Məhkəmə qərarları › İş №2(011)-6458/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6458/2022

28.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6458/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – onun **********00000 saylı istehlakçı hesabına əsassız olaraq yazılmış 1839 manat borc məbləğinin silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mədən qəsəbəsində yerləşən 175 saylı fərdi evdə yaşayır. Yaşadığı evdə uzunmüddətdir ki, təbii qazdan istifadə edir. 2019-cu ilin sentyabr ayından etibarən cavabdehin əməkdaşları heç bir əsas olmadan onun ünvanına ümumilikdə 1839 manat həcmində borc hesablamışlar. Qeyd edilən borc məbləöinin hansı əsaslarla yazılmdığı ona məlum deyil. Güya o sayğaca müdaxilə edib, bununla yanaşı o sayğacdan kənar xətt oğurlayıb. Aktlar tərtib edilərkən, aktın iştirakçısı kimi o dəvət olunmayıb. Bu aktlar hansı şəraitdə, harada və kimlər tərəfindən tərtib olunduğu da, məchul qalır. Bundan əlavə aktlara əsasən dəymiş ziyanın bərpasına dair tərtib edilmiş tələbnamələrdə hesablama qaydaları hansı hüquqi normativ akta söykəndiyi də, məlum deyil. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X9 iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. “Təbii X7nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X1r İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının anası X6 2019cu ilə 1823,40, 2020-ci ilə 750 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2398 №-li arayışdan görünür ki, Nadirova X3 qəs., 1-ci mədən küç., ev korpus 14, m.92 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iddiaçının anası X8 ilə Cavabdeh İB arasında qazın istismara verilməsi barəsində müqavilə bağlanmışdır. X2 vəfat etmişdir. Hazırda həmin mənzildə İddiaçı yaşayır. Odur ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunması əsası ilə aktlar tərtib olunmuş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq borc tələb edilmişdir. Qeyd edilən borc məbləğinin hesablanmasını təsdiq edən aktları, məkəməyə təqdim edilmişdir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən onlar mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X7”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir. Cavabdeh tərəfindən ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını 2019-cı ilin aprel ayında aşkar etdikdən sonra qazın verilməsini dayandırmaması, qanunsuz xətti qazpaylayıcı şəbəkədən ayırmaması və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi şəbəkəyə qanunsuz qoşulma barədə iddiaçının iştirakı olmadan tərtib olunmuş aktlarda göstərilənlərin işin hallarına uyğun olmadığını təsdiq edir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdeh qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzildə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə hesablanmış borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1944 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 39,44 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00000 olan) hesablanmış 1839 manat (min səkkiz yüz otuz doqquz) manat məbləğində borc silinsin. Cavabdehndən 38.39 manat (otuz səkkiz manat otuz doqquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar