Məhkəmə qərarları › İş №2(011)-6512/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6512/2023

25.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6512/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdehnə qarşına qarşı – Cavabdeh tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 3.680,64 manat məbləğində “borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Azemis” Məhkəmə İdarəetmə Sistemindən görünür ki, İddiaçı 12 iyun 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 3.680,64 manat məbləğində “borcun silinməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4773/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tərəfindən ekspertiza təyin edilərək, iş üzrə icraat dayandırılmışdır. Hazırda iddiaçı yenidən “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan, iddia ərizəsinin yolverilməzliyinə görə icraata götürülməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdehnə qarşına qarşı – Cavabdeh tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 3.680,64 manat məbləğində “borcun silinməsi” barədə iddia ərizəsinin, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər İddiaçı rəsmi qaydada verilsin. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdə imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar