Məhkəmə qərarları › İş №2(011)-6550/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6550/2023

22.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6550/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə mənə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 525 (beş yüz iyirmi beş) manat 60 qəpik və 3110 (üç min yüz on ) manat 40 qəpik olmaqla ümumilikdə 3636 (üç min altı yüz otuz altı) manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 3611 manat məbləğində əsassız yazılmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ünvan 2 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvandakı evdə quraşdırılmış qaz sayğacı iddiaçının mərhum anası X1 adına rəsmiləşdirilmişdir. İddiaçının anası xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu günə qədər iddiçı tərəfindən qaz sayğacından qanunauyğun formada istfadə edilmişdir. Lakin Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan onun yaşadığı ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdirlər. Daha sonra ona məlum oldu ki, yaşadığı ev üçün quraşdırılmış qaz sayğacında guya müəyyən nasazlıqların olması əsas gətirilərək akt tərtib olunmuş və iddiçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 3110 (üç min yüz on ) manat 40 qəpik məbləğində əsassız borc yazılmışdır. Bundan əlavə Cavabdeh İB-nin əməkdaşları sayğacda müəyyən nasazlıqların olmasını əsas gətirərək 525 (beş yüz iyirmi beş) manat 60 qəpik məbləğində əsassız borc da yazmışdırlar. Qaz sayğacı iddiaçının evindən kənarda yerləşdiyi üçun həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda iddiaçı cavabdehlik daşımamalıdır. Qaz sayğacına iddiaçı və onun ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Buna görə də, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borcdan bir hissəsi ödənildiyindən, 3611 manat borc məbləği silinməlidir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının anası Minayə İsmayılovanın adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 3636 manat borcu olmuş, həmin borcun 525,60 manat hissəsi sayğac üzrə, 3110,40 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Birliyin mütəxəssisləri tərəfindən 2023-ci ilin aprel ayında qaz xətlərinə və qaz sayğaclarına vaxış keçirilərkən Minayə İsmayılovanın adına rəsmiləşdirilmiş olan və iddiaçının istifadəsində olan 120AQ**********8 nömrəli qaz sayğacın çıxış plasmas borusu deşilməklə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən İddiaçı iştirakı ilə tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmişdir.Lakin İddiaçı tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Bununla əlaqədar təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Həmin akt əsasında dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, həmin aktlar əsasında iddiaçının abonent hesabına borc hesablanmışdır və hazırda da həmin borc iddiaçıdan tələb olunur. Sonda Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, Minayə İsmayılovaya məxsus ünvan üzrə qaz sayğacı 2023-cü il aprel ayında yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan MSK 14-2-2/3-5-4621/Q002 nömrəli Aktdan görünür ki, 120AQ**********8 nömrəli sayğac üzrə yoxlamanın nəticəsi kimi “sayğaca baxış keçirildi, Sayğacın çıxış plastmas borusu deşilib, Sayğac mənfiyə işləyib. Yivli birləşmələri korroziyaya uğrayıb. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır” qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, Minayə İsmayılovaya məxsus abonent kodu üzrə “... dövlət yoxlamasına əsasən 12-258888 saylı sayğacın çıxış plasmas borusu deşilib, sayğac istismara yararsızdır” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Minayə İsmayılovaya məxsus abonent koduna (**********00000) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, Minayə İsmayılovaya məxsus **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2023-cü il tarixi üzrə 3110,40 manat borc hesablanmış, “Ödəniş” hissəsində 06/2023-cü il tarixi üzrə -525,80, 08/2023-cü il tarixi üzrə 15, 09/2023-cü il tarixi üzrə 5, 10/2023-cü il tarixi üzrə 5 manat göstərilmiş, 10/2023-cü il tarixinə “Ay sonuna borc” 3611,20 manat olmuşdur. İş materiallarında olan Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə dünyaya gəlmiş, atası X3, anası X2r. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında quraşdırılmış **********00000 abonent kodlu qaz sayğacı Minayə İsmayılovanın adınadır, o, xx.xx.2019-cu ildə vəfat etmişdir, İddiaçı M.İsmayılovanın qızıdır, o həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, İddiaçı yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “dövlət yoxlamasına əsasən 12-258888 saylı sayğacın çıxış plasmas borusu deşilib, sayğac istismara yararsızdır” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin iddiaçının **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2023-cü il tarixi üzrə 3110,40 manat borc yazılmış, “Ödəniş” qrafasında 06/2023-cü il tarixi üzrə “- 525,80” manat, 08/2023-cü il tarixi üzrə 15, 09/2023-cü il tarixi üzrə 5, 10/2023-cü il tarixi üzrə 5 manat göstərilmiş, 10/2023-cü il tarixinə “Ay sonuna borc” 3611,20 (3110,40-(- 525,80)-15-5-5) manat olmuşdur, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir, iddiaçı isə 3611 manat məbləğində borcun silinməsini xahiş edir. Bununla belə, iddiaçı və onun ailə üzvləri tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının onların təqsirini sübut edən, həmçinin “Ödəniş” qrafasında 06/2023-cü il tarixi üzrə yazılmış “-525,80” manat məbləğin yaranmasına əsas verən hər hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və buna görə də onun abonent hesabıa daxil edilmiş 3611 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 3611 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 10000 manatdan çox 10000 manatdan az olduğundan, iddia tələbinin həcmi nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 56,11 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvandakı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 3611 (üç min altı yüz on bir) manat borc silinsin. Cavabdehndən 56 (əlli altı) manat 11 (on bir) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar