Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6635/2020 21.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********58636 olan Samsung Galaxy A30s markalı telefon, X1 qoruyucu üzlük, M1 markalı Power Bank üçün 756 manat ödənilməmiş hissə, 75 manat cərimə; xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən, M1 markalı Power Bank üçün 48 manat ödənilməmiş hissə, 4 manat cərimə, ümumilikdə 883 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 913 manat pulun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Samsung Galaxy A30s markalı telefon, X1 qoruyucu üzlük, 2 ədəd M1 markalı Power Bank almış və nəticədə 883 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 804 manat olan Samsung Galaxy A30s markalı telefon, X1 qoruyucu üzlük, M1 markalı Power Bank üçün ümumilikdə 831 manat olmaqla, ondan 756 manat ödənilməmiş hissə, 75 manat cərimə pulu borcu, xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 48 manat olan M1 markalı Power Bank üçün ümumilikdə 52 manat olmaqla, ondan 48 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, M1 markalı Power Bank xx xxxxxx 2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 48 manat qiymətləndirilmiş borcundan silinərək geri qayarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 48 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh dəyəri 804 manat olan Samsung Galaxy A30s markalı telefon, X1 qoruyucu üzlük, 2 ədəd M1 markalı Power Bank, dəyəri 48 manat olan M1 markalı Power Bank almışdır. Cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən onun xx xxxxxxx 2020-ci il tarixə ümumilikdə 883 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilə üzrə ümumilikdə 883 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 756 (yeddi yüz əlli altı) manat, dəbbə pulu 75 (yetmiş beş) manat, xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 48 (qırx səkkiz) manat, dəbbə pulu 4 (dörd) manat olmaqla, ümumilikdə 883 (səkkiz yüz səksən üç) manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 913 (doqquz yüz on üç) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6635/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6635/2020
21.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver