Məhkəmə qərarları › İş №2(011)-6799/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6799/2024

04.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6799/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən 1-2106 kodla mənzil tikintisinə görə həyatyanı torpaq sahəsinin ayrılması üçün əsas olmuş arxiv sənədlərinin Ərizəçi məxsus olması faktını müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatlara uyğun izahat verərək bildirmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli sərəncǝmı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının üzvlərinin iclasının 17 may 2003-cü il tarixli qərarı ilə (02 saylı protokol) ona 0,10 ha torpaq sahəsi ayrılmışdır, o, yuxarıda qeyd olunan torpaq sahəsinə dair plan ölçü, yəni torpaq sahəsinin hüdüdlarını müəyyənləşdirən cizginin çəkdirilməsi üçün Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinə müraciət etmiş, onun müraciəti əsasında əldə olunmuş arxiv sənədlərindən məlum olmuşdur ki, yuxarıda qeyd olunan torpaq sahəsinin ona ayrılması üçün əsas olmuş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən 1-2106 kodla ona mənzil tikintisinə görə həyətyanı torpaq sahəsinin ayrılması üçün əsas olmuş arxiv sənədlərdə onun ata adı baş hərfi "Ş" deyil "S" kimi, yəni həmin sənədlərdə haqqında məlumatlar texniki səhv nəticəsində Ərizəçi S. oğlu kimi qeyd edilmişdir. Ona görə də qeyd olunan torpaq sahəsinin ayrılması üçün əsas olan sənədlərlə bağlı ona arxiv arayışı verilməmişdir. Bu səbədən də o həmin torpaq sahəsinə dair sənədləşmə işlərini, torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi ilə bağlı qanuna müvafiq hərəkətləri edə bilmir. Ona görə də Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən 1-2106 kodla mənzil tikintisinə görə həyatyanı torpaq sahəsinin ayrılması üçün əsas olmuş arxiv sənədlərinin o “Ərizəçi”na məxsus olması faktını məhkəmə qətnaməsi əsasında müəyyən edilməsi zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003cü il tarixli 28 saylı əmrinə əsasən 1-2106 kodla Ərizəçi S. Oğlunun (ata adı göstərilməyib) adına fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim olunan sənədlərdə vətəndaşın adının Ərizəçi qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin 28 saylı 21 may 2003-cü il tarixli əmrdən çıxarışdan görünür ki, vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması siyahısında “Ərizəçi” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 096 saylı 20 avqust 1999-cu il sərəncamından çıxarışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şərur rayon Nikah evi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Şərur rayon Zeyvə kəndində anadan olmuşdur. Belə ki, həmin çıxarışda vətəndaşın ata adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi X1 xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin həmkarlar təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı Protokolunun və arxiv kitabında torpaq sahəsi ayrılanların siyahısında 1-2106 kodla göstərilmiş sırada “Ağayev Nəcəfəli S....” oğlu kimi qeyd olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçidur, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmri ilə onun adına fərdi mənzil tikintisi üçün həyətyanı 0.10 ha torpaq sahəsi ayrılmışdır, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 1-2106 kodla onun adı “Ağayev Nəcəfəli S....” kimi qeyd edilmişdir, Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin 28 saylı 21 may 2003-cü il tarixli əmrdən çıxarışda həyətyanı torpaq sahəsi ayrılan vətəndaşlara siyahısında “Ərizəçi” kimi qeyd edilmişdir, torpaq sahəsinə dair siyahıda “Ağayev Nəcəfəli S....” kimi göstərilən şəxslə, AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində Ərizəçi kimi göstərilən şəxs eyni şəxsdir, ərizəçi hüquqi əhəmiyyəti olan faktı başqa qaydada ala bilməmişdir. Bununla belə, ərizə tələbində müəyyən edilməsi göstərilən faktın hüquqi əhəmiyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 1-2106 kodlu bəndi Ərizəçi aidddir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 1-2106 kodlu bəndinin ona məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xalq deputatları sovetinin İcraiyyə Komitəsinin 9/333 saylı xx.xx.1989-cu il tarixli qərarında göstərilən X3 ilə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilən, AZ-İ 502581 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X2 eyni şəxs olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 1-2106 kodlu bəndinin xx.xx.1960-cı il tarixdə Azərbaycan, Şərur rayonunda doğulmuş Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar