Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-637/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – istehlakçı hüquqlarının bərpa edilməsi, ünvan 1ə qaz təchizatının verilməsinin bərpa edilməsi və hesablanmış 4706,78 manat borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1da məcburi köçkün olaraq məsunlaşmış və ailə üzvləri ilə birlikdə 25 ilə yaxındır həmin evdə yaşayır. Həmin ünvanda Abonent kodu **********00070 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmuş və G-25 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərədə tutulmuş güzəştlər nəzərə alınmaqla həmişə iddiaçı ödənişləri etmiş və heç bir borcu olmamışdır. İddiaçı İİİ qrup əlildir və hipertoniya xəstəliyindən əziyyət çəkir. xx.xx.2017-ci il tarixində iddiaçının və ailə üzvlərinin iştirakı olmadan qaz sayğacı sökülmüş və bununla bağlı akt tərtib edilmişdir. Belə bir aktın mövcudluğundan iddiaçı sonradan xəbərdar olmuşdur. Məsələ ilə bağlı iddiaçı tərəfindən Qaz İdarəsinə edilmiş müraciətə cavab olaraq bildirmişlər ki, sayğac ərazidə aparılan söküntü ilə əlaqədar götürülmüş və Dövlət yoxlanmasına göndərilmişdir. 5 ildən artıq müddət ərzində sayğacın yoxlaması bitməmiş və sayğac yerinə quraşdırılmamışdır. Təxminən bir neçə ay bundan öncə iddiaçının yaşadığı evə qazın verilişi tamamilə dayandırılmış və sonradan iddiaçıya məlum olmuşdur ki, istehlakçı hesabına 4706,78 manat borc hesablanmışdır. Hesablanmış cərimənin qanunsuz olması və qazın bərpa edilməsi ilə bağlı iddiaçı dəfələrlə aidiyyəti qurumlara şikayətlər etsə də, heç bir nəticəsi olmamış, təbii qazın verilməsi bərpa olunmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, məcburi köçkün kimi məskunlaşdığı evə qaz təchizatının verilməsi bərpa edilməli və əsassız olaraq borc kimi yazılmış olan 4706,78 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri, S.Vəzirov küçəsi ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması, həmin yaşayış evinə qaz təchizatının verilməsi və əsassız olaraq iddiaçıya Cavabdeh İB tərəfindən hesablanmış 4706,78 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında 3 il müddətinə sayğac Cavabdeh nümayəndələri tərəfindən aparıldığından sayğacdan kənar qeyri-qanuni istifadə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində cəmi 1512 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində cəmi 1512 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində cəmi 3384 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı 2022-ci ildə 4706,78 manat məbləğində borc hesablanmışdır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qeyd edilən Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Təbii İnhisarlar haqqında Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. Həmin qanunun 4-cü maddəsinə əsasən, təbii inhisar subyekti — təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. “Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinin 1.2-ci bəndinə əsasən, təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən biridir. Həmin qanununun 10-cu maddəsinin 3-cü bəndinə əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də iddiaçının əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda yoxlama aparılaraq, ardıcıl olaraq iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmişdir. Mübahisə cavabdehə aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00070) təbii qazdan istifadə ilə bağlıdır. Cavabdehin nümayəndəsi iddia edir ki, iddiaçı qaz xəttinə dəfələrlə qanunsuz (sayğacdan kənar) qoşularaq qazdan qeyri-qanuni istifadə edib. Cavabdeh bununla bağlı 8 akt tərtib edib, ilk akt saldodan görünür ki, 03/2019-cu il tarixdə, sonuncu akt isə xx.xx.2022-ci il tarixdə tərtib edilib. İtirilmiş qazın dəyəri, yəni zərərin məbləği (4706,78 manat) həmin aktlara əsasən hesablanıb. Məhkəmə hesab edir ki, ilk akta, yəni 03.2019-cu il tarixli akta əsasən hesablanmış məbləğin (853,20 manatın) zərərin əvəzi kimi tutulmasını qət edilməli, qalan aktlara əsasən hesablanmış məbləğin iddiaçıdan tələb edilməsi əsassızdır. O cümlədən belə vəziyyətdə hesab olunmalıdır ki, qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən fotoşəkillər ilk akta aiddir, çünki fotoşəkillərdə onların çəkilmə tarixi göstərilmədiyindən fotoşəkillərin hansı akta aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Bütün aktlar üzrə həmin fotoşəkillərə istinad oluna bilməz. Digər aktlara münasibətdə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən sübut (fotoşəkil və s.) təqdim edilməyib. Həmin aktlar isə özözlüyündə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübut sayıla bilməz. Belə ki, aktları Cavabdeh İB-nin əməkdaşları tərtib edib, abonent aktları imzalamayıb, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini təsdiq edən sübut isə yoxdur. Bundan başqa, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əgər ilk aktın, yəni 03.2019-cu il tarixli aktın tərtib edilməsindən sonra Cavabdeh İB həmin akta əsasən hesablanmış məbləğin (853,20 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 4706,78 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin Cavabdeh İB üç il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Ona görə də yalnız ilk akta əsasən hesablanmış zərərin əvəzi tutulmalıdır. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən (Abonent kodu: **********00070) fərdi yaşayış evinə sayğacın quraşdırılması öhdəliyinin Cavabdeh İB-nin üzərinə həvalə edilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alğı-satqısı müqaviləsinin bağlanması və s. ilə Cavabdeh məşğul olduğundan, iddiaçı qaz sayğacının quraşdırılması, ona məxsus ünvana təbii qazın verilməsi üçün təbii inhisar subyekti olan Cavabdehnə müraciət etməkdə haqlı olmuşdur. Göründüyü kimi, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə təbii inhisar subyekti olan qaz paylayıcısı hesabına həyata keçirilməli olduğundan, həmçinin qanunvericiliyinin tələbinə əsasən təbii inhisar subyektlərinin təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqlarından cavabdeh istehlakçıya münasibətdə qanunsuz tələblər irəli sürməklə öz vəzifəsini icra etməmişdir. Belə ki, iş materiallarında olan sənəndlərdən görünür ki, tərəflər arasında qazın alğı-satqısı ilə bağlı müqavilə bağlanmış və iddiaçı olan abonentə abunə kodu verilmişdir. İddiaçıya məxsus sayğacın cavabdeh tərəfindən çıxarılması və yenisinin quraşdırılmasından imtina edilməsi yuxarıda qeyd edilən qanunvericilik normalarında təsbit edilmiş vəzifələrinin icrasından yayınması kimi qəbul edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 853,20 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00070) hesablanmış 3853,58 (üç min səkkiz yüz əlli üç manat əlli səkkiz qəpik) manat məbləğində borc silinsin. İddiaçı məxsus **********00070 nömrəli abonent koduna yeni sayğacın quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən 30 (otuz manat) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-637/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-637/2023
11.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver