Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6323/2021 27.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********36403 olan Huawei Y5 markalı telefon üçün 318 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu; 13.10.2020-ci il tarixli müqaviləyə əsasən Apple saat üçün 1222.2 manat ödənilməmiş hissə, 160.8 manat dəbbə pulu; 21.10.2020-ci il tarixli müqaviləyə əsasən Huawei saat üçün 237.6 manat ödənilməmiş hissə, 45.4 manat dəbbə pulu; 28.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39870 olan Samsung Galaxy A51 markalı telefon üçün 918 manat ödənilməmiş hissə, 107 manat dəbbə pulu, ümumilikdə 3087 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.E.Əyyubzadə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh, "xxxx" MMC ilə bağlanmış 01.09.2020-ci il, 13.10.2020-ci il, 21.10.2020-ci il, 28.10.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********36403 olan Huawei Y5 markalı telefon, Apple saat, Huawei saat və İMEİ Kodu **********39870 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 3087 manat borc yaranmışdır, bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.09.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 348 manat olan (12 ay x 29 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********36403 olan Huawei Y5 markalı telefon, üçün ümumilikdə 396 manat olmaqla, ondan 318 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu borcu, 13.10.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1467.2 manat olan (18 ay x 67 manat 90 qəpik + 245 manat ilkin ödəniş) Apple saat üçün ümumilikdə 1383 manat olmaqla, ondan 1222.2 manat ödənilməmiş hissə, 160.8 manat dəbbə pulu borcu, 21.10.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 237.6 manat olan (12 ay x 19 manat 80 qəpik + 0 manat ilkin ödəniş) Huawei saat üçün ümumilikdə 283 manat olmaqla, ondan 237.6 manat ödənilməmiş hissə, 45.4 manat dəbbə pulu borcu, 28.10.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1009 manat olan (18 ay x 51 manat + 91 manat ilkin ödəniş) İMEİ Kodu **********39870 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 1025 manat olmaqla, ondan 918 manat ödənilməmiş hissə, 107 manat dəbbə pulu borcu yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 366 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir, ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 faizinə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Sonda C.E.Əyyubzadə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 17.09.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, Cavabdeh 14.09.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini və borcu ödəyəycəyini bildirmiş, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28.10.2020-ci il tarixdə 21281877 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İMEİ kod **********39870 Samsung Galaxy A51 markalı telefon, telefon quraşdırma xidməti cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21.10.2020-ci il tarixdə 21265726 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Huawei markalı saat cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 13.10.2020-ci il tarixdə 21244221 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Apple markalı saat cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01.09.2020-ci il tarixdə 21131308 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Huawei Y5 markalı telefon, telefon quraşdırma xidməti cavabdehə satılmışdır. İş materiallarında olan 28.10.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kod **********39870 olan Samsung Galaxy A51 markalı telefon, telefon quraşdırma xidməti Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 21.10.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Huawei markalı saat Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 13.10.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Apple markalı saat Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 01.09.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Huawei Y5 markalı telefon, telefon quraşdırma xidməti Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarındas olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya 01.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********36403 olan Huawei Y5 markalı telefon üçün 318 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu; 13.10.2020-ci il tarixli müqaviləyə əsasən Apple saat üçün 1222.2 manat ödənilməmiş hissə, 160.8 manat dəbbə pulu; 21.10.2020-ci il tarixli müqaviləyə əsasən Huawei saat üçün 237.6 manat ödənilməmiş hissə, 45.4 manat dəbbə pulu; 28.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39870 olan Samsung Galaxy A51 markalı telefon üçün 918 manat ödənilməmiş hissə, 107 manat dəbbə pulu təşkil edir. Hal-hazırda Cavabdeh borcu ümumilikdə 3087 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 12.02.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 06.07.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, cavabdehin hazırda iddiaçıya ümumilikdə 3087 manat borcu qalmışdır, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır, cavabdeh borcu etiraf edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 01.09.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********36403 olan Huawei Y5 markalı telefon üçün 318 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu; 13.10.2020-ci il tarixli müqaviləyə əsasən Apple saat üçün 1222.2 manat ödənilməmiş hissə, 160.8 manat dəbbə pulu; 21.10.2020-ci il tarixli müqaviləyə əsasən Huawei saat üçün 237.6 manat ödənilməmiş hissə, 45.4 manat dəbbə pulu; 28.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39870 olan Samsung Galaxy A51 markalı telefon üçün 918 manat ödənilməmiş hissə, 107 manat dəbbə pulu, ümumilikdə 3087 manat borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Dövlət rüsumunun kimə aid edilməsi məsələsinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 01.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********36403 olan Huawei Y5 markalı telefon üçün 318 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, 13.10.2020-ci il tarixli müqaviləyə əsasən Apple saat üçün 1222.2 manat ödənilməmiş hissə, 160.8 manat dəbbə pulu; 21.10.2020-ci il tarixli müqaviləyə əsasən, Huawei saat üçün 237.6 manat ödənilməmiş hissə, 45.4 manat dəbbə pulu; 28.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39870 olan Samsung Galaxy A51 markalı telefon üçün 918 manat ödənilməmiş hissə, 107 manat dəbbə pulu olmaqla, ümumilikdə 3087 (üç min səksən yeddi) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6323/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6323/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver