Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6298/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB tərəfindən tərtib olunmuş № ******* saylı, 30 mart 2018-ci il tarixli aktın etibarsız hesab olunması, həmçinin “Azəriqaz" İB tərəfindən itirilmiş qazın dəyəri kimi əsassız hesablanmış 259.20 (iki yüz əlli doqquz) manat 20 qəpik borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləriylə - həyat yoldaşı, qızı və hazırda Respublikanın qərb bölgəsində ermənilərlə üzbəüz ərazidə yerləşən hərbi hissələrdən birində həqiqi hərbi xidmətdə olan oğluyla birlikdə yuxarıda göstərilən ünvanda olan ona məxsus mənzildə daimi qeydiyyatda olmaqla yaşayır. Fərdi istehlakçı kimi İddiaçı Cavabdeh Bakı X5 Departamenti ilə müqavilə bağlayaraq, qeydiyyatda olduğu və ailəliklə faktiki yaşadığı fərdi mənzildə təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını qaz paylayıcısı tərəfindən müvafiq qaydada quraşdırılmış sayğaca uyğun olaraq vaxtlı- vaxtında ödəyir və bununla bağlı heç bir problem yoxdur. Bundan əlavə, mən 2015-ci ilin avqust ayında İddiaçı Lənkəran şəhərində qeydiyyatda olan X1 notarial qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən həmin şəxsə məxsus olan, Bakı şəh., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi ünvanında yerləşən və alqısatqı edilərkən təqdim olunan sənədlərdən Şüvəlan Bələdiyyəsinin verdiyi icazə ilə 2010cu ildə tikildiyi qeyd olunmuş bağ evi almışdır. Hazırda iddia ərizəsinə əlavə edərək Məhkəməyə təqdim etdiyi həmin alqı-satqı obyektinə dair tikinti və torpaq sənədlərinin hesabat-plan cədvəlindən də göründüyü kimi, İddiaçı həmin evi əldə edərkən, onu iddiaçıya satmış şəxs mənzil-kommunal və digər ödənişlərin abonenti, o cümlədən təbii qazdan istifadəyə görə istehlakçı olmuş və həmin evə aid qaz sayğacı quraşdırılmışdı ki, həmin bağ evini mən aldığım zaman qaz və işığa dair sayğaclar da onun adına keçirildi. Lakin, yuxarıda da qeyd olunduğu kimi, İddiaçı və digər ailə üzvləri qeydiyyatda olduqları ünvandakı mənzildə yaşamışlar və hal-hazırda da faktiki olaraq orada, yəni, ünvan 2 ünvandakı mənzilində yaşayır. Şüvəlandakı bağ evində isə heç yaşamamışlar, hazırda da orada yaşamırlar. İddiaçı həmin evə il ərzində bəlkə də 2-3 dəfə, o da, oraya baş çəkmək üçün ayaqüstü dəyirəm. Orada qalıb yaşamamaqları səbəbindən, eləcə də həmin evdə olan kommunal xidmətlərdən, o cümlədən təbii qazla işləyən məişət cihazlarından istifadə etməmişlər, hazırda da istifadə etmirlər. Bu, “Azəriqaz"ın müvafiq qurumunun verdiyi və Məhkəməyə təqdim olunması üçün iddia ərizəsinə əlavə etdiyi Abonent saldosunun məzmunundan da aydın görünür. Lakin üstündən uzun müddət keçəndən sonra - 2022-ci il avqust ayının əvvəlində iddiaçıya məlum oldu ki, xx.xx.2018-ci il tarixdə “Azəriqaz"ın Xəzər rayonu ərazisinə xidmət və ya nəzarət edən işçiləri guya gəlib ona məxsus sözügedən bağ evinə aid qaz sayğacına “növbəti" baxış keçirərkən qaz sayğacına kənardan müdaxilə olması nəticəsində, o zaman sayğac quraşdırılarkən sayğaca vurulmuş xüsusi nömrəli plombun olmadığı aşkarlanmış, guya iddiaçının yanında ******* saylı akt tərtib olunaraq 259.20 manat məbləğində hesabat aparılaraq mənim istehlakçı hesabıma daxil edilmiş, eyni zamanda guya o həmin aktın məzmunu ilə tanış edilərək imzalanması üçün ona təqdim olunmuş və guya iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İddiaçı barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixdə “Azəriqaz" İB-nin müvafiq qurumunun əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli № ******* saylı akt qanunsuzdur, həmin aktda İddiaçı və ya ailə üzvləri tərəfindən istifadəsində olan qaz sayğacına müdaxilə olunması səbəbindən həmin cihazın ölçmə rejiminin pozulmasının göstərilməsi əsassızdır və obyektiv həqiqətə uyğun deyildir. Bütün bunlara görə iddiaçı həmin aktla qətiyyən razı deyil. İddiaçı əsassız olaraq cavabdeh tərəfindən iddiaçının qaz sayğacına müdaxilə etməkdə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edəərk iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvan üzrə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” tərtib edilmiş həmin aktda qeyd edilmişdir ki, “sayğacın flyans plombunun qırıq olduğu aşkar olundu”. Bundan sonra Cavabdeh İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 259.20 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 259.20 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu:**********01340) hesablanmış 259.20 (iki yüz əlli doqquz manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6298/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6298/2022
14.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver