Məhkəmə qərarları › İş №2(011)-6760/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6760/2021

10.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6760/2021 10.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X7, Cavabdeh3 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1, Cavabdeh3 MMC-yə və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh1 arasında 26.07.2011-ci il tarixdə bağlanmış 167 saylı müqavilənin, 19.09.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın, 13.10.2020-ci il tarixli, 4Ə-1072 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin, 19.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllə 100 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38 saylı evin 22-ci mərtəbə 2 saylı mənzilin) ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16.03.2018-ci il tarixli 420 nömrəli müqaviləyə əsasən, Cavabdeh3 MMC-nin icraçı direktoru X5 ilə X6 arasında 11.01.2008-ci il tarixdə bağlanmış müqavilə sonuncunun razılıq ərizəsinə görə ləğv edilmiş və satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı 100 saylı mənzili ona təhvil verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri 147290 manat pul onun tərəfindən əvvəlki payçı X4 ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-7288/2019 saylı qətnaməsi ilə Cavabdeh3 MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226, 6 kv.m-dən ibarət 5 otaqlı, 100 saylı mənzilinin Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən icra mərhələsində xəbər tutmuş, daha sonra isə, bilmişdir ki. Cavabdeh1 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı 100 saylı mənzilə dair 26.07.2011-ci il tarixli müqavilə bağlanmışdır. Maraqlısı budur ki, mübahisəli mənzilə dair ilk müqavilə “Sahil-D Kompani’’ MMC ilə X6 arasında 11.01.2008-ci il tarixdə bağlanmış, o da, həmin mənzili X1 almışdır. Cavabdeh1 ilə “Sahil-D Kompani" MMC arasında isə müqavilə 26.07.2011-ci il tarixdə bağlanmışdır. Deməli eyni mənzilə dair iki müqavilə mövcud olsa da, Kamilə Xudiyeva ilə Cavabdeh3 MMC arasında bağlanmış müqavilə daha əvvəl bağlandığı üçün etibarlı hesab edilməli, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında 26.07.2011-ci il tarixdə bağlanmış müqavilə isə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı 100 saylı mənzili 2011-ci ildə Cavabdeh3 MMC-dən almışdır. Bu barədə müqavilənin və maliyyə arayışının surətini məhkəməyə təqdim etmişdir. 2018-ci ilə qədər mütəmadi olaraq həmin mənzilə gedib-gəlmişdir. Daha sonra bir müddət xaricdə olmuşdur. Ölkəyə qayıdandan sonra ona məxsus mənzilin iddiaçı Nəbiyev Mahir tərəfindən təmir olunmağa başlandığı məlum olmuşdur. Təmir işlərinin dayandırılması barədə ona xəbərdarlıq edilmiş, daha sonra isə yaranmış vəziyyətlə bağlı MMC-yə və onun direktoru Adilağa Hüseynova məlumat verilmişdir. Bundan sonra Cavabdeh3 MMC-yə qarşı mənzilin ona təhvil verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhəməsinin 2(011)-7288/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsi ilə MMC tərəfindən F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı 100 saylı mənzilin ona təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2582/2021 saylı, 26.07.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmçinin auditor rəyi və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısında sözügedən mənzilin ona məxsus olması öz təsdiqini tapmışdır. 13.10.2021-ci il tarixdə mübahisəli mənzili notarial qaydada oğlu Cavabdeh2 bağışlamışdır. Məhkəməyə təqdim edilmiş 04.12.2017-ci il tarixli “Götürmənin keçirilməsi haqqında” protokoldan da, müəyyən olunur ki, Cavabdeh3 MMC-yə məxsus olan möhür Axərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarısinə təhvil verilmişdir. Belə olan halda, necə olur ki, 2018-ci ildə MMC iddiaçı ilə müqavilə bağlayır? Necə ki, mənzilini MMC-dən tələb etmişdir, iddiaçı da mənzilini ondan deyil, MMC-dən tələb etməlidir. İddiaçıya məxsus mənzillər ikinci binada yerləşən 89 və 90 saylı mənzillərdir və onun mənzilinə heç bir aidiyyatı yoxdur. Ona görə də, iddia tələbinin təmin olunmaması barədə qətnamə ə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etməyərək Cavabdeh1 ilə eyni məzmunda izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qətnamə ə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı 100 saylı mənzili Cavabdeh1 məxsus olmuşdur. Bu hal Cavabdeh3 MMC-nin vəzifəli şəxsləri barəsində gedən cinayət işi üzrə aparılmış audit aktı və ona əlavə edilmiş sakinlərin siyahısında da öz əksini tapmışdır. Həqiqətən də İddiaçılə 16.03.2018-ci il tarixdə bağlanmış 420 nömərli müqavilə onun tərəfindən imzalanmışdır. Lakin həmin müqaviləni Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində məcburiyyət qarşİsında imzalamışdır. Müqaviləni imzalamaq onun səhvi olub. İddiaçıya məxsus mənzillər ikinci binada yerləşən 89 və 90 saylı mənzillərdir. Ona görə də, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Bakı şəhəri 6 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Bakı şəhəri 6 saylı Notariat ofisinin nümayəndəsnin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-7288/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh “Sahil-D Kompani" MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddiası təmin olunmuş, cavabdeh tərəfindən ünvan 3 ünvanda şa edilən 1 saylı yaşayış binasının tikinthsahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 saylı mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İşin birinci instansiya məhkəməsində baxışı zamanı müəyyən edilmiş hallarına əsasən, iddiaçı ilə cavabdeh arasında 26.07.2011-ci il tarixdə 167 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə görə cavabdeh Bak şəhəri, F.Bayramov küçəsi 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binanın tikinti sahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 №-li mənzili alıcıya təhvi verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri - 90640 manat pul iddiaçı tərəfindən əvvəlki payçı X3 ödənilmişdir. Cavabdeh tərəfindən 26.07.2011-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilib və onun cavabdehə borcu yoxdur. Tərəflər arasında müqavilənin bağlanması və mənzilin dəyərinin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamış, habelə cavabdehin direktoru əvvəlki məhkəmə iclaslarında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. İş materiallarında olan 13.10.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 19.09.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllə, 100 saylı mənzili (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M22, m 2) oğlu Cavabdeh2 bağışlamışdır. Müqavilə Bakı şəhəri 6 saylı dövlət notariat ofisinin notariusu X8 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-1072 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllə, 100 saylı mənzil (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M22, m 2) Cavabdeh2 adına 19.10.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alımışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.07.2021-ci il tarixli, 2(103)-2582/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-7288/2019 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəziəflərinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına əsasən, həm iddiaçı, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs cavabdeh “Sahil-D Kompani" MMC-yə məxsus olmuş eyni mənzilə iddia etsə və hər ikisi həmin mənzilə dair onlar arasında bağlanmış müqavilələri və mənzilin dəyərinin ödənilməsi barədə MMC-nin verdiyi maliyyə sənədini məhkəməyə təqdim etsələr də, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin mübahisəli mənzilə dair bağlanmış müqaviləsi qanuni və etibarlı sayıla bilməz. Çünki, İddiaçılə MMC arasında 16.03.2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilin MMC ilə X6 arasında 11.01.2008-ci ildə bağlanmış müqavilənin öz razılıq ərizəsinə görə ləğv edilərək “alıcı" İddiaçı ilə bağlandığı göstərilsə də, Kamilə Xudiyeva ilə olan müqavilədəki tarixin iddiaçı (Cavabdeh1) ilə bağlanmış müqavilədən tarixdən əvvəl olması hələ həmin müqavilənin də etibarlı olmasına dəlalət etmir. Belə ki, Kamil Xudiyeva ilə olan müqavilənin etibarlı müqavilə və məhz mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə bağlanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır, laki olunmamışdır. Əksinə, MMC-nin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatında bəlli olur ki, mübahisəli mənzil qanuni əsaslarla iddiaçıya məxsusdur. İddiaçılə bağladığı müqaviləni təzyiq altında imzalamışdır. Lakin, sonradan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı da mübahisəli mənzilin iddiçıya məxsus olduğu təsdiq olunduğundan və binadakı mənzillərə dair tərtib olunan siyahıda həmin mənzili iddiaçıya aid olduğu göstərilmişdir. Siyahı əsasındada mənzillərin qanuni sahiblərinə çıxarışlar verilmişdir. Ona görə də, İddiaçılə MMC arasında 16.03.2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilə dair guya MMC ilə X6 arasında 11.01.2008-ci ildə müqavilə bağlanması inandırıcı və ağlabatan olmadığından həm 11.01.2008-ci il, həm də 16.03.2018-ci il tarixli müqavilələr etibarlı sayıla bilməz. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs şikayətində mübahisəli mənzilir onun tərəfindən təmir edildiyini və əlavə xərclər çəkdiyini göstərsə də, bununla bağlı tərəflər arasında olan münasibətlərə bu barədə hansısa iddia tələbi olmadığından hazırki işin çərçivəsində hüquq qiymət verilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2021-ci il tarixli, 2(103)-6011/2021 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.07.2021-ci il tarixli, 2(103)-2582/2021 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəziəflərinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli mənzilə dair iddiaçının oğlu Cavabdeh2 mülkiyyət hüququ artıq 19.10.2020-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Mübahisəli mənzil də daxil olmaqla həmin binada bir neçə mənzil tikinti materiallarının əvəzi olaraq Gürcüstan Respublikası vətəndaşı olan X10 verildiyindən, sonuncunun xahişinə əsasən mübahisəli mənzillə bağlı müvəqqəti olaraq iddiaçı ilə müqavilə bağlanması, iddiaçının nə Azər Xəlilova, nə də MMC-yə heç bir vəsait ödəməməsi həqiqi olsa belə, bu hal İddiaçı şikayətinin əsaslı olduğuna və mübahisəli mənzilin ona aid olduğuna dəlalət etmir. Çünki, mübahisəli mənzilin tikinti materiallarının əvəzində ona verildiyini Azər Xəlilov, mənzilə görə pul vəsaitinin nə ona, nə də MMC-yə verilməməsini yenə də o və MMC mübahisələndirə bilər. Bunun İddiaçı heç bir aidiyyəti yoxdur və onun şikayətinin əsaslılığına qətnamənin ləğvinə səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçılə MMC arasında 16.03.2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilin MMC ilə X6 arasında 11.01.2008-ci ildə bağlanmış müqavilənin öz razılıq ərizəsinə görə ləğv edilərək “alıcı” İddiaçı ilə bağlandığı göstərilsə də, Kamilə Xudiyeva ilə olan müqavilədəki tarixin iddiaçı ilə bağlanmış müqavilədəki tarixdən əvvəl olması hələ həmin müqavilənin də etibarlı olmasına dəlalət etmir. Belə ki, Kamilə Xudiyeva ilə olan müqavilənin etibarlı müqavilə və məhz mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə bağlanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır, lakin olunmamışdır. Əksinə, MMC-nin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatı əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil qanuni əsaslarla iddiaçıya məxsusdur. İddiaçılə bağladığı müqaviləni təzyiq altında imzalamışdır. Lakin sonradan Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsində aparılan araşdırma zamanı da mübahisəli mənzilin iddiçıya məxsus olduğu təsdiq olunduğundan və binadakı mənzillərə dair tərtib olunan siyahıda həmin mənzilin iddiaçıya aid olduğu göstərilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, kassator müqavilənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021 -ci il tarixli Qərarının və Mülki Məcəllənin 337-ci maddəsinin tələblərinə əsasən etibarsız olduğunu qeyd etməyə çalışsa da, yalnız həmin Qərar və maddəni göstərməklə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi hüquq normasının pozulmasının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu Maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən Cavabdeh1 ilə “Sahil-D Kompani" arasında sonuncu tərəfindən ünvan 3 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 saylı mənzilə dair bağlanmış 26.07.2011-ci il tarixdə 167 saylı müqavilənin etibarlılığını təsbit edən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcudluğunu, bununla da, iddiaçının həmin müqaviləni və onun əsasında mübahisəli mənzilə dair verilmiş hüquq müəyyənedici sənədləri başqa bir əsasla mübahisələndirməsi üçün subyektiv hüquqa malik olmadığını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı "xxxx" MMC ilə Cavabdeh1 arasında 26.07.2011-ci il tarixdə bağlanmış 167 saylı müqavilənin, 19.09.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın, 13.10.2020-ci il tarixli, 4Ə-1072 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin, 19.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllə 100 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38 saylı evin 22-ci mərtəbə 2 saylı mənzilin) ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar