Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6348/2021 04.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Maraqlı şəxs Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası” nın nümayəndəsi X1, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01.06.1951-ci il tarixində Tovuz rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, X6 ərizəçinin atasıdır, o, 01.06.1951-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olsa da, bu ilin aprel ayınadək ünvan 2 ünvanında ərizəçi, ərizəçinin anası, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayırdı, atası son zamanlar özünü müstəqil idarə edə bilmir, əhval-ruhiyyəsi tez-tez dəyişir, gah yersiz gülür, gah da acıqlı və kədərli olur, heç bir əsas olmadan əsəbləşir və ya öz-özünə deyinir, verilən sualları anlamır, hərəkətlərinin mahiyyətinə varmır, öz hərəkətlərinin mənasını başa düşmür və onlara rəhbərlik edə bilmir, cürbəcür lazımsız əşyaları toplayır, öz otağında saxlayır, köhnə əşyaları atmağa və ya kiməsə verməyə icazə vermir, hər şeydən şübhələnir, deyinir, gecə də narahatdır, yatmır, heç kimə demədən evdən çıxıb gedir, öz hərəkətlərinə tənqidi münasibəti qəti qəbul etmir, həmçinin şəxsin həmişə pis davranışları olmuşdur, lap cavan yaşlarından spirtli içki qəbul edib və həmişə də onun təsirindən evdə, işdə, qonşularla dava salmışdır, hazırda isə spirtli içki təsirindən etdiyi hərəkətlər psixi pozuntularla daha da kəskinləşib və idarə edilməz hal almışdır, evdə tez-tez dava salır, ərizəçinin yaşlı anasına- öz yoldaşına əl qaldırır, yatdığı otaqda bıçaq saxlayır, emosional gərgin olduqda həmin bıçaqla ailə üzvlərini ölümlə hədələyir, bu hərəkətlər evdə yaşayanları, o cümlədən yetkinlik yaşına çatmayan nəvələrini həm qorxudur, həm də psixoloji baxımdan pis təsir edir, 66 saylı MKİS tərəfindən verilmiş, iş materiallarına əlavə olunmuş xasiyyətnamədən də görünür ki, L.Tağıyev qonşularla pis rəftar edir, içki alüdəçisi olduğundan tez-tez dalaşır, nalayiq sözlər deyir. Nümayəndə Vəkil həmçinin bildirdi ki, L.Tağıyev 2021-ci ilin may-iyun aylarında Narkoloji mərkəzdə alkoqol qəbulu nəticəsində asıllıq sindromu diaqnozu ilə müalicə almışdır, 22.06.2021-ci il tarixdən isə Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicə alır. Sonda ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi E.M.Əhmədov ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin müvafiq rəyinin əsas götürülməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 00780715 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 01.06.1951-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İX-ЖГ seriyalı 277316 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1982-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, onun atası X6, anası X3r. İş materiallarında olan 66 saylı MKİS tərəfindən verilmiş 24 nömrəli, 26.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, X2 rayonu, İ.Məmmədov küçəsi ev 27a ünvanında qeydiyyatsız yaşayır, qonşularla pis münasibətdədir, içki alüdəçisi olduğundan tez-tez dalaşır, nalayiq söyüşlər söyür. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən Vəkil ünvanlanmış 17.07.2021-ci il tarixli 6126 saylı məktuba əsasən, 01.06.1951-ci il təvəlüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan X7 22.06.2021-ci il tarixdə “qocalıq psixozu” diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuşdur, hazırda müalicəsi davam edir. İş materiallarından görünür ki, AR SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 13.09.2021-ci il tarixli 2124 saylı rəyi ilə X5 damar mənşəli demensiya (ağıl zəifliyi), psixotik pzountularla qeyd olunur, X6 öz psixi vəziyyətinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, Bakı şəhəri, Neapol küçəsi, ev 24A, mənzil 62 ünvanında qeydiyyatda olan X4 oğludur, L.Tağıyev damar mənşəli demensiya (ağıl zəifliyi) psixi xəstəliyindən əziyyət çəkir, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bununla belə, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəlləninn 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən,şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01.06.1951-ci il tarixində ünvan 4 ünvanında qeydiyyat olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01.06.1951-ci il tarixində ünvan 4 ünvanında qeydiyyat olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6348/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6348/2021
04.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver