Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6629/2024 28.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Abülfəz oğlunun Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilənin və paydan imtinanın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Abülfəz oğlu Cavabdeh1 MTK və Cavabdeh2 qarşı cavabdehlər “Hom-Paş” Prestij” MTK ilə Cavabdeh2 Razqulu oğlu arasında bağlanmış 14 noyabr 2023-cü il tarixli müqavilənin və 14 noyabr 2023-cü il tarixdə 6 saylı Notariat Ofisində Cavabdeh1 MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın A-2 blokunda 10-ci mərtəbədə yerləşən, ümumi sahəsi 123,4 kvadrat metr olan 30 saylı mənzilə dair pay haqqından imtina etdiyinə dair ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, 27 noyabr 2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın A-2 blokundan 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 123, 4 kv.m. olan 30 saylı mənzilin ümumi dəyəri 172.760 manat iddiaçı tərəfindən tam ödənilməklə alınmışdır. 27 noyabr 2017-ci il tarixdə MTK tərəfindən pay dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı da verilmişdir. 2023-cü ilin noyabr ayında Cavabdeh2 ilə məbləği 3 ay ərzində ödənilmək şərti ilə yuxarıda qeyd edilən mənzilin 310000 manat alqısatqısına razılaşmışdırlar. Bundan sonra iddiaçı 14 noyabr 2023-cü il tarixdə 6 saylı Notariat Ofisində yaxınlaşaraq MTK-ya yuxarıda adı çəkilən mənzilə dair pay haqqında imtina etdiyinə dair ərizə yazmış və həmin tarixdə MTK ilə Cavabdeh2 arasında yeni müqavilə imzalanmışdır. Lakin nə iddiaçı, nə də MTK-ya Cavabdeh2 tərəfindən heç bir ödəniş edilməmiş və 23 aprel 2024-cü il tarixində aldadıldığını bilərək iddiaçı Bakı şəhəri 6 saylı Notariat Ofisində MTK-yə verdiyi paydan imtina barədə ərizəni ləğv etmişdir. Ərizənin ləğv edilməsinə dair Notariat Ofisində verdiyi ərizəni MTK-ya təqdim etdikdə, artıq bu ərizənin heç bir qüvvəsinin olmadığını, Cavabdeh2la müqavilənin bağlandığını və mənzilə dair hüquqların ona keçməsini bildirmişlər. 14 noyabr 2023-cü il tarixində paydan imtina barədə ərizə vermiş olsa da, mənzil iddiaçının sərəncamında qalmışdır. Buna səbəb tərəflər arasında olan razılıq idi. Çünki tərəflər arasında olan razılığa görə, Cavabdeh2 mənzilin dəyəri olan 310000 manat pulu iddiaçıya verdikdən sonra iddiaçı evdən çıxmalı idi. Lakin iddiaçı ona etimad edərək paydan imtina etsə də, uzun müddət ərzində cavabdeh iddiaçıya pul verməmişdir. Yalnız 2024-cü ilin aprel ayında bir neçə polis əməkdaşları ilə qanunsuz olaraq iddiaçını zor gücünə mənzildən çıxarmışdırlar. Qeyd edilən mənzilin iddiaçının sərəncamında olmasını çoxsaylı şahidlər və zor gücünə mənzildən polis tərəfindən çıxarılmağı barədə video çəkiliş təsdiq edə bilər. Göründüyü kimi, payçı olaraq iddiaçının pay hüququndan imtina etməyinə baxmayaraq, bununla bağlı nə payının dəyərinin ödənilməsini təsdiq edən sənəd, nə də buna dair MTK payçılarının ümumi yığıncağının qərarı olmamışdır. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə riayət edilmədən ləğv edilərək eyni mənzilə dair Cavabdeh2la yeni müqavilə bağlamışlar ki, bu da özü-özlüyündə onlar arasında bağlanmış əqdin etibarsız olduğunu göstərir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılaraq, mahiyyəti üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İşin faktiki halları: İddiaçı ilə Cavabdeh1 MTK arasında 27 noyabr 2017-ci il tarixində Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın MTK üzvlərinin vəsaiti və imkanı hesabına tikilməsi, binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A-2 blokundan 10 mərtəbəsində yerləşən və ümumi sahəsi 23,4 kv.mş təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya verilməsini, “payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən yaşayış sahəsinin ümumi dəyəri 172760 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş 27 noyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasının A2 girişi 10 mərtəbəsində ümumi sahəsi 123, 4 kv.m. olan 3 otaqlı 30 saylı mənzil İddiaçı Adilfəz oğluna məxsusdur, mənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı 14 noyabr 2023-cü il tarixili 6 saylı Notariat Ofisində verdiyi ərizəyə əsasən 27 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən onun adına olan Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının A-2 blokunun 10-cu mərtəbəsində, 123, 4 kv.m. ümumi sahəsi olan 3 otaqdan ibarət 30 saylı mənzildən pay haqqında imtina edir və adına olan müqavilənin və pay haqqının Cavabdeh2 adına dəyişdirilməsinə etiraz etmir. Gələcəkdə Cavabdeh1 MTK və Cavabdeh2 qarşı heç bir iddiası və maddi tələbi olmayacaqdır. "xxxx" MTK ilə Cavabdeh2 arasında 14 noyabr 2023-cü il tarixində Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın MTK üzvlərinin vəsaiti və imkanı hesabına tikilməsi, binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A-2 blokundan 10 mərtəbəsində yerləşən və ümumi sahəsi 23,4 kv.mş təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya verilməsini, “payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən yaşayış sahəsinin ümumi dəyəri 172760 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş 14 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasının A2 girişi 10 mərtəbəsində ümumi sahəsi 123, 4 kv.m. olan 3 otaqlı 30 saylı mənzil Cavabdeh2 məxsusdur, mənzilin pay dəyəri¸ yəni 172760 manat tam ödənilmişdir. İddiaçı 23 aprel 2023-cü il tarixində Bakı şəhəri 6 saylı Notariat Ofisində imzaladığı ərizəyə əsasən, o, 14 noyabr 2023-cü il tarixində Bakı şəhəri 6 saylı Notariat Ofisində 8İ- 16830 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədən ödənişin edilməməsi səbəbi ilə imtina etdiyini bildirmiş, bunun barədə “Elektron notariat” informasiya sistemində qeydin yazılmasını xahiş etmişdir. Cavabdeh2 Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən Cavabdeh1 MTK-da 10-cu mərtəbədə ümumi sahəsi 123.4 kv.m təşkil edən yaşayış sahəsini 310000 manata almışdır və MTK tərəfindən Azəddinin adına olan müqavilə ləğv edilmiş və onunla yeni müqavilə bağlanmışdır. Evi aldıqdan sonra evin hərdənbir havalanmasını təmin etmək üçün mənzilin açarının biri Azəddində qaldı, təxminən 5 ay sonra Azəddin ona məxsus mənzilin qıfıını dəyişərək bağlamış, o mənzilindən istifadə edə bilmir. Azəddin buna əsas kimi, onun dostu Cabirlə birgə qurduğu biznes sahəsində maddi ziyan etiyindən, ona mənzilini verməyəcək. İddiaçı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində verdiyi izahatında bildirmişdir ki, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən Cavabdeh1 MTK-da 10-cu mərtəbədə ümumi sahəsi 123.4 kv.m təşkil edən yaşayış sahəsini 2017-ci ildə MTKdan almışdır, həmin vaxtdan orada yaşayır.Təxminən 7 il olar ki, Cavabdeh2 tanıyır, 2023cü ilin sentyabr ayında Nazimin işlətdiyi obyektə getmişdir. Nazimlə söhbət əsnasında bildirmişdir ki, evi var satır. Təxminən 2-3 gün sonra evi 31000 manata Nazimlə razılaşmışlar, ancaq Nazim bildirmişdir ki, Bayıl qəsəbəsində restoran var, onu icarəyə götürüb şərik işlətməyi tövsiyə etmişdir. Bundan sonra o evin pulundan hissə-hissə olmaqla 125000 manat ona vermiş, qalan hissəsində Cabir adlı şəxslə restoranın təmirinə xərclədiyini bildirmi, lakin restorana nə qədər xərcləndiyini bilməmişdir. Həmçinin ona verilən 125000 manat puldan 100000 manatı da restorana xərcləmişdir. O restoranın ziyan etdiyini görüb Nazimə obyekti təhvil almağını onun xərclədiyi pulların geri qaytarmasını bildirmişdir. Nazim müxtəlif bəhanələr etmiş, ona görə də notariusda ev üçün verilmiş etibarnaməni ləğv etdirmişdir. Ev ona məxsusdur, evin pulunu Nazim ona tam ödəməyib və ödədiyi pulu icarəyə götürüb işlətdiyi restorana xərcləmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirmişdir ki, iddiaçını tanıyır, cavabdehin isə əmisidir. İddiaçının həmin ünvanda başqa mənzili də olmuşdur. İddiaçı Abülfəz oğlu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunda 10-ci mərtəbədə yerləşən, ümumi sahəsi 123,4 kvadrat metr olan 30 saylı mənzili Cavabdeh2 satmışdır. Mənzilin dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Onlar qalxmışlar mənzilə, iddiaçı Cavabdeh2 beqavoy darojkanı götürəcəyini bildirmişdir. O da razı olmuşdur. Ona görə də, evin açarının biri İddiaçı qalmışdır. Mülki iş üzrə şahid qismində dindirilmiş Şahid verdiyi izahatında bildirmişdir ki, o Cavabdeh1 MTK-da komendant vəsifəsində çalışır. İddiaçı ev alandan tanıyır. Evin alınma tarixi dəqiq yadında deyil. Cavabdehi də MTK-dan ev alandan tanıyır. İddiaçı demişdir ki, evi satır. O da İddiaçı notariusa göndərmişdir ki, getsin imtina ərizəsi gətirsin. İddiaçı ərizəni gətirmiş və Cavabdeh2 adına yeni müqavilə izmalanmışdır. Sonra İddiaçı ərizə gətirdi ki, Cavabdeh2 ilə bağlanmış müqaviləni ləvğ etsin, onun adına müqavilə imzalansın. O da müqaviləni dəyişməmişdir. Pulun ödənilib-ödənilmədiyi barədə məlumatım yoxdur. Evdə heç kim yaşamır. Aralarında olan mübahisədən xəbəri yoxdur, amma polis çağırdıqlarını bilir. Pulların alınıb-verilməsində iştirak etməyib. Cavabdeh2 həmin mənzildə yaşamırdı, ancaq gəlib-gedirdi. Ev satılandan sonra mənzildə heçkim yaşamayıb. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd eidlməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunda 10-ci mərtəbədə yerləşən, ümumi sahəsi 123,4 kvadrat metr olan 30 saylı mənzil 27 noyabr 2017-ci il tarixdə Cavabdeh1 MTK tərəfindən İddiaçı Abülfəz oğluna satılmışdır. Daha sonra İddiaçı Abülfəz oğlu ilə Cavabdeh2 qeyd edilən mənzilin alqı-satqısı ilə bağlı razılığa gəldiklərindən, İddiaçı Abülfəz oğlu notariusa ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda inşa edilən yüksək mərtəbəli binanın A- 2 blokunda 10-ci mərtəbədə yerləşən, ümumi sahəsi 123,4 kvadrat metr olan 30 saylı mənzildən pay haqqından imtina edərək adına olan müqavilənin və pay haqqının Cavabdeh2 adına dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunda 10-ci mərtəbədə yerləşən, ümumi sahəsi 123,4 kvadrat metr olan 30 saylı mənzillə bağlı 14 noyabr 2023-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında müqavilə bağlanaraq mənzil Cavabdeh2 satılmışdır. Mənzilin dəyərinin ödənilməsi ilə bağlı Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 maliyyə arayışı verilmişdir. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh2 ilə Hom-Paş” Prestij” MTK ilə Cavabdeh2 Razqulu oğlu arasında bağlanmış 14 noyabr 2023-cü il tarixli müqavilənin və 14 noyabr 2023-cü il tarixdə 6 saylı Notariat Ofisində Cavabdeh1 MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın A-2 blokunda 10-ci mərtəbədə yerləşən, ümumi sahəsi 123,4 kvadrat metr olan 30 saylı mənzilə dair pay haqqından imtina etdiyinə dair ərizənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmir. Əqdlərin etibarsızlığının əsasları MM-in XİV Fəslində (337-354 -cü maddələr) nəzərdə tutulmuşdur və əsasən onun bağlanmasındək (məsələn; aldatma, zorakılıq, hədə təsiri altında, tərəflərin nümayəndələrinin pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, uydurma və yalan əqd, qeyri-ciddi əqd, fəaliyyət qabiliyyəti olmayan şəxsin və s.) mövcud olan hallarla bağlı olur. İddiaçı Abülfəz oğlunun iddiasına dair mülki iş üzrə həmin halların mövcud olduğu müəyyən edilməmişdir. Belə ki, tərəflərin məhkəmə iclaslarında, eləcə də, polis bölməsində verdiyi izahatlardan, eləcə də mülki iş üzrə dindirilmiş şahidlərin izahatlarından və təqdim edilmiş sübutlardan məlum olur ki, İddiaçı Abülfəz oğlu mənzilini satmaq qərarına gəlmiş, bununla bağlı Cavabdeh2 ilə görüşüb danışıqlar aparmış, tərəflər mənzilin 310000 manata satılmasına dair razılığa gəlmiş, bu razılaşmaya əsasən də, iddiaçı təşəkkül tapmış işgüzar adətə uyğun olaraq notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd edilən mənzildən pay haqqından imtina etdiyini bildirmiş, mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında müqavilə imzalanmış, sonuncuya mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir. İddiaçı cavabdehlə aralarında mənzilin dəyərinin hissə-hissə ödənilməsi barədə razılaşma olduğunu, mənzilin dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini iddia etsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Abülfəz oğlunun Cavabdeh1 MTK və Cavabdeh2 qarşı cavabdehlər “Hom-Paş” Prestij” MTK ilə Cavabdeh2 Razqulu oğlu arasında bağlanmış 14 noyabr 2023cü il tarixli müqavilənin və 14 noyabr 2023-cü il tarixdə 6 saylı Notariat Ofisində Cavabdeh1 MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın A-2 blokunda 10-ci mərtəbədə yerləşən, ümumi sahəsi 123,4 kvadrat metr olan 30 saylı mənzilə dair pay haqqından imtina etdiyinə dair ərizənin etibarsız hesab edilməsi barədə iddiası əsassızdır və rədd edilməlidir. Qət etdi İddiaçı Abülfəz oğlunun Cavabdeh1 MTK və Cavabdeh2 qarşı cavabdehlər “Hom- Paş” Prestij” MTK ilə Cavabdeh2 Razqulu oğlu arasında bağlanmış 14 noyabr 2023-cü il tarixli müqavilənin və 14 noyabr 2023-cü il tarixdə 6 saylı Notariat Ofisində Cavabdeh1 MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın A-2 blokunda 10-ci mərtəbədə yerləşən, ümumi sahəsi 123,4 kvadrat metr olan 30 saylı mənzilə dair pay haqqından imtina etdiyinə dair ərizənin etibarsız hesab edilməsi barədə iddiasi rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6629/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6629/2024
28.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver