Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6662/2023 30.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi İsmayıllı rayon Sumağallı Bələdiyyəsinin 05 sentyabr 2005-ci il tarixli, 10 nömrəli qərarı ilə Bələdiyyə ərazisində 0.12 ha torpaq sahəsi Torpaqların alqı-satqısına dair aktın, Sumağallı Bələdiyyəsinin iclas protokolunda olan adın, Bələdiyyənin hesabına torpağın dəyərinin ödənilməsinə dair 07 sentyabr 2005-ci il tarixli Kassa mədaxil orderinin 068958 nömrəli qəbzinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli 29 nömrəli rəyin, AR Milli Arxiv İdarəsi İsmayıllı rayon Dövlət Arxivinin 18 aprel 2023-cü il tarixli. 3-48-23RA/2-A/39-69 nömrəli torpaq sahəsinin ayrılmasına dair Arxiv Arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etsə də, iş materialları əsasında müəyyən olunmuşdur ki, hazırki ərizəyə əlavə edilmiş dövlət rüsumu (********** nömrəli qəbz) Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında olan digər bir 2(011)-4661/2023 saylı iş üzrə ərizə verilərkən ərizəçi tərəfindən ödənilmişdir. Həmin iş üzrə iddia ərizəsi, eləcə də ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(011)-4661/2023 saylı qərardadı ilə ərizəçiyə geri qaytarılmışdır. Digər bir tərəfdən, ərizəçi ərizəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli 29 nömrəli rəyə istinad edərək, iddia ərizəsinə qoşmada həmin rəyin də əlavə edildiyini qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, belə bir rəy ərizəyə əlavə edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, işə baxılması məqsədilə ərizəçinin ödədiyi dövlət rüsumu qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun ödənilmədiyindən yəni, dövlət rüsumu başqa iş üzrə artıq istifadə edildiyindən və ərizəçi tərəfindən tələbini əsaslandırdığı sənəd ərizəyə əladə edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-6662/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6662/2023
30.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver