Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6779/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli Akt tərtib edilərək onun əvvəlki sayğacı yenisi ilə əvəz olunmuşdur. Həmin zaman da köhnə sayğac idarənin əməkdaşları tərəfindən götürülmüşdür. Cavabdehin tabeliyində olan Sabunçu şöbəsinə gedib yeni sayğacın kartını aktivləşdirmək istəyən zaman ona cərimə yazıldığını və borcun bir hissəsini ödəmədən kartın aktivləşdirilməyəcəyi bildirilmişdir. Halbuki, iddiaçı cavabdeh tərəfindən hər hansı xəbərdarlıqlar almamış və qazın dayandırılmasına gətirə biləcək səbəblər barədə məlumatlandırılmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən guya iddiaçı tərəfindən əvvəlki sayğaca müdaxilə olunduğu üçün o, ziyan vurmuş və həmin ziyan hesablanmalıdır. Qeyd olunan mübahisələndirilən aktda qeyd olunur ki, Cavabdeh İB-nin ******* saylı aktına əsasən 1702AZ1301 nömrəli sayğacın hesablayıcı mexanizminin sağdan 1-ci çarxı fırlanır və sayğac sərfiyyatı qeyd etmir. Sayğac boş rejimdə işləyir. Tələb hissəsində “Sayğac D/Y-a göndərilsin, yenisi ilə əvəz edilsin, dəymiş ziyan hesablansın və ödənişi təmin edilsin” yazılmışdır. İddiaçı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, yeni sayğacın quraşdırılmasından 11 gün əvvəl (xx.xx.2023-cü il tarixdə) mübahisələndirilən akt onun iştirakı olmadan tərtib olunmuşdur. Bu aktın mövcudluğunu isə iddiaçı qaz idarəsinə getdikdə öyrənmişdir. Ona təqdim edilməyən sənədi iddiaçı necə imzalaya və ya bundan imtina edə bilərdi? Qaz sayğacına iddiaçının müdaxilə etməyi ehtimal olunurdusa, laboratoriya ekspertizasında iştirakı mütləq təmin olunmalı idi. Halbuki, ona məxsus olan əvvəlki sayğac laboratoriya ekspertizası olmadan ona cərimə aktı tərtib olunmuş və normalda illərlə sərfiyyat edə biləcəyi məbləğdə 4665,60 manat borc yazılmış, bu borcla bağlı iddiaçının iştirakı olmadan cərimə aktı tərtib olunmuş və bununla da iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Cavabdehin iddia etdiyi müdaxiləni etməyi üçün iddiaçı kifayət qədər yüksək biliyə sahib olan mühəndis olmalıdır. Bu absurd müdaxilə iddiası yalnız və yalnız vətəndaşlardan əsassız pulların yığılması bəhanəsi ilə atılan addımdan başqa bir şey deyil. Bundan əlavə artıq neçə gündür ki, yeni sayğacın kartını aktivləşdirə bilmədiyi üçün iddiaçı qazdan istifadə edə bilmirlər. Müraciəti əsasında xx.xx.2023-cü il tarixində (İş N: 16(011)-601/2023) hakim Aygün Həsənovanın sədrliyi ilə çıxarılan qərardada əsasən qaz təhcizatı təmin edilmişdir. Həmçinin 2023-cü ilin iyul ayının əvvəllərində iddiaçı həyətində gəzərkən yıxılıb qolunu qırdığı üçün 18 iyul 2023-cü ilə təyin olunmuş məhkəmədə iştirak edə bilməmişdir. Həmin məhkəmə prosesində heç bir tərəf iştirak etmədiyi üçün iddia baxılmamış saxlanılmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 4665,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 mart 2023-cü tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına aid sayğaca baxış keçirilmiş, aktda “sayğacın hesablayıcı mexanizminin sağdan 1-ci çarxı fırlanmır və sayğac sərfiyyatı qeyd etmir. Sayğac boş (xolostoy) rejimdə işləyir.” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üçün borcu 4665,60 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 mart 2023-cü tarixli ******* saylı aktın surətində “sayğacın hesablayıcı mexanizminin sağdan 1-ci çarxı fırlanmır və sayğac sərfiyyatı qeyd etmir. Sayğac boş (xolostoy) rejimdə işləyir” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 4665,60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00036) ünvanına dair hesablanmış 4665,60 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 66,66 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00036) hesablanmış 4665,60 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 66,66 (altmış altı manat altmış altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6779/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6779/2023
18.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver