Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6568/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********16377 olan iPhone X markalı telefon, İMEİ Kodu **********54367 olan X5 7 markalı telefon üçün 308 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu, 01.10.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann LED televizor üçün 398 manat ödənilməmiş hissə, 118 manat dəbbə pulu, 17.11.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED televizor üçün 819 manat ödənilməmiş hissə, 245 manat dəbbə pulu, 23.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********96699 olan Xiaomi Redmi 8 markalı telefon üçün 197 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən, HP notebook, X3, Logitech Mouse, Rivacase notebook çantası üçün 731 manat ödənilməmiş hissə, 217 manat dəbbə pulu, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən, LG LED televizor üçün 1785,60 manat ödənilməmiş hissə, 445,40 manat dəbbə pulu, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********11436 olan Samsung galaxy A10 markalı telefon üçün 315,60 manat ödənilməmiş hissə, 93,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 5800 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 11.09.2019-cu il, 01.10.2019-cü il, 17.11.2019-cu il, 23.11.2019-cu il, 11.01.2020-ci il, 07.03.2020-il və 07.03.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********16377 olan iPhone X markalı telefon, İMEİ Kodu **********54367 olan X5 7 markalı telefon, Hoffmann LED televizor, 2 ədəd LG LED televizor, İMEİ Kodu **********96699 olan Xiaomi Redmi 8 markalı telefon, HP notebook, X3, Logitech Mouse, Rivacase notebook çantası, İMEİ Kodu **********11436 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 5800 manat borc yaranmışdır. Cavabdeh 11.09.2019-cu il tarixli müqavilə üzrə, İMEİ Kodu **********16377 olan iPhone X markalı telefondan 12.09.2019-cu il tarixində imtina etmiş və məhsul 2208 manat qiymətləndirilib borcundan silinərək geri qayarılmışdır. Cavabdehin 11.09.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 220 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2208 manat, ümumilikdə, 2428 manat təşkil edir. Digər müqavilələr üzrə isə cəmi ödədiyi məbləğ 799 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış: 11.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2736 manat (12 ay x 228 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********16377 İPhone X markalı telefon, İMEİ Kodu **********54367 X5 7 markalı telefon; 01.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 650 manat (18 ay x 36 manat + 2 manat ilkin ödəniş) olan Hoffmann LED televizor; 17.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1100 manat (12 ay x 91 manat + 8 manat ilkin ödəniş) olan LG LED televizor; 23.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 396 manat (12 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********96699 Xiaomi Redmi 8 markalı telefon; 11.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 798 manat (12 ay x 66 manat 50 qəpik + 0 manat ilkin ödəniş) olan HP notebook, X3, Logitech Mouse, Rivacase notebook; 07.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1785.60 manat (18 ay x 99 manat 20 qəpik + 0 manat ilkin ödəniş) olan LG LED televizor; 07.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 315.60 manat (12 ay x 26 manat 30 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********11436 Samsung galaxy A10 markalı telefon cavabdehə satılmışdır. Cavabdeh 11.09.2019-cu il tarixli müqavilə üzrə, İMEİ Kodu **********16377 olan iPhone X markalı telefondan 12.09.2019-cu il tarixində imtina etmiş və məhsul 2208 manat qiymətləndirilib borcundan silinərək geri qayarılmışdır. Cavabdehin 11.09.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 220 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2208 manat, ümumilikdə, 2428 manat təşkil edir. Digər müqavilələr üzrə isə cəmi ödədiyi məbləğ 799 manat təşkil edir. İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh borcu 11.09.2019-cu il tarixli müqavilə üzrə 308 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu, 01.10.2019-cu il tarixli müqavilə üzrə 398 manat ödənilməmiş hissə, 118 manat dəbbə pulu, 17.11.2019-cu il tarixli müqavilə üzrə 819 manat ödənilməmiş hissə, 245 manat dəbbə pulu, 23.11.2019-cu il tarixli müqavilə üzrə 197 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu, 11.01.2020-ci il tarixli müqavilə üzrə 731 manat ödənilməmiş hissə, 217 manat dəbbə pulu, 07.03.2020-ci il tarixli müqavilə üzrə 1785,60 manat ödənilməmiş hissə, 445,40 manat dəbbə pulu, 07.03.2020-ci il tarixli müqavilə üzrə 315,60 manat ödənilməmiş hissə, 93,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 5800 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC 11.09.2019-cu il, 01.10.2019-cü il, 17.11.2019cu il, 23.11.2019-cu il, 11.01.2020-ci il, 07.03.2020-ci il və 07.03.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə qeyd olunan nisyə alqı-satqı müqavilələri üzrə dəbbə pulunun alınması hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə tələb olunan dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, 11.09.2019-cu il tarixli müqavilə üzrə 38 manat, 01.10.2019-cü il tarixli müqavilə üzrə 38 manat, 17.11.2019-cu il tarixli müqavilə üzrə 85 manat, 23.11.2019-cu il tarixli müqavilə üzrə 29 manat, 11.01.2020-ci il tarixli müqavilə üzrə 77 manat, 07.03.2020-ci il tarixli müqavilə üzrə 145 manat, 07.03.2020-ci il tarixli müqavilə üzrə 33 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 85 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 85 faizi, yəni 25,50 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********16377 olan iPhone X markalı telefon, İMEİ Kodu **********54367 olan X5 7 markalı telefon üçün 308 manat ödənilməmiş hissə, 38 manat dəbbə pulu, 01.10.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann LED televizor üçün 398 manat ödənilməmiş hissə, 38 manat dəbbə pulu, 17.11.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED televizor üçün 819 manat ödənilməmiş hissə, 85 manat dəbbə pulu, 23.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********96699 olan Xiaomi Redmi 8 markalı telefon üçün 197 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən, HP notebook, X3, Logitech Mouse, Rivacase notebook çantası üçün 731 manat ödənilməmiş hissə, 77 manat dəbbə pulu, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən, LG LED televizor üçün 1785,60 manat ödənilməmiş hissə, 145,40 manat dəbbə pulu, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********11436 olan Samsung galaxy A10 markalı telefon üçün 315,60 manat ödənilməmiş hissə, 33,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 5000 (beş min) manat borc və ödənilmiş dövlət rüsumunun 25,50 (iyirmi beş manat əlli qəpik) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6568/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6568/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver