Məhkəmə qərarları › İş №2(011)-6488/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6488/2023

05.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6488/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı – Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, ev 27, mənzil 4 (abonent kodu: **********00000) ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 1949,15 manatın Cavabdeh tərəfındən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəmə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndi, Bağlar, ev 10, mənzil 44 (Abonent kodu: **********00044) ünvanına təbii qazdan istifadə edilməsi üçün İddiaçı hesablanmış 1949.15 manat məbləğində debitor borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Bağlar ünvanında yerləşən ev (abonent kodu: **********0044) ünvanında yaşayıram. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə cayğac dəyişdirilərək yeni smart kart sayğaclar quraşdırmağa başlamışlar.Cavabdeh əməkdaşları tərəfindən həmin köhnə qaz sayğacım aparıldıqdan sonra və sonradan məlumat vermişlər ki, sayğacda problem olub və cərimə ödənilməlidir. Həmin borc əsassız olaraq yazılmışdır. Həmin evdə istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. İddiaçı bildirir ki, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza gönə dövlətə olan borcunu ödəmişdir. Tərəflərin izahatları: İddiaçı və iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdirlər ki, dəfələrlə sayğacları dəyişdirilmişdir. İddiaçının ünvanına quraşdırılan sayğac sərfiyyatı düzgün qeydə alınmadğından ona əlavə sərfiyyat borcu yazılmışdır. Buna görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* haqqında aktdan görünür ki, xx.xx.2020-ci ildə İTRON G4 markalı, 1302AZ**********50 markalı sayğac çıxarılmış, ZENNER G4 markalı **********9 nömrəli sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi çıxış borusunda şübhəli izlərin aşkarlanması qeyd edilmişdir. “Qaz sayğacının çıxarılması, qurşadırılması və istismara qəbulu haqqında” ******* haqqında aktdan görünür ki, xx.xx.2021-ci ildə ZENNER G4 markalı, **********9 markalı sayğac çıxarılmış, ZENNER G4 markalı **********2 nömrəli sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi abonentin şikayəti qeyd edilmişdir. “Qaz sayğacının çıxarılması, qurşadırılması və istismara qəbulu haqqında” ******* haqqında aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə MEXANİKİ G4 markalı, **********2 markalı sayğac çıxarılmış, MEXANİKİ G4 markalı **********2 nömrəli sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi yivli birləşmələrin ləğvi qeyd edilmişdir. “Qaz sayğacının çıxarılması, qurşadırılması və istismara qəbulu haqqında” ******* haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə ZENNER G4 markalı, **********2 markalı sayğac çıxarılmış, ZENNER G4 markalı sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi debitor borca görə əvəzlənmə qeyd edilmişdir. **********00044 saylı İddiaçı adına aid abonent saldosundan görünür ki, 2021-ci il tarixinə qazın sərfi (m3) 289,80, sərfin məbləği 552,35, 2022-ci il tarixinə qazın sərfi (m3) 526,92, sərfin məbləği 824,09, 2023-cü il tarixinə qazın sərfi (m3) 265,68, sərfin məbləği 336,96-dır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında xx.xx.2020-ci ildə İTRON G4 markalı, 1302AZ**********50 markalı sayğac çıxarılmış, ZENNER G4 markalı **********9 nömrəli sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi çıxış borusunda şübhəli izlərin aşkarlanması qeyd edilmiş, xx.xx.2021-ci ildə ZENNER G4 markalı, **********9 markalı sayğac çıxarılmış, ZENNER G4 markalı **********2 nömrəli sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi abonentin şikayəti göstərilmiş xx.xx.2021-ci il tarixdə MEX G4 markalı, **********2 markalı sayğac çıxarılmış, MEX G4 markalı **********2 nömrəli sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi yivli birləşmələrin ləğvi qeyd edilmiş, xx.xx.2023-cü il tarixdə ZENNER G4 markalı, **********2 markalı sayğac çıxarılmış, ZENNER G4 markalı **********430145 nömrəli sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi debitor borca görə əvəzlənmə qeyd edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş abonent saldosunu tədqiq edərək, belə nəticəyə gəlir ki, 2021-ci ildən başlayaraq iddiaçıya onun sərf elədiyi qazın dəyərindən artıq sərfiyyat hesablanmış və nəticə olaraq iddiaçının istifadə etmədiyi təqdirdə ona həddindən artıq manat sərfiyyat borcu hesablanmışdır. Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Bundan əvvəl isə təbii qazın 1 kub metri 10 qəpik, ödənilən illik limit 2200 kubmetr olmuşdur. Abonent saldosundan diqqət yetirsək görünür ki, 2021-ci ilin iyun ayına (qazın 1 kubmetrinin qiymətinin 10 qəpik olduğunu nəzərə alanda) kimi qazın sərfiyyatı düzgün hesablanmış, sonrakı aylarda isə sərfiyyat düzgün qeydə alınmamışdır. Belə ki, yanvar ayına qazın sərfi 320 m3 olmuş və haqlı olaraq da sərfin məbləği 32 (320x0.10=32) olmuşdur. Lakin iyul ayında isə qazın sərfi 30 m3 olmuş və sərfin məbləği 3 (30x0.10=3) olmasına baxmayaraq, sərfin məbləği 6 qeyd edilmişdir. Eyni qayda ilə 2021-ci il üzrə hesabat aparılmışdır. Məhkəmə 2021-ci ilin bütün aylar üzrə qazın sərfinin məbləğinin 289.8 ((320+199+619+380+211+30+35+47+127-187+717) x0.10=2898) manat olduğunu müəyyən edir. Lakin abonent saldosunda isə 2021-ci il üzrə qazın sərfinin məbləği şişirdilərək, 552.35 manat qeydə alınmışdır. Yenə həmin abonent saldosuna diqqət yetirsək, 2022-ci il üzrə yanvar və fevral ayı üzrə sərfin məbləğinin düzgün hesablandığını, digər ayların isə düzgün qiymətləndirilmədiyini görünür. Belə ki, 2022-ci ilin yanvar ayına qazın sərfi 913 m3 və sərfin məbləği haqlı olaraq 109.56 (913x0.12) olduğunu, mart ayında isə qazın sərfi 723 m3 və sərfin məbləğinin 86.76 (723x0.12) olmasına baxmayaraq, sərfin məbləği şişirdilərək 144.60 qeydə alınmışdır. Buna görə də məhkəmə 2022-ci ilin bütün aylar üzrə qazın sərfinin 526.92 ((913+914+723+0+505+77+68+74+49+82+302+684)x0.12=526.92) manat olduğunu müəyyən edir. Lakin abonent saldosunda isə 2022-ci il üzrə qazın sərfinin məbləği şişirdilərək, 824.09 manat qeydə alınmışdır. Yenə həmin abonent saldosuna diqqət yetirsək 2023-c il üzrə yanvar və fevral ayı üzrə sərfin məbləğinin düzgün hesablandığını, digər ayların isə düzgün qiymətləndirilmədiyini görünür. Belə ki, 2023-cü ilin yanvar ayına qazın sərfi 555 m3 olmuş və haqlı olaraq sərfin məbləği 66.60 (555x0.12) olduğunu, mart ayında isə qazın sərfinin 399 m3 və sərfin məbləğinin 47.88 (399x0.12) olmasına baxmayaraq, sərfin məbləği şişirdilərək saldoda 79.80 qeydə alınmışdır. Buna görə də məhkəmə 2023-cü ilin bütün ayları üzrə sərfin məbləğinin 265.68 ((555+768+399+362+86+25+19) x0.12= 265.68) müəyyən edir. Lakin abonent saldosundan iddiaçıya sərfin məbləği yanlış hesablanaraq 336.96 qeyd edilmişdir. Göründüyü kimi iddiaçının 2021-ci il tarixindən 2023-cü ilin avqust ayına kimi təbii qazdan istifadə etdiyi debitor borcunun 1082.4 (289.8+526.92+265.68) olmasına baxmayaraq, ona 1713.40 (552.35+824.09+336.96) manat məbləğində sərfiyyat borcu yazılmışdır. Buna görə də həmin fərq, yəni 631 (17xx.xx-1082.4) məbləğində təbii qazdan istifadə üçün əsassız olaraq hesablanmış borc silinməlidir. Bundan başqa abonent saldosundan görünür ki, iddiaçının 2020-ci il üzrə 327.20 manat məbləğində sərfiyyat borcu olmuşdur. Həmçinin abonent saldosundan görünür ki, iddiaçı tərəfindən bir neçə aylar üçün ödəniş edilməmişdir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 631 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən – Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndi, Bağlar, ev 10, mənzil 44 (Abonent kodu: **********00044) ünvanına təbii qazdan istifadə edilməsi üçün İddiaçı hesablanmış 631 (altı yüz otuz bir) manat məbləğində debitor borcu silinsin. Cavabdehndən 30 (otuz manat) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar