Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-655/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001 ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il təvəllüdlü X5 ərizəçinin övladıdır. Oğlunun “ağır kəmağıllıq, kəskin nəzərəçarpan imbesillik, kobud nitq və qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq artikulyasiyasının spesifik pozuntusu və çəpgözlük” xəstəliyi vardır. Oğlu anadan gəlmə xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa, yardıma ehtiyacı vardır. Ərizəçi bildirir ki, uzun illərdir ki, oğlu bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. Belə ki, xx.xx.2001-ci il təvəllüdlü X5 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna və nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Oğlu bu xəstəliyə görə müalicə olunsa da, heç bir nəticə verməmişdir, çünki bu, müalicəsi olmayan bir xəstəlikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi, xx.xx.2001-ci il təvəllüdlü X5 əmək qabiliyyətsiz və həmin arayışdan da aydın olduğu kimi oğlunun “ağır kəmağıllıq, kəskin nəzərəçarpan imbesillik, kobud nitq və qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq artikulyasiyasının spesifik pozuntusu və çəpgözlük” xəstəliyi vardır. Məhz bu səbəbdən də oğlu, xx.xx.2001-ci il təvəllüdlü X4 birinci dərəcəli əlillik təyin edilmişdir. Belə olan təqdirdə oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunması üçün zərurət yaranmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan AZE 17798245 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, AZ İ 165091 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2001ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Ərizəçi, ana adı qrafasında X2 qeyd olumuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X4 qoyulan diaqnozdan görünür ki, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, kəskin nəzərəçarpan imbesillik, konud nitq və davranış pozuntuları və psixotik daxilolmalar ilə kənar şəxslərin daimi köməyinə və nəzarətinə ehtiyacı olması. çəpgözlük, nitq artikulyasiyasının spesifik pozuntusu qeyd olunmuş, birinci dərəcə əlilliyi müddətsiz olaraq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3547 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.2001-ci il təvəllüdlü X5 ağır dərəcəli kəmağıllıq müəyyən edilir, öz hərkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Buna görə də, xx.xx.2001-ci il təvəllüdlü X5 hazırki psixi vəziyyətinə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 müəyyən edilən ağır dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Xətai RPİ, Sadıqcan küçəsi 52, inzibati bina ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-655/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-655/2024
01.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver