Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6664/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən ona qarşı tərtib edilmiş 30.12.2020-ci il tarixli ******* saylı akt əsasında əsassız olaraq yazılmış 2656.80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 29.09.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək Cavabdeh İB tərəfindən hesablanmış 2656.80 manat borcdan 300 manat ödəməyə razı olduğunu, cavabdeh tərəfindən tərtib olunmuş ******* saylı akt əsasında hesablanmış borcun 2356,80 manat hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Cavabdeh İB tərəfindən barəsində tətbiq olunmuş 30.03.2018-ci il tarixli 58/2317 nömrəli, eləcə də 31.10.2018-ci il tarixli ******* nömrəli aktlar əsasında ümumilikdə 2138.40 manat məbləğində cərimə olunmuş və təbii qaz təminatı dayandırılmışdır, yazılmış cərimə borcu Sabunçu Rayon Məhkəməsinin 2(008)-3586/2020 saylı 19.10.2020-ci il tarixli qətnaməsi əsasında silinmişdir, 2(008)-3586/2020 saylı qətnamə 24.12.2020-ci il tarixində icraya yönəlmiş olsa da Cavabdeh İB həmin qətnamənin icrasını gecikdirmiş və mənzilə qazın verilməsi təmin edilməmişdir, iddiaçı mənzilində təbii qaza ehtiyacını ödəmək məqsədilə 29.12.2020-ci il tarixində qanunsuz olaraq qaz xəttinə qoşulmuşdur, 1 gün sonra yəni, 30.12.2020-ci il tarixində Cavabdeh İB-nin əməkdaşları həmin xətti kəsərək ******* saylı akt əsasında onu 2656.80 manat məbləğində cərimə etmişlər, iddiaçı 30.12.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 2656.80 manat cərimə borcunu əsassız və qanunsuz hesab edir, belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablanmış cərimə borcu 270 günlük müddət üçün hesablanmışdır, amma o, təbii qazdan qeyri-qanuni olaraq 1 gün istifadə etmişdir, təbii qazdan 270 gün müddətinə qanunsuz istifadə etməsini sübut etmək vəzifəsi aktı qəbul etmiş Cavabdeh İB-nin üzərinə düşür, ikinci, dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, barəsində hesablanmış cərimə borcu məişət qaz cihazlarının günlük 24 saatlıq iş rejimi ilə hesablanmışdır, 270 gün müddətində məişət qaz cihazlarının 24 saat işlənmiş kimi qeyd olunaraq hesabatın aparılması qanunsuzdur, tələbnamədən belə başa düşülür ki, hətta o yatarkən, evdə olmayarkən belə qaz cihazları işlək vəziyyətdə olmuşdur, 2656.80 manat məbləğində cərimə borcunu cavabdeh tərəf qanunsuz qoşulmaya görə yazıb, belə ki, qətnamədən sonra akt tərtib olunub, qazın verilməsi dayandırılıb, qarşı tərəf qazın verilməsini bərpa etmədiyi üçün 2-3 gün iddiaçı qanunsuz olaraq qoşulub, həmin akt isə 270 gün, yəni 9 ayın borcunu birdən yazıblar, 30 gün azaltmağa razı olar, lakin onlar 2-3 gün üçün 9 ayın borcunu yazıblar, cavabdeh mütəmadi olaraq yoxlamalar aparır, 9 ay orada qanunsuz istifadə edilsə idi, onu çoxdan aşkar edərdilər, qaz qış aylarında 4 gözlü plitədə 6 saat istifadə edilir, Cavabdeh İB isə 24 saatdan hesablayıb, bu halın baş verməsi cavabdehin qazın dayandırılmasının bərpa edilməməsindən baş vermişdir, hazırda Cavabdeh İB tərəfindən hesablanmış 2656.80 manat borcdan 300 manat ödəməsinə razıdır, qalan 2356,80 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş edir. Sonda Vəkil Cavabdeh İB tərəfindən əsassız olaraq yazılmış 2356.80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyi aşkar olunmuş, bu barədə akt tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, iddiaçının abonent hesabına 2656,80 manat borc hesablanmış və həmin məbləğ iddiaçıdan tələb olunur. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2020-ci il tarixli ******* saylı aktın surətində abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30.12.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 26568 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 12.04.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2020-ci il üçün 2656.80 manat borc hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş 30.03.2018-ci il tarixli 58/2317 nömrəli və 31.10.2018-ci il tarixli ******* nömrəli aktlar əasaında hesablanmış 2138,40 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Gasrep sənədindən görünür ki, iddiaçının abonent hesabında cari borc 2381,54 manat hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının abonent hesabına Cavabdeh İB tərəfindən hesablanmış 2138,40 manat məbləğində borcun silinməsi qət edilmişdir, qətnamə 24.12.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün 30.12.2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, baxış zamanı quraşdırılmış sayğacdan kənar, təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə akt tərtib edilmiş, akt əsasında itirilmiş qaz sərfiyyatı 1.2m3/saat (PQ4-ün maksimal saatlıq qaz sərfi) x 24 saat x 270 gün = 7776m3; 1.5m3/saat (QSSQ-nin maksimal saatlıq qaz sərfi) x 24 saat x 270 gün = 9720m3; 1.4m3/saat (dəmir sobanın maksimal saatlıq qaz sərfi) x 24 saat x 270 gün = 9072m3, cəmi 26568 m3 nəzərə alınmaqla hesablanmışdır, cavabdeh sayğacdan kənar qazdan istifadə etmişdir və onun dəyəri kimi 2656,80 manat borc iddiaçıdan tələb edilir, iddiaçı hesablanmış 2656,80 manat cərimə məbləğini 300 manat məbləğində qəbul etməklə, 2356,80 manat borcun silinməsini tələb edir, həmin hesablaşma üzrə bir aylıq qaz sərfiyyatı 2952 kub.metr, dəyəri isə 295,2 manatdır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, akt əsasında itirilmiş qaz sərfiyyatına dair cavabdeh tərəfindən aparılmış hesablaşmada, avadanlıqların gücü kimi götürülmüş 4,1 kub.metr və gündəlik zaman dövrü kimi götürülmüş 24 saat mümkün hesab edilməlidir. Məhkəmə, hesablaşma zamanı, hər hansı bir istinad mənbəyi olmadan zaman dövrü kimi götürülmüş 270 günlə razılaşmayaraq bu müddəti, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə müvafiq olaraq, qaz paylayıcının istehlakçıya verdiyi qazın dəyəri barədə istehlakçıya məlumatın (hesab) hər ay üçün təqdim etməli olmasını nəzərə alaraq, 30 gün həddə götürülməsini məqsədəmüvafiq sayır. Belə olan halda məhkəmə hesab edir ki, itirilmiş qaz sərfiyyatı, ümumilikdə 4,1 (1.2m3/saat + 1.5m3/saat + 1.4m3/saat) m3/saat X 24 saat X 30 gün = 2952 kub.metr (dəyəri 295,2 manat) təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu:**********10000) itirilmiş qazın bərpası məqsədilə hesablanmış 2356.80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, Cavabdeh İB-dən 30 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********10000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2356 (iki min üç yüz əlli altı) manat 80 (səksən) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6664/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6664/2021
29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver