Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6584/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Ağahüseyn qızının cavabdehlər X4 və X2 qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı X6 cavabdeh X7 qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Zeynalov Ağahüseyn AbdulƏhəd oğlunun adına olan Bakı şəhəri, Xətai rayonu, ev 54, mənzil 20-nin həmin mənzildə yaşayan X3 və X1 razılığı ilə mənzilin iddiaçının adına keçərək satılması və satışdan əldə olunan pulun payına uyğun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməmiş, iddia ərizəsinin məzmunundan tələbin yönəldiyi şəxslər qeyd edilsə də iddia ərizəsində cavabdehin tam adı, ünvanı ilə bağlı məlumat qeyd olunmamış və iddia ərizəsinin mətnində məhkəmədən nə xahiş olunduğu qeyd edilməmişdir. Beləliklə, iddia ərizəsi qeyri-müəyyən və anlaşıqsız şəkildə tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, iddia ərizəsinin tərtibi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna ümumiyyətlə riayət olunmadığı üçün sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Ağahüseyn qızının cavabdehlər X4 və X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ağahüseyn qızına izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6584/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6584/2022
06.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver