Məhkəmə qərarları › İş №2(011)-673/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-673/2023

10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-673/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabunçu rayonu, Şəh Şos. Ev 51 ünvanda yerləşən evinə əsassız olaraq hesablanmış 518,40 manat cərimə borcunun siliməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ilə müraciət edərək, “məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, buna görə işə onun iştirakı olmadan baxıb qətnamə qəbul edilməsi”ni xahiş etmiş, məhkəməyə gəlməməsi səbəbləri, habelə bu səbəblərin üzrlü olması barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını nəzərdə keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, mülki iş sadələşdirilmiş icraat (kiçik iddia) qaydasında məhkəməyə daxil olmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş, obyektiv və hərtərəfli baxılması ilə əlaqədar məhkəmə prosesinin çəkişmə prinsipinə əməl etməklə keçirilməsi zərurətini nəzərə alaraq, əlavə araşdırma zərurəti olduğundan iddia icraatına keçirilmişdir. Həmçinin iddiaçı məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli hazırlıq iclaslarında iştirak etməmiş, bu barədə teleqramla məhkəməyə müraciət etsə də, iclasda iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə, mülki işin obyektiv və hərtərəfli baxılması və mübahisənin vəziyyətinin müzakirə edilməsi zərurətini nəzərə alaraq, iclasın iddiaçının iştirakı ilə keçirilməsini zəruri hesab etmiş və bu məqsədlə xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixli məhkəmə hazırlıq iclaslarını təxirə salaraq, 2(011)-7636/2022 saylı xx.xx.2022ci il tarixli məktubla İddiaçı rəsmi qaydada müraciət etmişdir. Bununla belə, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir, teleqramla məhkəməyə müraciət edərək, məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, buna görə işə onun iştirakı olmadan baxıb qətnamə qəbul edilməsi xahiş etsə də, məhkəməyə gəlməməsi səbəbləri, habelə bu səbəblərin üzrlü olması barədə sübutları ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar