Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6434/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “məlumatın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“ tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – hamam otağından su qızdırıcısının eyvana keçirilməsinə dair texniki sənədlərin və qaz təchizatının dayandırılması barədə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilində iyun ayından qaz verilişi dayandırılıb. Bir ildən artıqdır ki, mənzilinə baxışlar keçirilmiş və nəticədə ona hamam otağında olan su qızdırıcısının çıxarılması və onun eyvana keçirilməsi məsləhət görülmüşdür. İddiaçı ona heç bir xəbərdarlıq edilmədən qazın dayandırılmasına dair şikayətini Baş İdarəyə bildirmiş və cıhazın eyvana keçirilməsi haqqında icazə verilməsi barədə ərizə yazmışdır. 15 iş günündən sonra ona bildirilib ki, Babək prospektində olan İdarədə yerləşən hüquqşünasa müraciət etmək tövsiyə edilmişdir. Hüquqşünas 2 həftədən sonra ona ümumi şöbədə qol çəkdirib və əlinə cavab məktubu vermişdir. Lakin onun ərizəsinə cavab verilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Sual-cavab zamanı o bildirmişdir ki, o su qızdırıcısının dəqiqliyi ilə harada quraşdırılmalı olması barədə cavabdehdən rəsmi sənəd tələb edir. O, ehtiyat edir ki, özü quraşdırarsa daha sonra yeri uyğun hesab edilməz. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən 19 iyun 2025-ci il tarixdə Cavabdeh İB-nə ünvanlanmış müraciət ərizəsində bildirilmişdir ki, mənzilindəki qaz təchizatı ayın 18-dən dayandırılıb. Texniki baxışla əlaqədar hamam otağındaki qaz avadanlığının eyvana keçirilməsi tapşırılmışdır. Əks halda qaz xətti bərpa edilməyəcəkdir. Sənəd ala bilmədiyi üçün o bunu qanunsuz hesab edir. Cavabdeh İBdən həmin sənədin verilməsində yardım göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli müraciətə baxılması barədə iddiaçıya ünvanlanmış məktubdan görünür ki, layihələndirmə normalarının 8.39cu bəndinə əsasən su qızdırıcılarının, istilik qazanlarının və istilik aparatlarının hamam otaqlarında qoyulmasına yol verilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, texniki xidmət – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləridir. “Qaz təchizatı haqqında” Qanunun 6-3-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir. “Qaz təchizatı haqqında” Qanunun 6-3-cü maddəsinin 4-cü bəndində göstərilmişdir ki, texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 6-3-cü maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı ilə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir. Göründüyü kimi, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət cavabdeh təşkilat deyil, istehlakçı tərəfindən dəyəri ödənilməklə onun seçdiyi ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, su qızdırıcısının yerləşdirilməsinə dair texniki xidmət iddiaçı tərəfindən dəyəri ödənilməklə onun özünün seçdiyi ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməli olduğundan, qeyd edilən xidmətə dair (tüstü bacasının yerləşdirilməsinə dair) sənədləri iddiaçı cavabdeh təşkilatdan deyil, buna dair müvafiq müqavilə bağladıqdan sonra özünün seçdiyi ixtisaslaşmış podratçı şirkətdən tələb edə bilər. Qaz təchizatının dayandırılması barədə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələblərə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçıya ünvanlanmış məktubdan və iş materiallarından görünür ki, iddiaçıya məlumdur ki, onun mənzilində qaz təchizatının dayandırılmasına səbəb su qızdırıcısının onun hamam otağında olmasıdır. Bunun qadağan edilməsini qeyd edən xx.xx.2025-ci il tarixli məktub cavabdeh təşkilat tərəfindən iddiaçıya yazılı şəkildə ünvanlanmışdır və iddiaçı tərəfindən həmin məktub iddiaya əlavə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı – hamam otağından su qızdırıcısının eyvana keçirilməsinə dair texniki sənədlərin və qaz təchizatının dayandırılması barədə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı – hamam otağından su qızdırıcısının eyvana keçirilməsinə dair texniki sənədlərin və qaz təchizatının dayandırılması barədə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6434/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6434/2025
21.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver