Məhkəmə qərarları › İş №2(011)-6689/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6689/2023

27.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6689/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Həzrətpaşa qızının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Həzrətpaşa qızının Cavabdehnə qarşı “borcun silinməsi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Həzrətpaşa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və bundan sonra dəqiqləşmə ərizəsi verərək, Cavabdeh sayğaca müdaxilə və itrilmiş qazın dəyəri kimi məndən tələb etdiyi 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik dəymiş ziyan borcunun silinməsi və mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh Xacmaz X4 İdarəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili A.Y.Vəliyeva məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsində baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumununun qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-6689/2023 saylı qərardadı ilə iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili A.Y.Vəliyeva iddia tələbini borcun silinməsi hissəsində müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı, Şabran rayonu, Daşlıyataq kəndində yerləşən, hal-hazırda mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evini bağ evi kimi istifadə məqsədi ilə 2014-cü ildə almışdır, evi aldığı zaman sayğaclarda borcun olub-olmaması barədə keçmiş ev sahibi onu məlumatlandırmayıb. Bir müddət keçdikdən sonra Cavabdeh Xacmaz X4 idarəsinin əməkdaşı gəlib qaz sayğaca baxış keçirən zaman sayğacda əvvəlki ev sahibindən 108 manat qalıq borcun olduğunu ona bildirmiş və iddiaçı da həmin vaxtdan etibarən qalıq brcu ödəməyə başlamışdır, səhhətindəki ciddi problemlərlə əlaqədar əməliyyat olunduğu üçün 2017 ci ildən etibarən bağ evində yaşamamışdır, xx.xx.2023-cü il tarixində səhhətini yaxşılaşdırmaq məqsədi ilə bağ evinə getdikdə qaz sayğacının çıxarıldığını aşkarlamış, bununla bağlı qonşularından məlumat əldə etmişdir ki, iddiaçı evdə olmayan zamanbözünü Cavabdeh Xacmaz X4 İdarəsinin əməkdaşı olduğunu deyən naməlum şəxslər hasarı aşaraq qanunsuz şəkildə onun şəxsi mülkiyyətinə daxil olmuş, qaz sayğacını çıxarmış, və bu barədə ona heç bir məlumat verməmişdir. Sonradan mülkiyyətinə qanunsuz daxil olmuş Cavabdeh İ.B.Xacmaz RQİİ-nin əməkdaşının telefon nömrəsini taparaq zəng vurmuş, onun mülkiyyətinə hasardan keçərək qanunsuz daxil olduğunu və mülkiyyətinə daxil olmaq istəyirdisə bunu qanuni şəkildə etməli olduğunu ən azından ona telefonla əlaqə yaradaraq məlimat verməli olduğunu və bu əməllərinə görə məhkəməyə müraciət edəcəyimi bildirmişdir. Həmin əməkdaş ona sayğacda hesablama mexanizminin qoruyucu qapağının qırıq olması və ya qaz sızması barədə heç nə deməmişdir. Qaz sayğacı nə onun nə də ailə üzvlərinin şahidliyi olmadan çıxarılıb və aktlaşdırılıb.”Qaz sayğacının cıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı” aktında onun fərdi yaşayış evinin həyətindən çıxarılmış mexaniki sayğacın markası ” G 2.5”, Metrologiya Departamenti Sayğacların müayinəsi Labaratoriyasının Qaz sayğacinin yoxlanılması barədə xx.xx.2023-ci il tarixli 14-2-2/3-5-4782/Q001 saylı Aktında isə “64” markalı sayğac göstərilmişdir. Bu məlumatlar onun həyətindən cıxarılan sayğacın əvəzinə”, Metrologiya Departamenti Sayğacların müayinəsi Labaratoriyasının Qaz sayğacinin yoxlanılmasına qəsdən başqa sayğacin göndərilməsini sübut edir. Cavabdeh İB Xacmaz RQİİ-nin əməkdaşları xx.xx.2023 tarixində tərtib etdikləri ******* saylı Aktda, “Aktın doğruluğunu imzamızla təsdiq edirik ” qrafasında şahid qısmındə 2018-ci ildə vəfat etmiş keçmiş ev sahibi Muradova Bibixanımın adını və imzaladığını göstərib. Daha sonra xx.xx.2023 cü ildə isə ******* saylı X3 imzadan imüna etdiyi göstərilir. Buradan Cavabdeh İB Xacmaz X4 idarəsinin əməkdaşlarının qanunsuzluqlara yol verdikləri açıq. aşkar öz sübutunu tapır. Cavabdeh İ, B. Xacmaz RQİİ-nin əməkdaşları mülkiyyətinə qanunsuz daxil olaraq keçirdikləri baxış zamanı sayğacda nöqsanların olduğunu, sayğacın hesablama mexanizminin qoruyucu qapağının qırıq olmasını qeyd etmişdirlər. Sayğac quraşdırılan zaman acıq havada günəş şüaları və yağışın təsiri altında olması nəzərə alınaraq xüsusi qutuya yerləşdirilməsi vacib idi. Yəni sayğac yağışın təsirindən karroziyaya uğrayıbsa və ya günəş şüalarının təsirindən göstərici qapağın plastik qoruyucusu çatlayıbsa, sınıbsa bunun günahı təkmənalı olaraq cavabdehdədir belə ki, sayğacın quraşdırılmasında “Qaz sayğacının quraşdırılması” qaydalarına rəayət edilməmişdir. İddiaçı bu fərdi yaşayış evini 2015 ci ildə alıb və aldığı dövrdən bu günkü günə qədər sayğac yenisi ilə əvəz edilməyib. Məlumdur ki, bu sayğacların 5 (beş) il istismar müddət var. Məhkəməyə təqdim edilən abonentin saldosuna nəzər yetirsək sözü gedən sayğac 2010-cu ildə quraşdırılmışdır və bu günə qədər iki dəfə istismar müddəti bitdiyi üçün yeni sayğacla əvəz edilməli idi. Təbii ki,5 ( beş) il istismar müddəti olan sayğac 13 (on üç) il istifadə edildikdə sıradan çıxacaq. Cavabdeh İB Xacmaz RQİİ-nin əməkdaşları öz vəzifələrini düzgün yerinə yetirə bilmirsə və ya yetirmirsə buna görə iddiaçı məsuliyyət daşımalı deyil. Sonda A.Y.Vəliyeva iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən, ümumi sahəsi 157,3 m2 olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə Vəliyeva Əİdilə Həzrətpaşa qızının adına tam pay əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, ünvan 1i ünvanı, **********00050 kodu üzrə ******* nömrəli qaz sayğacı 2023-cü il aprel ayında yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan MSK 14-2-2/3-5-4782/Q002 nömrəli Aktdan görünür ki, ******* nömrəli sayğac üzrə yoxlamanın nəticəsi kimi “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağı sınıqdır, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac istismara yararsızdır” qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1i ünvanı, **********00050 kodu üzrə “... dövlət yoxlamasına əsasən sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağı sınıqdır, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac istismara yararsızdır” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı ünvan 1i ünvanı, **********00050 koduna xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, ünvan 1i ünvanı, **********00050 kodlu abonent hesabına “Qalıq və aktlar” qrafasında 04/2023-cü il tarixi üzrə 3110,40 manat borc hesablanmış, 07/2023-cü il tarixinə “Ay sonuna borc 3110,40 manat olmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən fərdi ev Vəliyeva Əİdilə Həzrətpaşa qızının mülkiyyətindədir, həmin evə **********00050 abonent kodlu qaz sayğacı ilə təbii qazın verilməsi həyata keçirilir, o həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “... dövlət yoxlamasına əsasən sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağı sınıqdır, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac istismara yararsızdır” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********00050 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 04/2023-cü il tarixi üzrə 3110,40 manat borc yazılmışdır və hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, iddiaçı və onun ailə üzvləri tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının onların təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və buna görə də iddiaçı abonent hesabına daxil edilmiş 3110,40 manat borc silinməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00050) itirilmiş qazın bərpası məqsədilə yazılmış 3110,40 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 10000 manatdan çox 10000 manatdan az olduğundan, iddia tələbinin həcmi nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 51,11 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1i ünvanındakı **********00050 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik borc silinsin. Cavabdehndən 51 (əlli bir) manat 11 (on bir) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar