Məhkəmə qərarları › İş №2(011)-6720/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6720/2023

04.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6720/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbinin əsassız hesab edilərək ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh Bakı X13 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən 31 mart 2022-ci tarixdə təbii X8nın pozulması haqqında X9 barəsində tərtib edilmiş 31 maıt 2022-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi və qazdan sayğacsız istifadəyə görə həmin Akt əsasında dəymiş ziyanın bərpasına dair hesablanmış 10850,28 manat ödənişin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh Bakı X13 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən təbii X8nın pozulması haqqında X9 barəsində tərtib edilmiş aktlara görə dəymiş ziyanın bərpasına dair hesablanmış 10850,28 manat tələbin əsassız hesab edilərək ləğv edilməsi, iddiaçı tərəfindən məcburiyyət qarşısında cavabdehə ödənilmiş 10850 manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 510 manatın və dövlət rüsumu üçün ödənilmiş 162 manatın, ümumilikdə 11522 manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi , Şüvəlan bağ massivi, 33/375 saylı 0,12 ha bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş ********* Qeydiyyat nömrəli, xx.xx.2006-cı il Qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən Çıxarışa əsasən X1nun mülkiyyətində olmuşdur. X1 27 noyabr 2021-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmişdir və bu barədə Moskva 31 saylı VVAQ orqanı tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir.Atası Rusiya Federasiyası vətəndaşı olduğundan ailəlikcə Moskva şəhərində yaşamışlar. Atası orada işləmişdir. O, uzun müddət, təxminən 2018-ci ildən vəfat edənə qədər çox nadir hallarda qısa müddətə(bir-iki günlüyə) Bakıya gəlmişdir. Məzuniyyət vaxtlarını Türkiyədə, iddiaçının yanında və ya digər xarici ölkələrdə müalicə və istirahətdə olmuşdur.Atasının vəfatından sonra Moskva şəhər notariusunda açılmış vərəsəlik işi üzrə iddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır və bu barədə 6/2022 saylı vərəsəlik işi üzrə iddiaçıya 31 may 2022-ci il tarixli Rusiya Federasiyasından kənarda yerləşən əmlaka qanun üzrə vərəsəlik hüququnun təsdiq edilməsi barədə 77AD ******* saylı Şəhadətnamə verilmişdir.Qanun üzrə vərəsə kimi atasının vəfatından sonra müvafiq qanunvericiliyə uyğun olaraq 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən atasından miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında torpaq sahəsi mənim mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X14 Şəxsi tərəfindən iddiaçının adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən Çıxarış verilmişdir. Bağ sahəsinə mülkiyyət hüququna dair Çıxarış alarkən iddiaçıya məlum olmuşdur ki, bağın yerləşdiyi torpaq sahəsində onlara aid hər hansı bir tikili olmadığı halda atasının barəsində Cavabdeh müvafiq qurumunun əməkdaşları tərəfindən əssassız olaraq sayğacsız təbii qazdan qeyri-qanuni istifadəyə görə Akt tərtib edilərək külli məbləğdə ödəniş tələb edilir. Məsələ ilə bağlı araşdırma apararaq müvafiq sənədləri əldə etdikdə iddiaçıya məlum olmuşdur ki, atasının vəfatından xeyli müddət sonra istehlakçı qismində ünvan Xəzər rayonu, Şüvəlan bağları, bağ sahəsi ev 2, mənzil 7, abonent kodu **********00070 göstərilməklə Cavabdeh Bakı X13 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən 31 mart 2022-ci il tarixdə təbii X8nın pozulması haqqında ******* nömrəli Akt tərtib edilərək göstərilmişdir ki, istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və qazdan istifadə qaydasına riayət olunması yoxlanılıb və müəyyən edilmişdir ki, abonent sayğacsız təbii qazdan istifadə edir. Ona görə də tələb edilib ki, dəymiş ziyan hesablansın və ödənilsin. Həmin Akt BRQSD-in rəisi tərəfindən təsdiq edilmiş və onun əsasında həmin Deportamentin itirilmiş qazın dəyərinin hesablanması komisiyyası tərəfindən 31 mart 2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair hesablama aparılmış və abonentə- istehlakçıya 2019-cu ilin sentyabr ayından 2022-ci ilin iyul ayı da daxil olmaqla 18360 m3 təbii qaz sərfiyyatına görə 10853,28 ödəniş hesablanmışdır. Qeyd edilməsi zəruridir ki, bağ sahəsi uzun illər bundan əvvəl hasara alınmış və orada iddiaçı tərəfindən hər hansı bir tikili inşa edilib istifadə edilməmişdir. Uzun müddət baxımsız qalan torpaq sahəsində evsiz insanlar özləri üçün bir sığınacaq düzəltmişdirlər. Bağ sahibi olaraq X9 ilə Cavabdeh arasında təbii qazdan istifadəyə görə “qaz sayğacının quraşdırılması və istismarı” barədə hər hansı bir müqavilə olmamışdır. Tikili olmadığı halda qazdan istifadəyə görə müqavilə bağlanıla bilməzdi. Cavabdeh Bakı X13 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli Aktda göstərilir ki, istifadəçi X2 imzalamaqdan imtina etmişdir. Həmin akt tərtib edilən vaxtda istehlakçı kimi göstərilən X1 4 aydan artıq idi ki, dünyasını dəyişmişdi. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh orqanın səlahiyyətli nümayəndələri və qurumu tərəfindən tərtib edilmiş abonentin saldosu adlanan cədvəldə ünvan kimi ünvan 3 tərkibli göstərilmiş, 4 gözlü qaz cihazından (PQ-4) istifadə edildiyi göstərilmişdir. Həmin cədvəldə qazdan istifadə hesablanması sentyabr 2019-cu ildən başlanmışdır. Halbuki, həmin orqanın nümayəndələri tərəfindən X4 əsasən hər ay istehlakçılara qazın paylanması üzrə qaz xətti və qaz sayğacına baxış keçirilməklə istifadə edilmiş qazın ödənişinə və qazdan istifadənin qanunvericiliyin tələblərinin uyğun olubolmamasına nəzarət edilir. Necə ola bilər ki, 3 il müddətində qazdan qanunsuz istifadə aşkar edilərək tədbir görülməsin və qanunsuz qaz xətti ləğv edilməsin. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, akt yazılmış ünvanda yaşayış evi olmamış, həmin ünvana qazın verilməsi ilə bağlı iddiaçı və ya onun mərhum atası tərəfindən müqavilə bağlanmamış, habelə həmin ünvana sayğac belə quraşdırılmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə dair aktlar tərtib edilmiş və ondan 10853.28 manat tələb edilmişdir. İddiaçı da torpağın alqı-satqısını baş verməsi üçün həmin cəriməni ödəmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X10 iddia ərizəsinə etiraz edərək, iddiaçının qazın verilməsi ilə bağlı Cavabdeh İB ilə müqavilə bağlamamışdır. Buna görə də iddiaçının belə bir iddia qaldırmaq hüququ yoxdur. Qeyd etdiklərimə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi,Şüvəlan bağ massivi, 33/375 saylı bağ sahəsi X5 mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3621 nömrəli vərəqində xx.xx.2006-cı il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın pasportundan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi,Şüvəlan bağ massivi, 33/375 saylı bağ sahəsi X5 xüsusi mülkiyyətindədi. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X9 27 noyabr 2021-ci il tarixdə X3 şəhərində ölmüşdür. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi,Şüvəlan bağ massivi, 33/375 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi vərəsəsi İddiaçı miras qalmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi,Şüvəlan bağ massivi, 33/375 saylı bağ sahəsi İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, “Təbii X8nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi göstərilmişdir. İş materiallarında olan, “Təbii X8nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi göstərilmişdir. İş materiallarında olan, “Təbii X8nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi göstərilmişdir. İş materiallarında olan, “Təbii X8nın pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi göstərilmişdir. İş materiallarında olan, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, çıxarılan sayğac barədə məlumat verilməmiş, Zenner tipli G4 markalı yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən, 162 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, “Azəriqaz “İB-nə **********00070 abunə kodu üzrə 5000 və 5000 manat ödənişlər edilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 4 saylı vəkil bürosuna hüquqi yardım göstərilməsi üçün 510 manat ödənilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2019-cu il tarixdən 2023-cü il tarixə kimi 10853,28 manat borc hesablanmış, X9 tərəfindən 10854 manat ödənilmişdir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı X6 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alq-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi,Şüvəlan bağ massivi, 33/375 saylı bağ sahəsini alıcının mülkiyyətinə vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X8”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X8”-nın 2.5-ci maddəsinə görə qaz qurğuları istismara qəbul olunduqdan və qaz paylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilməlidir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixə təyin edilmiş yerli müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının bağ sahəsi hasara alınmış, həmin ərazidə heç bir fərdi yaşayış evi inşa edilməmiş və mübahisələndirilən qaz sayğacının qoşulmasına dair iz aşkar olunmamışdır. Halbuki, Cavabdeh tərəfindən 22 iyun 2022-ci il tarixdə bağ sahəsinin hasarının küçə hissəsində Zenner markalı smart tipli qaz sayğacı quraşdırılmasına dair iddiaçının iştirakı və imzası olmadan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 22 iyun 2022-ci il tarixli ******* akt tərtib edilmişdir. Habelə cavabdeh həmin bağ sahəsində heç bir tikili olmadığı halda qazdan sayğacsız qeyri-qanuni istifadəyə görə dəfələrlə aktlar tərtib etmiş, habelə cavabdeh orqanın səlahiyyətləri nümayəndələri və qurumu tərəfindən tərtib olunmuş abonent saldosunda ünvan ünvan 4ibi, PQ-4 qaz cihazından istifadə olunması göstərilmişdir. Hazırki mülki işdən görünür ki, 2019-cu ilin sentyabr ayından başlayaraq qazdan istifadə hesablanması iddiaçı barəsində akt tərtib edilərək sayğacsız təbii qazdan qeyriqanuni istifadə edilməsi qeyd edilmiş, belə olduğu halda, bunun qarşısını almaq üçün hər hansı tədbir görülməyərək yalnız akt tərtib olunmaqla faktiki olaraq qazın talanmasına şərait yaradılmışdır. Lakin yerli müayinə zamanı məhkəmə tərəfindən qeyd edilən ünvana baxış keçirilən zaman həmin ünvanda qaz sayğacının olmadığı, habelə bundan qabaqda həmin ünvana sayğacın quraşdırılmasına dair heç bir iz müəyyən edilməmişdir. Ümumiyyətlə həmin ünvana dair aktlar tərtib edilən zaman heç bir fərdi yaşayış evi inşa edilməmiş və orada yaşayış olmamışdır. Belə olan halda istehlakçıya qazdan istifadə etmədiyi təqdirdə 10853,28 manat borcun yazılmasını məhkəmə ağlabatan hesab etmir. Bu onun göstəricisidir ki, Cavabdeh təbii qazın talanmasının qarşısını almaq kimi vəzifələrini həyata keçirmək istiqamətində konkret tədbirlər görməyərək əsassız aktlar tərtib etmişdir. Qeyd edilən halların araşdırılması məqsədi ilə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli xüsusi qərardad qəbul edilmiş və Cavabdeh İB-nin əməkdaşlarının əməllərində cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Məhkəmə iddia tələbinin “təbii X8nın pozulması haqqında X9 barəsində tərtib edilmiş aktlara görə dəymiş ziyanın bərpasına dair hesablanmış 10850,28 manat tələbin əsassız hesab edilərək ləğv edilməsi” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından müəyyən edilmişdir ki, iddiaçı 2023-cü ilin may ayından 10854 manat məbləğində pulu Cavabdeh İB-yə ödəmişdir. Göründüyü kimi iddiaçı tərəfindən artıq həmin tələb təmin edilmiş, yəni həmin borc ödənilmişdir. Həmin tələb təmin edildikdən sonra belə bir tələbin də əsası qalmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin “vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 510 manatın cavabdehdən tutulmasına” dair hissəsi əsaslı olduğundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən təmin edilməlidir. Odur ki, iddia tələbi qismən təmin edilrək, iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 10854 manat və vəkilin göstərdiyi hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 510 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın “dövlət rüsumu üçün ödənilmiş 162 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına” dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh İB-ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İB-dən 10854 (on min səkkiz yüz əlli dörd) manat və vəkilin göstərdiyi hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 510 (beş yüz on) manat və 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar