd edilən aktın etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan az olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı qaz sərfiyyatına görə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc (abonent kodu:**********00000) borc silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu “Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6285/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6285/2020
23.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver