Məhkəmə qərarları › İş №2(011)-6287/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6287/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6287/2021 03.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə İsmayıllı rayonunda doğulmuş və İsmayıllı rayonu, Topçu kəndində qeydiyyatda olan Cavabdeh 1909 manat məbləğində əsas borcun və 20 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Y.V.Ağazadə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh dəyəri 690 manat olan məişət avadanlığı almış, cavabdehin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra onun "xxxx" MMC–yə 165 manat borcu qalmışdır, 12.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh dəyəri 1149 manat olan məişət avadanlığı almış, cavabdehin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra onun "xxxx" MMC–yə 411 manat borcu qalmışdır, 18.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh dəyəri 1169 manat olan məişət avadanlığı almış, cavabdehin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra onun "xxxx" MMC–yə 404 manat borcu qalmışdır, 18.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh dəyəri 820 manat olan məişət avadanlığı almış, cavabdehin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra onun "xxxx" MMC–yə 480 manat borcu qalmışdır, 30.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh dəyəri 734 manat olan məişət avadanlığı almış, cavabdehin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra onun "xxxx" MMC–yə 449 manat borcu qalmışdır, cavabdehin cəmi 1909 manat borcu qalmışdır. Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımıca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixdə 516733 saylı müqavilədən görünür ki, kredit yolu ilə alınan avadanlığın qiyməti 734 manat, əvvəlcədən ödəniş 50 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 57 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.12.2018ci il tarixdə 516280 saylı müqavilədən görünür ki, kredit yolu ilə alınan avadanlığın qiyməti 690 manat, əvvəlcədən ödəniş 30 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 55 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2019cu il tarixdə 516454 saylı müqavilədən görünür ki, kredit yolu ilə alınan avadanlığın qiyməti 1149 manat, əvvəlcədən ödəniş 57 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 91 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.03.2019cu il tarixdə 516573 saylı müqavilədən görünür ki, kredit yolu ilə alınan avadanlığın qiyməti 1169 manat, əvvəlcədən ödəniş 77 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 91 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.04.2019cu il tarixdə 516641 saylı müqavilədən görünür ki, kredit yolu ilə alınan avadanlığın qiyməti 820 manat, əvvəlcədən ödəniş 40 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 65 manat təşkil edir. İş materiallarında olan 15.03.2021-ci il tarixli “Maliyyə arayışın”-dan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17.12.2018-ci il tarixdə bağlanmış LLK516280 saylı müqavilə üzrə ödənilməmiş 165 manat əsas borcu, 12.02.2019-cu il tarixdə bağlanmış LLK516454 saylı müqavilə üzrə ödənilməmiş 411 manat əsas borcu, 18.03.2019-cu il tarixdə bağlanmış LLK516573 saylı müqavilə üzrə ödənilməmiş 404 manat əsas borcu, 18.04.2019-cu il tarixdə LLK516641 saylı müqavilə üzrə ödənilməmiş 480 manat əsas borcu, 30.05.2019-cu il tarixdə bağlanmış LLK516733 saylı müqavilə üzrə ödənilməmiş 449 manat olmaqla, ümumilikdə 1909 manat borcu vardır. İş materiallarında olan 14.05.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında dəyəri 690 manat, 1149 manat, 1169 manat, 820 manat və 734 manat məbləğində olan məişət avadanlıqlarının cavabdehə satılması barədə müqavilə bağlanmış, həmin müqavilələrdə cavabdehin avadanlığı əldə etməsi qeyd olunmuş, cavabdehin həmin əşyaya dair 1909 manat əsas borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Bununla belə, əşyaya görə qalıq borca görə cavabdehin öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1909 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məmkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 20 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1909 (min doqquz yüz doqquz) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar