Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6492/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış 7735.46 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının istifadəsindədir. Həmin ünvanda abonent kodu **********00411 olmaqla Cavabdeh İB tərəfindən qazla təmin olunmaqdadır. İddiaçıya 7735.46 manat məbləğində borc hesablanmışdır. Həmin borcun silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı barəsində Cavabdeh İB tərəfindən: - xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Akta sayğacın yivli birləşmələrinin korroziyaya uğradığı qeyd edilmişdir. Akta əsasən 1944 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacın klapanının işlək olmadığı, alarm-1 rejimin aşkar edildiyi qeyd edilmişdir. Akta əsasən 216 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2022-ci il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən 4142.88 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2022-ci il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən 354.24 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən 708.48 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən 354.24 manat, məbləğində borc hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən 354.24 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən 233.28 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2024-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən 1339.20 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2024-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən 132.96 manat məbləğində borc hesablanmışdır. Abonent saldosan əsasən İddiaçı 2024-cü ilin iyul ayına qaza görə borcu 7735,46 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun ( 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyada) Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun ( 01 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 13 ...8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. ...9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada)
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna ( 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyada) əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və ya kənar xətt aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən bu istiqamətdə görülən tədbirlər barəsində Cavabdeh İB-nə müvafiq sorğular göndərilsə də, məhkəmə sorğuları cavabsız saxlanılmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 4142.88 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 354.24 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 708.48 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 354.24 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 354.24 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 233.28 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1339.20 manat və xx.xx.2024-cü il tarixli ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 132.96 manat, ümumilikdə 7619,52 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh İB tərəfindən yuxarıda qeyd edilən borc məbləğləri iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə 7735,46 (7735,46 manat/cari borc - 7619,52/aktlar üzrə hesablanmış borc = 115,94/ qalıq borc ) manatdan qalan 115,94 manat məbləğində borcun silinməsi hissəsində iddiaya qiymət verərək qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh İB tərəfindən abonent barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 1944 manat və xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 216 manat məbləğində borc hesablansa da, həmin aktlar üzrə borclar bağlanmışdır və artıq 2020-ci ilin sonuna abonentin qalıq borcu sıfırlanmışdır. Yəni həmin aktlar üzrə hər hansı borc məbləği mövcud deyildir. Digər tərəfdən , məhkəmə qeyd edir ki, 115,94 manat məbləğində qalan borc məbləği iddiaçı tərəfindən istifadə edilmiş qazın dəyərinə görə hesablandığından, iddia bu hissədə təmin edilmə bilməz. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 96.2 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil üzrə abonent X2 (abonent kodu: **********00411) hesablanmış 7619.52 (yeddi min altı yüz on doqquz manat əlli iki qəpik) manat məbləğində borc silinsin. 96.2 (doxsan altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İBdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova