Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6555/2021 14.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 08.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 99 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla 129 manat, 16.06.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 84 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu olmaqla 109 manat, 02.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 172 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu olmaqla 223 manat, 26.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 240 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu olmaqla 312 manat, 13.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2973 manat ödənilməmiş hissə, 666 manat dəbbə pulu olmaqla 3639 manat, ümumilikdə 4412 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 08.05.2019-cu il, 16.06.2019-cu il, 02.07.2019-cu il, 26.11.2019-cu il və 13.05.2020-ci il tarixli müqavilələrə əsasən, “Canalı Marella” qazan dəsti, İMEİ kodu **********42856 olan “Samsung galaxy A10” markalı telefon, İMEİ kodu **********09106 olan “Samsung Galaxy A70” markalı telefon, İMEİ kodu **********15363 olan “X5 7” markalı telefon və İMEİ kodu **********44830 olan “X4 10” markalı telefon almış, nəticədə cəmi 4412 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1879,20 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında pandemiya ilə bağlı bir il yarım müddət ərzində işləmədiyini, bu səbəbdən də borcunu ödəyə bilmədiyini göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əsasən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 240 manat olan (24 ay x 10 manat + 0 manat ilkin ödəniş) “Canalı Marella” qazan dəsti, 16.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 339 manat (12 ay x 28 manat + 3 manat ilkin ödəniş), İMEİ kodu **********42856 olan “Samsung galaxy A10” markalı telefon, 02.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 1032 manat (12 ay x 86 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********09106 olan “Samsung Galaxy A70” markalı telefon, 26.11.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 490 manat (12 ay x 30 manat + 130 manat ilkin ödəniş), İMEİ kodu **********15363 olan “X5 7” markalı telefon və 13.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 3346,20 manat (18 ay x 185,90 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********44830 olan “X4 10” markalı telefon almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1879,20 manat təşkil etmişdir. 16.07.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 08.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 99 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla 129 manat, 16.06.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 84 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu olmaqla 109 manat, 02.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 172 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu olmaqla 223 manat, 26.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 240 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu olmaqla 312 manat, 13.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2973 manat ödənilməmiş hissə, 666 manat dəbbə pulu olmaqla 3639 manat, ümumilikdə 4412 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC 08.05.2019-cu il, 16.06.2019-cu il, 02.07.2019-cu il, 26.11.2019-cu il və 13.05.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə 13.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan 666 manat dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı 166 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 88 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 85 faizi, yəni 26,40 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 99 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla 129 manat, 16.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 84 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu olmaqla 109 manat, 02.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 172 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu olmaqla 223 manat, 26.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 240 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu olmaqla 312 manat, 13.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2973 manat ödənilməmiş hissə, 166 manat dəbbə pulu olmaqla 3139 manat, ümumilikdə 3912 (üç min doqquz yüz on iki) manat borc və ödənilmiş dövlət rüsumunun 26,40 (iyirmi altı manat 40 qəpik) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6555/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6555/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver