Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6373/2024 17.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X3, İddiaçı Cavabdeh İByə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, İddiaçı iddia ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı onun mərhum əri X1 adına açılmış **********02920 saylı abonent koduna hesablanmış 3110,40 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında (hakim A.Həsənova) eyni tərəflər arasında eyni predmet barəsində 2(011)-4338/2024 saylı mülki iş vardır və iş üzrə məhkəmə iclası 08 avqust 2024-cü il tarixə, saat 10:40-a təyin edilmişdir. Beləliklə hesab edirəm ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında (hakim A.Həsənova) mülki iş mövcud olduğundan və həmin mülki işə mahiyyəti üzrə baxılmağa davam edildiyindən hazırkı iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 151 və 153-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6373/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6373/2024
17.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver