Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6792/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə RAF000358 saylı 15.03.2021-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsi üzrə 350 manat borcun, 7.08 manat cərimə borcunun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, R.A.F..AVTO MMC ilə Cavabdeh arasında bağlanmış RAF000358 saylı 15.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 350 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay ərzində ödəməyi öhdəsinə götürüb, İddiaçı MMC ilə R.A.F..AVTO MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən, R.A.F..AVTO MMC-nin Cavabdeh qarşı olan 350 manat məbləğindəki tələb hüququ İddiaçı MMC–yə keçmişdir, tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə-alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir, İddiaçı MMC 18.11.2020-ci il tarixində təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir, Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə Cavabdeh 350 manat əsas borc, 7.08 manat cərimə borcu yaranmışdır, yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq göndərilmiş, lakin o öhdəliyini icra etməkdən yayınmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, R.A.F..AVTO MMC ilə Cavabdeh arasında 15.03.2021-ci il tarixdə RAF000358 saylı Nisyə Alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən satıcı Nisyə Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavədə göstərilən malı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 15.03.2021-ci il tarixli RAF000358 saylı Nisyə Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh nisyə məbləği cəmi 350 manat olan 1 ədəd HORİZON 185 65 r14 adlı malı 6 ay müddətinə, aylıq ödənişi 58,33 manat olmaq şərti ilə almışdır. İş materiallarında olan 15.03.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, 185 65 r14 adlı mal Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, R.A.F..AVTO MMC ilə İddiaçı MMC arasında olan 06.09.2019-cu il tarixli R-142/19 saylı Faktorinq müqaviləsi və R-142/19 saylı 06.09.2019cu il tarixli Faktorinq müqaviləsinə əlavə olunan 17.06.2021-ci il tarixli R-142/19-0049 nömrəli Saziş bağlanmışdır. Bu Müqavilə və ona əlavə olunan Sazişə əsasən, tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarından görünür ki, Cavabdeh R.A.F..AVTO MMC ilə bağlanan 15.03.2021 -ci il tarixli RAF000358 saylı müqavilədən irəli gələn pul tələbinin hamısının İddiaçı QSC-yə güzəşt edilməsi barədə bildiriş təqdim edilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC 11.08.2021-ci il tarixdə Cavabdeh 356.78 manat qalıq borcunu 3 gün müddətində ödəməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan 17.08.2021-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 20 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 12.08.2021-ci il tarixə 15.03.2021-ci il tarixli RAF000358 saylı alqı-satqı müqaviləsi üzrə borcu əsas məbləğ üzrə borcu 350 manat, cərimə borcu 7.08 manat olmaqla, cəmi borcunun məbləği 357.08 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdehn 12.08.2021-ci il tarixli RAF000358 saylı müqavilə üzrə əsas borcdan qalıq 350 manat, cərimə borcu 7.08 manat olmaqla, cəmi borcunun qalığı 357.08 manat təşkil edir. Güzəşt olunan tələb 350 manat təşkil edir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 18.11.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı QSC 18.09.2017-ci il tarixində qeydiyyata alınmış İddiaçı MMC-nin hüquqi varisidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, R.A.F..AVTO MMC ilə Cavabdeh arasında 1 ədəd HORİZON 185 65 r14 adlı malın alqı-satqısına dair 15.03.2021-ci il tarixli RAF000358 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermişdir, İddiaçı MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir, R.A.F..AVTO MMC ilə İddiaçı QSC arasında bağlanmış müqavilə və sazişə əsasən tələb hüququ İddiaçı QSC-yə keçmişdir, alıcı Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan əsas borcu 350 manat, cərimə borcu 7.08 manat olmaqla, ümumilikdə 357.08 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 350 manat əsas borc, 7.08 manat cərimə borcu Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 20 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc kimi 350 manat, cərimə borcu kimi 7.08 manat, ümumilikdə 357 (üç yüz əlli yeddi) manat 0.8 (səkkiz) qəpik, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20 (iyirmi) manat və xidmət haqqı 40 (qırx) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6792/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6792/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver