Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6379/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh X4rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X4rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 2nə (abonent kodu **********01480) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1004,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında əsasən ilin isti vaxtlarında öz ailəsi ilə birlikdə yaşayır. Vaxtı-vaxtında həmin ünvana aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Bu ünvanda quraşdırılmış qaz sayğacı əvvəl mərhum əri X1 adına rəsmiləşdirilmişdir. Əri xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Əri vəfat etdikdən sonra sözügedən ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İBnin əməkdaşları məlumatı olmadan xx.xx.2019-cu il tarixdə sözügedən ünvana gəlmiş, guya həmin ünvanlara baxış keçirtmiş, guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə edildiyini aşkar etmiş, akt tərtib edərək itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 486 manat məbləğində əsassız borc yazmışdırlar. Bundan başqa Birliyin əməkdaşları xx.xx.2022-ci il tarixlərdə yenə də məlumatı olmadan qeyd olunmuş ünvanda yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış qaz sayğacını əvəzləmiş, guya sayğacda müəyyən nasazlıqlar aşkar etmiş, xx.xx.2022-ci il tarixində akt tərtib edilmiş, itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 518,40 manat məbləğində əsassız borc hesablamışdır. Aktlara əlavə olunmuş fotoşəkil həmin ünvanlara məxsus deyildir. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə ona məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəylərdə guya “PQ-4”, və “Kombi” qeyd olunmuşdur. PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 4 saat, “Kombinin” saatlıq qaz sərfıyyatı 2,6 kub metr, orta günlük iş rejimi 4 saat, hesabat müddəti isə 90 götürülmüşdür. Sözügedən ünvanda əsasən bağ mövsümü ərəfəsində yaşadığı üçün “Kombi” istilik sisteminin quraşdırılması üçün zərurət olmamışdır. Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz mövcuddur. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihazlara görə sərfıyyat hesablamış və əsassız borc yükləmişdir. Komissiya tərəfindən aparılmış hesablama ilə də razı deyil. Belə ki, komissiya tərəfindən verilmiş rəylərin hamısında məişət qaz cihazlarının saatlıq qaz sərfıyyatı qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfıyyatının reallıqda aktlarda göstərildiyi kimi olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Bundan başqa Birlik tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli tələbnamədə hesablama düzgün aparılmamışdır. Həmin tələbnamədə aparılmış hesablamanın nəticəsi 1,2x4x90=432 kub olduğu halda, tələbnamədə 648 kub metr kimi, 2,6x4x90=936 kub metr olduğu halda 4212 kub metr kimi qeyd olunmuşdur. Yalınız bu hesablamalar əsasında Birlik mənə 3492 kub/metr əsassız sərfıyyat və ya 349,20 manat əsassız borc hesablamışdır. Birlik tərtib olunmuş xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borc ilə də razı deyil. Belə ki, Birliyin əməkdaşları bu borcu sayğacda müəyyən nasazlıqların olmasına əsaslanaraq hesablamışdırlar. Qaz sayğacı evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda cavabdehlik daşımamalıdır. Qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, Bakı şəhəri, ünvan 2nə dair **********01480 nömrəli abonent kodu iddiaçının adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan X6 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, ünvan 2ndə sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. X6 xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 4860 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında qaz xəttinin üzərində quraşdırılmış, G-4 markalı 1602AZ**********75 nömrəlı sayğac yeni sayğacla əvəzlənmişdir. İş materiallarında olan X6 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanında quraşdırılmış 602AZ**********75 nömrəli sayğacın çıxış mexaniki hissəsində göstərici çarxların biri digərinə ölürucülüyü yapışqan maddə ilə saxlanıldığı, ALARM-1 rejimi aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. X6 xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 4320 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, Bakı şəhəri, ünvan 2 ünvanına aktlar üzrə itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 1004,40 manat təşkil edir xx.xx.2022-ci il tarixli, 3/1499 saylı ekspert rəyinə görə, tədqiqata təqdim edilmiş İddiaçı yaşadığı Bakı şəhəri, ünvan 2ndə quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçıya məxsus Bakı şəhəri, ünvan 2nə (abonent kodu **********01480) öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə 1004,40 manat pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulma faktının aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Ona görə də, iddia tələbi təmin edilərək həmin borcun silinməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 64 manat cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 2nə (abonent kodu **********01480) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1004,40 (min dörd manat 40 qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. X5 dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat cavabdeh X5 tutularaq X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6379/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6379/2022
23.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver