Məhkəmə qərarları › İş №2(011)-6640/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6640/2025

24.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6640/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs1 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X7 1 Saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilərək, BTİ tərəfindən 1992-ci il tarixdə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair" pasportun və xx.xx.2012-ci tarixli AZ-İN№ 772547 nömrəli nikah haqqında şəhadətnamənin ona, Ərizəçi məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək BTİ tərəfindən 1992-ci il tarixdə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair" pasportun Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirmişdir ki, ata adı Ağauseyin olsa da, mənzilin texniki pasportunda ata adı “Ağahüseyin” kimi qeyd edilmişdir. Bu səbəbdən də o hüquqların dövlət qeydiyyatına alınmasında çətinlik çəkir. Sonda ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İ-ИЕ seriyalı, 310146 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, BalaƏrizəçi xx.xx.1957-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası X3, anası X1r. İş materiallarında olan AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi ata adı Ağauseyindir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşıyış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1992-ci ilin may ayında tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair" pasportun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli, Popva, 12A ünvanında yerləşən evin sahibi BalaƏrizəçi Ağahüseyin qızıdır. İş materiallarında olan AZ-İ seriyalı, 772547 nömrəli Nikah haqqında Şəhadətnamədən görünür ki, BalaƏrizəçi Ağahüseyin qızı və X2 arasında xx.xx.1980-cı il tarixində, Bakı şəhəri Maraqlı şəxs1ndə nikah bağlanmışdır, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1058 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixli müraciətiə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maraqlı şəxs1 tərəfindən tərtib edilmiş 2054 saylı, xx.xx.1957-ci il tarixli doğum haqqında akt qeydində uşaq və ata qrafasında soyad qeyd edilməmiş, atanın adı "Ağa Useyn", atanın ata adı "Bala Useyn" qeyd edilmiş, 1058 saylı, xx.xx.1980-ci il tarixli nikah haqqında akt qeydində qadın evlənənədək qrafasında soyadı "Balahüseynova", adı "Ağahüseyn", ata adı "Nargilə" yazılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Maraqlı şəxs1 tərəfindən tərtib edilmiş 2054 saylı, xx.xx.1957-ci il tarixli doğum haqqında akt qeydində uşaq və ata qrafasında soyadın "Balahüseynova" qeyd edilməsi, atanın adının "Ağahüseyn"-ə, atanın ata adının "Balahüseyn"-e, 1058 saylı, xx.xx.1980-ci il tarixli nikah haqqında akt qeydində qadın evlənənədək qrafasında adının "Ağahüseyn"-dən "Nargilə"-yə, ata adının "Nargile"-dən "Ağahüseyn"-ə dəyişiklik edilməsi mümkün deyil. Yaşadığınız rayonun məhkəməsinə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, hazırkı tələb Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1992-ci ilin may ayında tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair" pasportun ərizəçiyə - Ərizəçi məxsus olması ilə bağlıdır, BalaƏrizəçi xx.xx.1957-ci ildə anadan olmuşdur, doğum haqqında şəhadətnamədə və şəxsiyət vəsiqəsində onun atasının adı “Ağauseyin” kimi qeyd edilmiş, BTİ tərəfindən 1992-ci il tarixdə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair" pasportda isə BalaƏrizəçi ata adı “Ağahüseyn” kimi qeyd edilmişdir, ərizəçi onun tərəfindən saxlanılan və məhkəməyə təqdim etdiyi sənədlərə istinad edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktınını müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ünvan 3 ünvanında yerləşən fərdi yaşıyış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1992-ci ilin may ayında tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair" pasportun Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşıyış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1992-ci ilin may ayında tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair" pasportun Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar