Məhkəmə qərarları › İş №2(011)-678/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-678/2025

12.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-678/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiçı İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 15804,90 manat məbləğin abonentin hesab kodundan silinməsi və qeyriqanuni yaranmış borca görə tutulmuş 30,30 manat məbləğin abonentə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla 2022-ci ilə qədər yaşayıb. Sabunçu rayonu, Nardaran qəsəbəsi, Yeni massiv, ev 169 ünvanında kiçik təsərrüfatı olduğuna görə həftədə iki dəfə əkdiyi göyərtilərə və ağaclara qulluq etmiş, 2022-ci ildən etibarən ev quşları və xırda buynuzlu mal-qara saxladığına görə daimi olaraq həmin ünvanda yaşamağa başlamışdır. xx.xx.2010-cu ildə Cavabdeh> İB tərəfindən ünvan 2 ünvanına abonentin iştirakı ilə küçədə G-4 itron-smar tipli, 1002AQ**********6 N-li sayğac quraşdırılmış, plomb vurulmuş və **********00000 N-li abonent kodu verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «<Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. Sayğac quraşdırıldıqdan 7 gün sonra abonentin hesab koduna 352,90 manat borc hesablanmışdır. xx.xx.2012-ci ildə abonentin hesab koduna 706,70 manat borc hesablanmışdır. xx.xx.2015-ci ilə qədər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə təbii qazın fasilələrlə verilməsi, hətta verilməməsi səbəbindən qəsəbə sakinləri arasında narazılıqlar yaranmış və ödənişlər mütəmadi olmamışdır. Bu səbəbdən Cavabdeh İB tərəfindən külli miqdarda cərimə AKTları tərtib edilmiş və şişirdilmiş borclar yaranmışdı. xx.xx.2015-ci ilə qədər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə təbii qazın fasilələrlə verilməsi, hətta verilməməsi səbəbindən qəsəbə sakinləri arasında narazılıqlar yaranmış və ödənişlər mütəmadi olmamışdır. Bu səbəbdən Cavabdeh İB tərəfindən külli miqdarda cərimə AKTları tərtib edilmiş və şişirdilmiş borclar yaranmışdı. Xatırladım ki, xx.xx.2015-ci ildə "NARDARAN HADİSƏLƏRİ"ndən sonra kənd sakinlərinin qaza görə "Azəriqaz" İB-nə olan borcları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən silinmişdir. xx.xx.2016-cı ildən Nardaran qəsəbəsində yenidən qaz sayğacları quraşdırılıb və o cümlədən cavabdeh "Azəriqaz" İB İddiaçı məxsus ünvan 2 ünvanında xx.xx.2010-cu ildə quraşdırılmış G-4 smart-kart tipli, 1002AQ**********6 No li sayğaca baxış keçirilmiş, heç bir qüsur aşkar olunmaması səbəbindən həmin sayğac yenidən quraşdırılmış, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı" ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Bakı regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 30 iyul 2018-ci il tarixli “Dəymiş ziyanın bərpası”na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 57.60 manat borc hesablanmışdır. xx.xx.2020-ci ildə abonentin iştirakı olmadan, Azəriqaz» İB tərəfindən ünvan 2 ünvanında quraşdırılmış G-4 itron- smar tipli, 1002AQ**********6 N° li qaz sayğacının istismar müddəti bitdyindən (istismar müddəti 5 ildir) NATEK ENERJİ G-4 MEXANİKA tipli, 40014199 No li sayğacla əvəz edilmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilməmiş, abonent ilə "Azəriqaz" İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Beləliklə, Cavabdeh İB xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2020-ci ilǝ qədər müəyyən vaxtlarda abonentin iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair 29 ədəd "Dəymiş ziyan həcminin hesablanması" barədə AKTlar tərtib etmiş, həmin AKTlarda abonentin imza etməsindən imtina olunması qeyd olunmuş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2024-cü ilə qədər abonentin hesab koduna 15804,90 manat borc yazmışdır. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz, çünki fotoşəkillər təkrarlanmış, hansı tarixlərə və hansı AKTlara aid olması müəyyən edilməmişdir. Qış fəslində tərtib olunmuş AKTlara əlavə edilmiş fotoşəkillər yay-yaz mövsümündə çəkilmişdir. Halbuki, isti yay aylarında təbii qaza tələbatın olmadığı bir halda abonentin kənar xəttdən istifadə etməsi inandırıcı deyildir. Bundan əlavə sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı həyətə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə aid deyildir. Nəzərinizə çatdırım ki, abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin AKTlar abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş, abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır. Qeyd olunan ünvana dəfələrlə baxış keçirilməsinə baxmayaraq abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə ailə üzvlərinin, nədə ki, qonşuların həmin AKTlardan xəbərləri olmayıb. AKTlar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya qonşulara təqdim olunmamış, abonent və qonşular həmin AKTları imzalamamışdır. Abonentin imzalamadığı həmin AKTlar əhəmiyyətli sübut sayılmır. AKTlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin, Cavabdeh> İB AKTların abonentə təqdim olunmasını sübut edə bilmir. Tərtib olunmuş AKTlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparmadan şişirdilmiş rəqəm yazmışdır. Cavabdeh İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə iddiaçıya təqdim edə bilmir. Abonentin imzası olmayan həmin AKTlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Qeyd etmək istəyirəm ki, təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri- qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Hazırkı halda iddiaçı cavabdehdən məhz iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. xx.xx.2024-cü il tarixli GASREP-dən məlum olur ki, abonent 2012-ci ilin may ayından 2020-ci ilin fevral ayına qədər 607m3 qaz sərfiyyatına görə 91 manat ödəniş etmiş və borca görə 30,30 manat tutulma olmuşdur. xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən xx.xx.2024-cü il tarixə qədər abonentin hesab koduna 15804,90 manat məbləğində borc yazılmışdır. Halbuki, Dəymiş ziyan həcminin hesablanması barədə tərtib edilmiş Aktlara görə 8156,40 manat borc hesablanmış, lakin 7648,5 manat borcun haradan yaranması qeyd olunmamışdır. Göründüyü kimi, fiziki şəxslərin evinə quraşdırılmış qaz sayğaclarının qorunmasına, işçi vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda Qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması və qaz xəttinə nəzarət edilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh İB-nin məhz abonent tərəfindən küçədəki qaz xəttinə müdaxilə etməyinə dair heç bir sübutu yoxdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Pərviz Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və aktlar tərtib olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı iddiaçının abonent koduna hesablanmış və həmin məbləğ də hazırda ondan tələb edilir. İddiaçı istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qazdan istifadə etməklə təbii qazı talamışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmin Aktlar əsasında məhkəməyə müraciət edilmiş, iddiaçıdan vurulmuş zərərin əvəzi tutulmuşdur, iddiaçının akt əsasında yazılmış borcu 5441 manat təşkil edir, qalan mələğlər isə onun öz istifadə etdiyi və daha əvvəlki illərdən qalan borclarıdır, iddiaçı sərf etdiyi təbii qaza görə bir dəfə də olsun ödəniş etməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir. Sonda cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 5224/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı təbii qazdan istifadəyə görə 2296,6 manat məbləğində əsas borc, 30 manat dövlət rüsumu, ümumilikdə 2326,6 manat borc alınaraq Azəriqaz İB-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019,xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 648 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 666 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 576 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018, xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 972 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 1422 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 1332 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 2952 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 886 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 23544 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktın surətindən görünür ki, Azəriqaz İBnin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyinə görə qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü l tarixli GASREP sənədindən görünür ki, iddiaçının abonent hesabına 2019-cu il mart ayı üçün 4196,6 manat qalıq borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin **********00000 saylı abonent koduna “Qalıq və aktlar” qrafasında 2018-ci ilin may-dekabr ayı üçün 920,8 manat, 2019-cu il tarixi üçün 1191,60 manat, 2020-ci il tarixi üçün 3328,60 manat, ümumilikdə 5441,0 manat borc, 05/2020 tarixi üzrə ödəniş qrafasında “-4196,60” manat, istehlakçının qaz sərfi 2020-ci il ərzində 421,80 manat, 2021-ci il ərzində 1748,20 manat, 2022-ci il ərzində 1857,01 manat, 2023-cü il ərzində 1658,68 manat, 2024-cü il ərzində 746,91 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış **********00000 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar olunması əsasları ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin – iddiaçının **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 2018-ci ilin may-dekabr ayı üçün 920,8 manat, 2019-cu il tarixi üçün 1191,60 manat, 2020-ci il tarixi üçün 3328,60 manat, ümumilikdə 5441,0 manat borc yazılmışdır, bundan başqa 05/2020 tarixi üzrə ödəniş qrafasında “-4196,60” manat yazılmışdır, istehlakçının qaz sərfi 2020-ci il ərzində 421,80 manat, 2021-ci il ərzində 1748,20 manat, 2022-ci il ərzində 1857,01 manat, 2023-cü il ərzində 1658,68 manat, 2024-cü il ərzində 746,91 manat olmaqla, ümumilikdə 6342,6 manat təşkil etmiş, iddiaçının 08/2024 tarixində Ay sonuna borcu 15804,90 manat olmuşdur, həmin borc məbləği iddiaçıdan tələb edilir. Bundan başqa müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2296,6 manat borcun tutulması qət edilmişdir. Bununla belə, Aktlar əsasında yazılmış 5441,0 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar, o cümlədən iddiaçının 5441,0 manatdan çox borcunun olmasına dair hallar iş materiallarından görünmür və bu hallara dair də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh İB tərəfindən AKT əsasında “Qalıq və aktlar” qrafasında xx-xx/2018 tarixi üzrə 920,8 manat, xx-xx/2019 tarixi üzrə 1191,60 manat, xx-xx/2019 tarixi üzrə 3328,60 manat, ümuilikdə 5441 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin iddiaçı “Qazdan istifadə Qaydaları”nın 6.5 və 6.7-ci bəndlərinin tələblərinə əməl etməyərək, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış, dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmişdir. Belə olan halda, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilmədən birtərəfli qaydada tərtib edilmiş aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə aktlar tərtib olunarkən çəkilən fotoşəkillərin də qanunsuz qoşulma faktını təsdiq etməsi barədə dəlilləri ilə də razılaşmır. Ona görə ki, həmin fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən müstəqil sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 5441,0 manat borc silinməlidir. Məhkəmə, iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının abonent koduna 05/2020 tarixi üzrə ödəniş qrafasında yazılmış 4196,60 manat 2019-cu ilin mart ayınadək, qalan 6167,3 manat isə 2020-2024-cü illər ərzində iddiaçının təbii qazdan istifadə nəticəsində yaranmış və ödənilməmiş borcu olduğundan həmin məbləğlərin silinməsi üçün heç bir əsas yoxdur. Buna görə də, iddia tələbi həmin hissədə əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir; Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) yazılmış 5441,0 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 74,41 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 5441 (beş min dörd yüz qırx bir) manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 74 (yetmiş dörd) manat 41 (qırx bir) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar