Məhkəmə qərarları › İş №2(011)-6286/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6286/2025

19.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6286/2025 19.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 230,40 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarətdir ki, hal-hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılan işıq sayğacı iddiaçının adınadır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini o qızının ailəsinin adına keçirmişdir. Ev başqa ada keçirilərkən evin komunalları onun adına qalmışdır. Lakin sonradan həmin fərdi yaşayış evi satılarkən işıq sayğacı evin yeni sahibinin adına keçirilərkən Asan Kommunalda onlara bildirmişlər ki, sayğaca keçmiş dövrdə Barmek tərəfindən 230.40 manat borc yazılmışdır və bu borc ödənildikdən sonra sayğac ada keçirilə bilər. Hesab edir ki, həmin 230.40 manat məbləğində əsassız borc yazmışdırlar. Hansı ki, elektrik sayğacına heç bir müdaxilə etməmişlər və Cavabdeh ASC-yə heç bir borcları olmamışdır. Ödənişlər isə vaxtı-vaxtında ödənilmişdir. Bu günə qədər də onlara borc barədə heç bir bildiriş belə göndərilməmişdir. Hesab edir ki, “Azərişıq“ ASC-nin işçiləri tərəfindən tərtib edilən borc ədalətsiz hərəkətdir. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İstehlakçı İddiaçı **********X0A25 abonent kodu üzrə elektrik enerjisindən istifadə nəticəsində yaranmış barmek borcuna görə əsasən 230,40 manat məbləğində borc yazılmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.1998-ci il tarixdən sonra qüvvədə olan redaksiyası Maddə 11. Elektroenergetikada müqavilə münasibətləri Elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Müqavilələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən elektrik enerjisindən istifadə qaydalarına və istilik enerjisindən istifadə qaydalarına uyğun tərtib edilməklə müvafiq olaraq aşağıdakıları əks etdirməlidir: elektrik və istilik enerjisinin qiyməti, həcmi, təchizat rejimi; şəbəkəyə qoşulma və ayırma şərtləri; enerjinin keyfiyyəti (gərginlik, tezlik və təchizatın etibarlılığı); istehlakçının tikinti obyektinin elektrik enerjisi təchizatının etibarlılıq kateqoriyası; enerji dəyərinin ödəmə şərtləri; təbii fəlakət və digər fors-major halları istisna olmaqla qəza vəziyyətləri və enerjinin keyfiyyətinin aşağı olması nəticəsində dəyən ziyanın ödənilməsi şərtləri; istehlakçı-təchizatçı sərhədlərinin müəyyən edilməsi. İstehlakçı müqavilə müddəti qurtarmamış enerjidən imtina edərsə, təchizatçının müqavilə ilə əlaqədar çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Enerjinin alqı-satqısı zamanı yaranan mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. Maddə 15. Elektrik və istilik enerjisinin istehlakçılarının hüquqları İstehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrin enerjisindən istifadə Qaydaları”

8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22. Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. 8.23. Məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını və tərəfin izahatını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanı üzrə İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və enerjitəchizatı müəssisəsi tərəfindən onun adına şəxsi hesab açılmışdır. Qeyd olunan müqaviləyə əsasən istehlakçı İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmək öhdəliyini götürmüşdür. ünvan 2 ünvanı üzrə istehlakçı İddiaçı elektrik enerjisindən istifadəyə görə 230,40 manat sərfiyyat borcu hesablanmışdır. Lakin istehlakçı İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmişdir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc istehlakçı tərəfindən elektrik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq hesablanmış istifadə olunmuş elektrik enerjisinin dəyəridir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC qarşı cavabdeh tərəfindən hesablanmış 230,40 (iki yüz otuz manat qırx qəpik) məbləğində borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar