Məhkəmə qərarları › İş №2(011)-653/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-653/2024

15.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-653/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Buna görə də onun adına 4872 manat 96 qəpik cərimə tətbiq edilmişdir. O bu qeyd edilənlər ilə qəti şəkildə razılaşmadığı üçün bildirmişdir ki, Abşeron rayon qaz satışı idarəsinin rəhbəri Kamran Qədirov tərəfindən ona xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində təbii qazdan qeyri-qanuni istifadə etməyi üçün 40608 kub 0.12=4872.96 manat məbləğində borc pul hesablanmışdır. İddiaçı etiraf etmişdir ki, göstərilən 4 gün ərzində təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Təbii qaz sərfiyyatından qeyri-qanuni istifadə etməyinin səbəbi isə təbii qaz sayğacının dəyişdirilməsi və onun kartının aktivləşdirilməsi ilə bağlı olmuşdur. Belə ki, ərazi üzrə qaz idarəsinin əməkdaşı Ceyhun Nəcəfov kartın aktivləşməsinə qədər olan müddətə qaz sərfiyyatından qeyri-qanuni istifadə üçün ondan 20 manat məbləğində pul tələb etmişdir. Yəni həmin pul 4 gün istifadə edəcəyi təbii qaza görə olduğunu bildirmişdir. İddiaçı onun göndərdiyi bank hesab kartına 20 manat məbləğində ödəniş etmişdir. Ödəniş etdikdən sonra iddiaçı qeyri-qanuni istifadəçi kimi qeydə alınmış və adına cərimə pul yazılmasına səbəb olmuşdur. Cərimə aktında isə hal-hazırki dövrə qədər onun evində olmayan qaz avadanlıqlarının sərfiyyatı barədə yalan məlumat qeydə alınmışdır. Ceyhun Nəcəfov, Məhəbbət Mahmudov və Saməddin Süleymanlı tərəfindən 4 günlük qeyri-qanuni qaz istifadəsinin hesabatını 360 gün 24 saat fasiləsiz hesabat ilə aparmışlar. İddiaçının bu baş verən proseslərdən qətiyyən xəbəri olmamışdır. Bunun səbəbi isə ona aid cərimə və bildirişlərin başqa ünvana çatdırılmasıdır. Guya hələ üstəlik təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunan zaman o aktı qəbul edib imzalamaqdan imtina etmişdir. Halbuki onun həmin aktdan xəbəri belə olmamışdır. İddiaçının həmçinin qeyd etmişdir ki, ərazi üzrə qaz idarəsinin nəzarətçiləri və Məhəbbət Mahmudov xx.xx.2023-cü il tarixdə onun evinə gələrək şəkillər çəkərək özləri sübut etmişdir ki, həqiqətən akt düzgün tərtib olunmamışdır və cərimə tam olaraq qeyri-qanuni yazılmışdır. Bütün bu qeyd etdiklərinə əsasən 4 gün müddətinə adına hesablanmış 4872.96 manat məbləğində cərimə pulu silinməlidir. İddiaçı təbii qazdan istifadə etmək üçün qaz kartına pul yükləyən zaman həmin pulun 50% hissəsi borca çıxılır. O iddia ərizəsinə müvəqqəti təminat tədbiri barədə ərizə əlavə edir ki, məhkəmənin nəticəsi məlum olanadək qaz kartına yüklənən pulun 50%-i cərimə puluna çıxılmasın. O adına əsassız şəkildə tərtib edilmiş aktların ləvğ edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləvğ edilməsi və (abonent kodu: **********09210) adına hesablanmış 4872.96 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, iddia qismən əsaslı olduğu üçün, qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********09210) 2023-cü il üçün borcu 4872,96 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “kənar xətt aşkarlandı” kimi qeyd edilmişdir. Dəymiş ziyanın hesablanması qrafasında hesabat müddəti 360 gün qəbul edilməklə, ziyan cəmi 40607 m3 hesablanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 20 noyabr 2023cü il tarixli ərizədən görünür ki, iddiaçı həmin ünvanda su qızdırıcısı və 3 gözlü qaz plitəsindən istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9885 saylı, 25 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, “Abonent saldosu” (c.i.v 7) məlumatından göründüyü kimi abonent 2022-ci il üzrə ümumilikdə 1054 m3 qaz sərf etmiş, sərfiyyatının məbləği 126,48 manat təşkil etmişdir. 2022-ci il üzrə illik qaz sərfiyyat 87,83 m3 (1054/12=87,83), sərfiyyatın məbləği ortalama aylıq 10,54 manat (126,48/12=10,54) təşkil edir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən göründüyü kimi abonentə PQ-4 qaz pilitəsinin və kombi avadanlığın saatlıq qaz sərfiyyatı müəyyən edilməklə illik 40.608.0 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Cavabdehə hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert-mühasibin xüsusi biliyin xaricindədir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 1i ünvanında quraşdırılmış qaz sayğacından kənat xətt vasitəsi ilə qeyriqanuni istifadəyə görə 4872.96 manat borc hesablanmışdır. İddiaçı iddia tələbində 4 gün ərzində kənar xətt vasitəsilə qazdan istifadə etdiyini etiraf etmiş, lakin borc məbləğinin əsassız hesablandığını qeyd etmişdir. Mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9885 saylı, 25 yanvar 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Abonent saldosu” (c.i.v 7) məlumatından göründüyü kimi abonent 2022-ci il üzrə ümumilikdə 1054 m3 qaz sərf etmiş, sərfiyyatının məbləği 126,48 manat təşkil etmişdir. 2022-ci il üzrə illik qaz sərfiyyat 87,83 m3 (1054/12=87,83), sərfiyyatın məbləği ortalama aylıq 10,54 manat (126,48/12=10,54) təşkil edir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən göründüyü kimi abonentə PQ-4 qaz pilitəsinin və kombi avadanlığın saatlıq qaz sərfiyyatı müəyyən edilməklə illik qaz sərfiyyatı 40.608.0 m3-dir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda müəyyən edilmiş qaz sayğacına 6 ayda 1 dəfə baxış keçirilməsi qaydasına əməl edilməmiş, eləcə də qanunsuz qoşulma halını aşkar etdiyi gündən qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməmiş, lakin iddiaçıya borc Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli, ******* saylı aktda hesabat müddəti 360 gün qəbul edilməklə, ziyan cəmi 40607 m3 hesablanmışdır. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 4 gün müddətində qaz sayğacından kənar xətt vasitəsilə istifadə etdiyini məhkəmə iclasında etiraf etməsinə baxmayaraq, hansı müddət ərzində istifadə etdiyi məhkəmə tərəfindən dəqiq müəyyən edilmədiyindən, qaz sayğacına 6 ayda ən azı 1 dəfə baxış keçirilməsi tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, dəymiş zərərin 360 gün müddəti üçün hesablanması qanunsuz olmaqla yanaşı işin faktiki hallarına uyğun deyil. İddiaçı tərəfindən əvvəlki 6 ay müddətində qaz sayğacından kənar xətt vasitəsilə istifadə edildiyi ehtimal olunsa belə, iddiaçının faktiki istehlak etdiyi qazın həcminə görə borcunun düzgün hesablanmadığı müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmədiyindən əvvəlki 6 ay müddətində iddiaçının orta aylıq sərfiyyatı 10,54 manat olmaqla borcun 63,24 manat olduğu nəzərə alınmaqla, silinməsi tələb olunan 4872,96 manat məbləğində borcun 63,24 manatı əsaslı olaraq tələb edildiyi təsdiq edildiyindən, yerdə qalan məbləğ – 4809,72 manat borc məbləği silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 68,73 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1i ünvanına (abonent kodu: **********09210) hesablanmış 4809,72 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 68,73 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar