Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-668/2021 24.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor üçün 1620 manat ödənilməmiş hissə, 270 manat dəbbə pulu borcu, 05.11.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı paltaryuyan üçün 1710 manat ödənilməmiş hissə, 285 manat dəbbə pulu borcu, ümumilikdə 3885 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3915 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.M.Aslanov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 31.10.2019-cu il və 05.11.2019-cu il tarixli müqavilələrə əsasən Samsung LED markalı televizor və LG markalı paltaryuyan almış və nəticədə 3885 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1632 manat olan (18 ay x 90 manat + 12 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə 1890 manat olmaqla, ondan 1620 manat ödənilməmiş hissə, 270 manat dəbbə, 05.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1710 manat olan (18 ay x 95 manat + 0 manat ilkin ödəniş) olan LG markalı paltaryuyan üçün ümumilikdə 1995 manat olmaqla, ondan 1710 manat ödənilməmiş hissə, 285 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 12 manat təşkil edir. Cavabdeh müqavilə öhdəliklərini pozduğundan onun borcu məhkəmə qaydasında tutulmalıdır. Sonda R.M.Aslanov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 24.02.2021-ci il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi R.M.Aslanov ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31.10.2019-cu il tarixdə 01019548 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Samsung LED markalı televizor cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.11.2019-cu il tarixdə 01029868 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən LG markalı paltaryuyan cavabdehə satılmışdır. İş materiallarında olan 31.10.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung LED markalı televizor Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 05.11.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, LG markalı paltaryuyan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya 31.10.2019-cu il tarixli müqavilə üzrə Samsung LED markalı televizor üçün borcu, ödənilməmiş məbləğ 1620 manat, 270 manat cərimə, 1890 manat ümumilikdə ödənilməmiş məbləğ, 05.11.2019-cu il tarixli müqavilə üzrə LG markalı paltaryuyan üçün borcu, ödənilməmiş məbləğ 1710 manat, 285 manat cərimə, 1995 manat ümumilikdə ödənilməmiş məbləğ, cəmi ödənilməmiş məbləğ 3330 manat, 555 manat cərimə, 3885 manat ümumilikdə ödənilməmiş məbləğ təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 25.05.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 27.08.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111, mənzil 82-də qeydiyyatdadır. İş materiallarında olan 26.09.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 31.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor üçün 1620 manat ödənilməmiş hissə, 270 manat dəbbə pulu borcu, 05.11.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı paltaryuyan üçün 1710 manat ödənilməmiş hissə, 285 manat dəbbə pulu borcu, ümumilikdə 3885 manat borc, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. 31.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor üçün 1620 manat ödənilməmiş hissə, 270 manat dəbbə pulu borcu, 05.11.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı paltaryuyan üçün 1710 manat ödənilməmiş hissə, 285 manat dəbbə pulu borcu, ümumilikdə 3885 (üç min səkkiz yüz səksən beş) manat, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-668/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-668/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver