Məhkəmə qərarları › İş №2(011)-6379/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6379/2023

04.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6379/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, ev 0001-0360 (abonent kodu: **********10360) ünvanına cavabdeh tərəfindən qanunsuz olaraq yazılmış 3110,40 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, ev 0001, 0360 fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı Cavabdeh işçiləri tərəfindən iddiaçıya və ailə üzvlərinə məlumat verilmədən, şahid olmadan sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Özbaşına 3 dəfə sayğac dəyişdirilmişdir. Bir müddət sonra iddiaçının ünvanına 3110 manat borc yazılmışdır. Bir istehlakçı kimi cavabdehin hərəkətlərindən razı deyildir. İddiaçı hər ay 60 manat maye qaz sərfiyyatına görə pul ödəmişdir. İddiaçı məhkəmə iclaslarında iddianı müdafiə edərək, verdiyi izahatlarında bildirmişdir ki, onun yaşadığı ünvanda sayğac işləməmişdir. 3 dəfə sayğac dəyişdirilmişdir. Sayğacın işləmədiyini bilərək, qazdan istifadəyə görə iki ildir ki artıq hər ay 50-60 manat məbləğini özünü nəzarətçi kimi təqdim edən şəxsə nağd qaydada verirdi. Həmin şəxs puldan öz cibinə də qoyurdu. Sayğacın düzgün işləyən sayğacla əvəz edilməsi üçün müraciət etməmişdir. Ona məlum idi ki, cavabdehin öz ustaları yoxlama olanda düzgün işləyən sayğac qoyurdular, yoxlama gedəndən sonra köhnə işləməyən sayğacı yenidən quraşdırırdılar. O, cavabdehin işçisinin işləməyən sayğac qoyduğundan məlumatlı idi və buna baxmayaraq, hər ay həmin işçiyə nağd pul verirdi. O, məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçının verdiyi izahatlardan məlumdur ki, qeyd olunan borc məbləği qaz sayğacına müdaxilə nəticəsində yazılmışdır. İddiaçı etiraf edir ki, cavabdehə məlum olmayan şəxsə ödədiyi müəyyən məbləğ qarşılığında onun sayğacdankənar qazdan istifadəsinə göz yummuşdur. Həmin şəxsin Cavabdeh İB-nin əmkəkdaşı olub-olmaması məlum deyil. Edilən ödənişlərin həqiqətən qaza ödənilibödənilməməsi də hər hansı fakt yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Bakı Filialının nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, işin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusunun deşik olduğu müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4204-1 saylı Qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu ekranı deşilmişdir. Sayğacın yivli birləşmələri deformasiyaya uğramışdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı məxsus **********10360 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü il üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 3110,40 manat borcu mövcud olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərininmüdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qazdan sayğacdankənar artıq iki ildir ki, istifadə olunması onun məhkəmə iclaslarında verdiyi izahatlarında özü tərəfindən etiraf edilir. İddiaçı quraşdırılan sayğcanın işlək olmaması barədə məlumatlı olduğunu və cavabdeh təşkilatın işçisinə hər ay nağd pul verdiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, sayğaca müdaxilə faktı öz təsdiqini tapdığından iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı – yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, ev 0001-0360 (abonent kodu: **********10360) ünvanına cavabdeh tərəfindən qanunsuz olaraq yazılmış 3110,40 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar