Məhkəmə qərarları › İş №2(011)-6312/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6312/2023

20.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6312/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh3 qarşı Bakı şəhəri 40 saylı notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduqları “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payın müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh3 qarşı Bakı şəhəri 40 saylı notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb olunduqları “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, anası X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 31 ünvanındakı 48 saylı mənzil 5 otaqlı evdən ibarətdir. Qardaşı Cavabdeh3 12 may 2016-cı il tarixində Bakı şəhəri 40 saylı notariat ofisinə ərizə ilə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Onun əsasında anasından miras qalmış ünvan 1 ünvanını öz adına rəsmiləşdirmişdir. Anası xx.xx.2010-cu ildə dünyasını dəyişmiş, həmin ilin xx.xx.2010-cu il tarixində 36 saylı notariat kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün iddiaçı ərizə ilə müraciət etmişdir. Həmçinin qardaşının buna dair müraciəti olduqda dərhal ona məlumat verilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq, qardaşı Cavabdeh3 Bakı şəhəri, 40 saylı Notariat kontoru tərəfindən 12 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, ona isə məlumat verilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, şəhid bacısıdır. 1-ci Qarabağ müharibəsində qardaşı şəhid olmuşdur. Onun şəhid olmasına görə Dövlət Başçısının fərmanına əsasən ailə üzvlərinə verilən 11000 manatı almaq üçün qardaşı onun razılığı olmadan həmin pulu ala bilmirdi. İddiaçının razılığı əsasında pulu alıb 2 hissəyə bölmüşlər. Burdan sual çıxır ortaya ki, necə olur ki, notariat ofisində ayrılmış vəsaiti almaq üçün iddiaçının vərəsə olduğu qardaşına bildirilir. Amma miras qalmış evdə isə ərizəsi ola-ola göz yumulur. O, anasından qalmış ünvan 1 saylı evin üzərində mülkiyyət hüququnu həyata keçirmək istədikdə, ona məlum olmuşdur ki, artıq qardaşı bunu etmiş və həmin mənzilə yeganə vərəsə olduğunu deyərək, qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra iddiaçı öz növbəsində 40 saylı notariat ofisinə ərizə (xx.xx.2022-ci il tarixində) ilə müraciət edərək, ünvan 1-ə dair vərəsəlik hüququ haqqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin onlar da öz növbəsində iddiaçıya imtina etmişlər. Bundan sonra o, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş (xx.xx.2022-ci il tarixli 2(011)-3824/2022 saylı), bundan sonra Bakı Apellyasiya məhkəməsinin (xx.xx.2022-ci il 2(103)-6578/2022) qərarı ilə iddiası qismən təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 14 iyun 2023-cü il tarixli Bakı şəhəri 40 saylı notariat ofisinin X-467 saylı natamam məktubuna əsasən iddiaçı yenə vərəsəlik hüququnu həyata keçirə bilməmişdir. Belə ki, notariat ofisi iddiaçının rəsmi məktubuna heç cürə cavab vermək istəməmişdir. Hətta notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında qeydə alınmış şəhadətnamə nömrəsini ona verməkdən, yəni verilən cavab məktubunda qeyd etməkdən yayınmış, dolayı yolla ona cavab verilmişdir. Bu əsasla da hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı Cavabdeh3 40 saylı notariat ofisində verilmiş şəhadətnamə və onun əsasında qeydə alınmış çıxarışın ləvğ olunmasını istəmişdir. Buna görə də anasından qalmış ünvan 2 ünvanında 5 otaqlı mənzildə iddiaçının payı ½ müəyyən olunmalıdır. Həmçinin ünvan 2-ə dair məhkəmə qətnaməsində göründüyü kimi, onun anası və onlar mübahisəli evdə daim yaşamış və beləliklə valideynindən qalan əmlakı miras olaraq qəbul etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən miras mülkə dair ünvan 3iş Cavabdeh3 verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi idarəsi tərəfindən dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən miras mülkə dair ünvan 4inə və onun əsasında tərtib olunan vərəsəlik şəhadətnaməsinə düzəliş olunaraq, onun vərəsə olmağı nəzərə alınmaqla ona çatası ½ payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz etməklə yanaşı məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, Bakı şəhəri, N.Tusi küçəsi ev 31, 48 saylı mənzil 1978-ci ildə orderlə cavabdehə verilmişdir. Cavabdehin qardaşı X6 31 yanvar 1992-ci ildə Qarabağ bölgəsində şəhid olmuş, atası X5 30 mart 1994-cü ildə vəfat etmiş, cavabdeh miras əmlak olan mənzildə daima qeydiyyatda olmuş, yaşamış və anası X4 vəfat edənədək cavabdehlə həmin mənzildə yaşamışdır. Anası ilə birlikdə qaldıqları müddətdə, eləcə də anası öldükdən sonra sözügedən mənzilə dair xərclər və kommunal xidmət haqlar cavabdeh tərəfindən ödənilmişdir. Anası vəfat etdikdən sonra da cavabdeh həmin əmlaka sahiblik etmiş və idarə etmiş, anasının dəfn və yas mərasiminin keçirilməsi xərclərini cavabdeh ödəmişdir. Adı çəkilən mənzil həmin vaxt mənzildə yaşayan ailə üzvlərinin razılığı ilə anası X3 adına 2001-ci ildə özəlləşdirilərək, mənzilə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Baxmayaraq ki, o vaxt cavabdeh mənzili öz adına ailə üzvü, qeydiyyatda olan və mənzildə yaşayan şəxs kimi özəlləşdirə bilərdi, ancaq o, bunu etməmişdir və mənzilin anasının adına özəlləşdirilməsinə razılıq vermişdir. Hətta miras əmlka dair vərəsəlik şəhadətnaməsini belə dərhal müraciət edib almamışdır. İddiaçı isə anası sağ olarkən 1990-cu ilin iyun ayında ailə həyatı quraraq miras əmlak olan mənzildən köçmüşdür və bu mənzildə bir daha yaşamamış və mənzilin qeydiyyatında deyildir. İddiaçı ərizədə qeyd edir ki, 36 saylı Notariat kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün ərizə ilə 2010-cu ildə müraciət etmişdir. Əslində isə iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınmasını yox, vərəsəlik işinin həlli üçün müraciət olunarsa, onun vərəsə kimi tanınmasını xahiş etmişdir. Ancaq iddiaçı bununla bağlı notariat ofisinə tələb olunan heç bir sənəd təqdim etmədiyi, notarius tərəfindən iddiaçının şəxsiyyəti müəyyən edilmədiyi və ərizə notariat qaydasında təsdiq edilmədiyi üçün notarius tərəfindən heç bir tədbir görülməmişdir. Bu isə mirası qəbul etmə, mirasın qəbulu üçün müraciət kimi hesab edilməməlidir. Çünki, mirası qəbul etmək üçün əvvəlcə başqa şəxsin müraciət etdikdən sonra qəbul etməsi tələbi yoxdur, yəni iddiaçı özü birbaşa mirasın açılması və ona vərəsəlik şəhadətnamsi verilməsi üçün müraciət edə bilərdi. Hesab olunsa ki, iddiaçı qanunvericiliklə qeyd edilən 6 ay müddətin bitməsini gözləməliydi, o zaman iddiaçı daha sonra təkrar notariat ofisinə müraciət edib, şəhadətnamə ala bilərdi. İddiaçı isə mirası qəbulu üçün 12 il sonra müraciət etmişdir. 36 saylı Notariat Ofisinin sorğuya verdiyi cavabdan da göründüyü kimi iddiaçının verdiyi ərizə məlumat xarakterli ərizə olmuş və ərizəyə heç bir sənəd əlavə edilməmişdir. Halbuki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariusa miras qoyanın ölümü haqqında şəhadətnamə, miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd, mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə və digər sənədlər təqdim olunmalıdır. Lakin, bu sənədlərin heç biri iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı, üçüncü şəxs Bakı şəhəri 40 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2010-cü il tarixdə vəfat etmiş anası – X2 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2023cü il tarixli 8İ-3121 reyestr nömrəli mirasın qəbul edilməsi barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktını) və vəzifələri (miras passivi) toplusu daxildir. Lakin miras qoyan anası X3 ölümündən sonra onun oğlu Cavabdeh3 xx.xx.2016-cı il tarixdə ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır və Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş 2(011)-6758/2022 saylı mülki işin qət etdiyi hissəsindən məlum olur ki, şikayət ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3824/2022 saylı qətnaməsi ləğv edilmiş və həmin iş üzrə yeni məhkəmə qətnaməsi qəbul edilməsi qət edilmişdir. Odur ki, Xətai Rayon Məhkəməsində bu iş üzrə yeni məhkəmə qətnaməsi çıxarıldıqdan sonra məhkəmə qətnaməsinə uyğun olaraq notariat hərəkəti icra ediləcəkdir. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 7 ünvanlanmış ərizənin surətindən görünür ki, 29 mart 2010-cu il tarixdə anası X4 vəfat etmişdir. Odur ki, bununla əlaqədar vərəsəlik işinin həlli üçün müraciət olunarsa İddiaçı özünün də vərəsə kimi nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 saylı 21 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6758/2022 saylı 07 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(011)-3824/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-941/2023 saylı 14 fevral 2023-cü il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2022 saylı 07 dekabr 2022-ci il tarixli qətnaməsindən 3-cü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6758/2022 saylı 27 fevral 2022-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2022 saylı 07 dekabr 2022-ci il tarixli qətnaməsindən 3-cü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 077860 nömrəli Qeyiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31 ünvanında yerləşən 48 saylı mənzil 28 iyun 2001-ci il tarixdə X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı 416246 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 mart 2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qedyiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Cavabdeh3 verilmiş arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1162 nömrəli reyestr kitabının 174507 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfat Birliyi 87 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadır, X4 xx.xx.2010-cu ildə ölmüş, ölən günə kimi oğlu Cavabdeh3lə birgə göstərilən ünvanda qeydiyyatda yaşamışdır. İş materiallarında olan ünvan 8ərəfindən verilmiş 12 noyabr 2022-ci il tarixli 441 nömrəli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixində Bakı şəhəri 36 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası X2 qalmış miras əmlaka dair vərəsəlik işi açılacağı təqdirdə onun da, vərəsə kimi tanınmasını xahiş etmişdir. xx.xx.2010-cu il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair Bakı şəhəri 36 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 31 ünvanında istifadədə olan 106.9 kv/m ümumi sahədən ibarət 48 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 20 may 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş 11 iyun 2022-ci il tarixli X-392 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi, oğlu Cavabdeh3 tərəfindən xx.xx.2016-cı il tarixdə Notariat ofisinə müraciət daxil olmuş, “Elektron notariat” X1 axtarış edilmiş, vərəsəlik işinin heç bir Notariat ofisi tərəfindən açılmadığı məlum olduqdan sonra Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Cavabdeh3 xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə “Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31 ünvanında yerləşən 48 saylı mənzil 28 iyun 2001-ci il tarixdə İddiaçı və Cavabdeh3 anaları X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. X4 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, ondan miras qalan əmlak həmin ünvanda onunla yaşayan oğlu Cavabdeh3 tərəfindən faktiki qəbul edilmişdir. Cavabdeh3 tərəfindən xx.xx.2016-cı il tarixdə Notariat ofisinə müraciət daxil olmuş, “Elektron notariat” X1 axtarış edilmiş, vərəsəlik işinin heç bir Notariat ofisi tərəfindən açılmadığı məlum olduqdan sonra Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Cavabdeh3 xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə digər vərəsə olan İddiaçı anasının vəfatından sonra ünvan 7 ərizə təqdim edərək, ərizədə qeyd etmişdir ki, 29 mart 2010-cu il tarixdə anası X4 vəfat etmişdir. Odur ki, bununla əlaqədar vərəsəlik işinin həlli üçün müraciət olunarsa özünün də vərəsə kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizəyə hər hansı hüquq-müəyyənedici sənəd əlavə edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı 2022-ci ildə məhkəməyə “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbi ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3824/2022 saylı 21 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən iddiası rədd edilmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinin tələbinə görə mirası qanun üzrə qəbul etmiş vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə, İddiaçı notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə ilə müraciət etmək əvəzinə, anasının ölümü barədə məlumat verərək, vərəsəlik işinin həlli üçün müraciət olunarsa özünün də vərəsə kimi nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra o, uzun müddət bir daha notariat ofisinə müraciət etməmiş, vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün heç bir tədbir görməmiş, növbəti dəfə 2022-ci ildə vərəsəlik hüquqarının rəsmiləşdirilməsi fikrinə düşmüşdür. xx.xx.2010-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi, oğlu Cavabdeh3 tərəfindən xx.xx.2016-cı il tarixdə Notariat ofisinə müraciət daxil olmuş, “Elektron notariat” X1 axtarış edilmiş, vərəsəlik işinin heç bir Notariat ofisi tərəfindən açılmadığı məlum olduqdan sonra Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Cavabdeh3 xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq və işdə olan sübutarı qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı anasından qalan miras əmlaka faktiki sahiblik etməklə qəbul etdiyini sübut edə bilmədiyindən, həmçinin onun mirası qəbul etdiyi barədə ərizə ilə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etdiyi sübutlarla təsdiq edilmədiyindən, habelə mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması üçün heç bir qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh3 qarşı Bakı şəhəri 40 saylı notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduqları “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar