Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-674/2021 15.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 03.07.2020-ci il tarixli əmrin etibarsız hesab edilməsi, həmin tarixdən əmək müqaviləsinə iddiaçının təşəbbüsü ilə xitam verilməsi, işə qəbul və işdən azad edilməyi barədə əmək kitabçasında müvafiq qeydlərin aparılması və haqq-hesabın verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25.01.2020-ci il tarixində Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq menecer kimi fəaliyyətə başlamışdır. Bağlanmış müqavilənin 3.1-ci bəndi ilə nəzərdə tutulmuş əmək funksiyalarını lazımı qaydada yerinə yetirməyə çalışmışdır. Cavabdeh cəmiyyətinin rəhbərliyi tərəfindən iddiaçının əmək fəaliyyəti ilə bağlı iddiaçıya heç bir irad bildirməmişdir. Poçtla 09.06.2020-ci il tarixdə iddiaçıya təqdim olunmuş 04.06.2020-ci il tarixli 03/06-F nömrəli məktubun məzmunundan göründüyü kimi cavabdeh iddiaçıya işə çıxmağı ilə bağlı əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edir. Daha sonra, yəni 22.06.2020-ci ildə iddiaçıya təqdim olunmuş 19.06.2020-ci il tarixli 06/06-F nömrəli məktubun məzmunundan göründüyü kimi cavabdeh iddiaçıya yenidən işə çıxmağı ilə bağlı əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar etmişdir. Cavabdeh tərəfindən onun barəsində verilmiş 18.06.2020-ci il tarixli 06-3 nömrəli əmr qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 07-2 saylı, 03.07.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, İddiaçı əmək kitabçasına 25.01.2020-ci il tarixli Əmək müqaviləsi üzrə işə götürülməsinə dair qeyd ediləsi öhdəliyinin Cavabdeh MMC-nin üzərində qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı Cavabdeh MMC-də menecer vəzifəsinə işə düzəlmişdir. Əmək müqaviləsi müddətsiz bağlanılmışdır. İşçi restoranın fəaliyyəti üzrə işləri təşkil etmək, işçilər arasında iş bölgüsü aparaq, restoranın fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər vermək kimi əmək funksiyalarının icrasını öhdəsinə götürür. İşçiyə hər ay 500 manat əmək haqqı ödənilir. İşçinin iş saat 11:0-dan saatda başlayır və saat 20:00-da qurtarır. Şənbə günü iş saatı 11:00-da başlayır və 18:00da qurtarır. İş materiallarında olan 25.01.2020-ci il tarixdə imzalanmış və hal-hazırda qüvvədə olmayan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında 25.01.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, əsas iş yeri olmaqla işçinin vəzifəsi menecer, əmək haqqının məbləği isə 500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 04.06.2020-ci il tarixli 03/06-F nömrəli məktubun surətindən görünür ki, 29.02.2020-ci il tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə çıxmamaqla işəgötürənlə bağladığı əmək müqaviləsi ilə müəyyənləşdirilən öhdəliklərini yerinə yetirməmişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tərəflər arasında bağlanılmış 25.01.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iş haqqında məlumat qrafasında son məlumat iddiaçının "xxxx" MMC-nin Sky hotelunun restorarının administrator vəzifəsində əmək fəaliyyəti ilə bağlıdır. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış 19.06.2020-ci il tarixli 06/06-F nömrəli məktubun surətindən görünür ki, o, 29.02.2020-ci il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə çıxmamaqla işəgötürənlə bağladığı əmək müqaviləsi ilə müəyyənləşdirilən öhdəliklərini yerinə yetirməmişdir. Bununla bağlı bir neçə dəfə şifahi və 05.06.2020-ci il tarixində yazılı şəkildə ona xəbərdarlıq edilməsinə baxmayaraq, bugünədək əmək müqaviləsi üzrə öhdəliklərni yerinə yetirməməkdə davam edir. Məktub ünvanlanmış şəxsin nəzərinə çatdırılmışdır ki, AR Əmək MƏcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən rəhbərlik tərəfindən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. İş materiallarında olan Cavabdeh MMC-nin 18.06.2020-ci il tarixli 06_3 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə, uzun müddətdir davamlı olaraq işə gəlmədiyinə görə şiddətli töhmət elan edilmişdir. İş materiallarında olan 03.07.2020-ci il tarixdə imzalanmış qüvvədə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 25.01.2020-ci il tarixli əmək müqaviləsinə “70.ç) işçi özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə işəgötürənin 07-2 nömrəli, 03.07.2020-ci il tarixli əmri ilə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmət Bakı şəhəri İdarəsinin 09.12.2020-ci il tarixli **********4 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Gholizadeh Afsirin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1200 manat tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir : a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, cavabdeh müəssisə iddiaçının öz əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəlikləri icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlardan əlavə, işəgötürən tərəfindən işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə səbəb olan həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, habelə iddiaçının hərəkətləri onunla bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə mütənasib olmadığından cavabdehin 03.07.2020-ci il tarixli, 07-2 saylı əmri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddia İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya 03.07.2020-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddia İddiaçı əmək kitabçasına 25.01.2020-ci il tarixli Əmək müqaviləsi üzrə işə götürülməsinə dair qeyd ediləsi öhdəliyinin Cavabdeh MMC-nin üzərində qoyulması hissəsində də təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh cəmiyyət tərəfindən İddiaçı həmin cəmiyyətdə işə götürülməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 360- ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-nin 03.07.2020-ci il tarixli, 07-2 saylı əmri ləğv edilsin və Məmmədov X1” MMC-də menecer sürücü vəzifəsinə bərpa edilsin. 03.07.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Cavabdeh MMC-nin üzərinə İddiaçı məxsus əmək kitabçasında Cavabdeh MMC-də işə qəbul olunmasına dair müvafiq qeydlərin aparılması vəzifəsi qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-674/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-674/2021
15.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver